Azərbaycanın sığorta şirkətləri avtomobillərdə "pərdə mövsümünün" başlanmasını sakit qarşılayıblar və bu yeniliyin qəzaların artmasına səbəb olduğunu düşünmürlər.
Milli.Az xəbər verir ki, bu barədə fins.az-a şirkətlərdən bildirilib. Xatırladaq ki, mayın 1-dən etibarən Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına qoyulmuş qadağa qüvvədən düşür. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin qərarı ilə mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən və jalüzlərdən istifadəyə icazə verilir. Bəs maşınlarda quraşdırılan pərdə və plyonkalar yol hərəkətinə hansısa təhlükə yarada bilirmi?
“Təcrübəli sürücü maşını güzgülərlə sürə bilər”
Sığorta şirkətlərindən birinin nümayəndəsi Hikmət Allahverdiyevin fikrincə, arxa şüşələrə pərdə və ya plyonka vurulması qəzaların artmasına təsir edə faktorlardan deyil: “Dünyada belə qadağa yoxdur bir çox avtomaşınların üstündə elə zavod buraxılışı olan pərdə və plyonkalar olur. Təcrübəli sürücü üçün bu problem yaramır, yan güzgülərdən düzgün istifadə maşını təhlükəsiz idarə etməyə imkan verir. Bundan başqa əgər maşında arxanı göstərən kamera və monitor varsa, onda sürücü hətta pərdə və ya plyonka olduğu halda belə maşını təhlükəsiz sürə bilər. Bizim təcrübəmizdə məhz pərdə və plyonkanın ucbatından qəzaya düşən maşına rast gəlməmişik”.
"Pərdə imtina üçün əsas deyil"
Mütəxəssis deyir ki, maşınlar sığortalanann zaman pərdələrin olmamasını şərt kimi irəli sürmək düzgün deyil: “Bizim şirkətdə belə tələb yoxdur, lakin hansısa şirkət belə şərt irəli sürə bilər. Təbii ki, avtomobil sığortalanarkən onun texniki vəziyyəti, təhlükəsizliyi nəzərə alınır, həmçinin sürücünün yaşı, sürücülük təcrübəsi kimi amillər də hesaba alınır. Lakin bizim şirkətin təcrübəsində pərdələrin və ya plyonkaların olmaması ilə bağlı şərt irəli sürülməsi faktı olmayıb”.
"Bizim təcrübəmizdə bir neçə belə hadisəyə rast gəlinib"
Digər bir şirkətin Risklərin idarə edilməsi departamentinin direktoru Murad Namazov isə bildirir ki, ümumilikdə pərdələr yol hərəkəti üçün təhlükəli olmasa da, bəzən pərdələrin olması qəzaya şərait yaradır: "Az da olsa bəzi hallarda arxa şüşənin tam məhdulaşdırılması qəzaların baş verməsi üçün şərait yaradır. Bizim təcrübəmizdə bir neçə belə hadisəyə rast gəlinib. Ona görə də, sürücülərin buna diqqətlə yanaşması məqsədəuyğundur". Amma "Qarant Sığorta" da maşını sığortalayarkən pərdə və plyonka ilə bağlı şərt qoymur.
Arxada oturan kimdir?
Pərdələrin tündlük dərəcəsi də problemə səbəb olur. Məsələ bundadır ki, Dövlət Yol Polisinin icazə verdiyi arxa şüşənin tündləşdirmə norması 25%-dir. Amma hazırda yollarda tamamilə tünd plyonklalar və pərdələrə malik maşınlara da rast gəlinir. Buna baxmayaraq sığorta şirkətləri pərdənin tündlüyündən imtina üçün istifadə etmək fikrində deyillər. M.Namazovun sözlərinə görə, bunun səbəbi pərdənin vurulması ilə bağlı polisin əsaslandırmasıdır.
“Bizdə Yol polisi arxa şüşənin tam məhdudlaşdırılmasına qarşı mövqeyini belə izah edir ki, belə olduqda ehtiyac yarandığı zaman salonda sərnişinləri görmək olmur, ola bilsin axtarışda olan cinayətkar maşındadır və ya normadan çox sərnişin əyləşib və s. Əgər yol polisi qəzaların baçş verməsində belə halların ciddi rol oynadığını faktlar əsaslandıra bilsə, biz sığoratalam zamanı bu şərti qoya bilərik, hələlik isə bu haaqda şərtlər qoyulmur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İspan dili 25-ci dərs
İlham Əliyev: “İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq”
Məşhur verilişdə şok hadisə-VİDEO
6 addımda doğru bikini seçmə yolları
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Modelyerlər deyir ki...
Şimal qütbünün təzə sahibi çıxdı
Hava haqqında - 31.01.2014
Hind yağının faydaları
Google rouminqsiz plana keçir
Həyat deyilən bir şey var...
Can Yamanın uşaqlıq şəklini heç kəs tanımadı-FOTO
Kəsiri olan tələbələrə müjdə!
NATO: Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozub
Dovğa (foto-resept)
Televiziya
Vanqanın Qarabağ haqqında ŞOK PROQNOZU
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
Bunları edərək özünüzü bədbəxt etməyin!
Snapchat-da maraqlı yeniliklər var
"Ailə həkimi Azərbaycanda geniş vüsət alacaq"
Tez hazırlanan badımcan turşusu (foto-resept)
Azərbaycanda müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edilib
Bu gündən I sinfə qəbul başlayır
Günün qoroskopu: Aldanmayın!
Piyadaların smartfondan istifadəsi qadağan edildi
Qadınlar üçün ən pis gün çərşəmbədir.
Ancelina Coli karantindən danışdı
Niyə kasıbsan?
Ermənilər Ağdamda yanğınlar törədiblər
Hörüklü saç modelləri
Bir ilə 200 kq arıqladı -FOTO
Kağızdan hazırlanmış aksesuarlar
Hava haqqında - 29.11.2013
"Koronavirusdan ölmək qadağandır" - Qeyri-adi qərar
Fahriye və Burakın oğlu doğuldu!
9 lotoreya aldı, hər biri qalib oldu
Azərbaycana Payız gəldi
Yatmadan əvvəl modemi söndürün
Polis Ece Erkenlə bağlı araşdırmaya başladı
700 manata da buket varmış - FOTO
Gəlinlik gül dəstələri
"Taxt oyunları"nda "Starbucks" fincanı
Rəsədxanadan Ramazan açıqlaması
Siz də xərçəng daşıyıcısı ola bilərsiniz
File dolması (foto resept)
Ailədə zorakılığın uşağa təsiri
Dünyanın maraqlı yerləri
Azərbaycanın iki milli parkında yetkin bəbirlər qeydə alınıb
Sezen Aksu atasını itirdi
- ŞƏRHLƏR