Göz yaşları deyəndə bir çoxumuzun ağlına insanın kədərləndiyi və ya bəzən böyük sevinclər zamanı , bir sözlə desək emosiya partlamasından gözlərdən çıxan və yanaqlardan süzülüb dodaqlarımıza dəydiyi zaman duzlu olduğunun fərqinə vardığımız sadə su damlaları gəlməkdədir. Vaxtı zamanında nənə babalarımızdan eşitdiyimiz nağıllarda da duzlu suyla eyniləşdirilən göz yaşlarımız əslində bu təsəvvürdən daha kompleks, daha faydalı bir nəsnədir. Heç də ancaq ağladığımız, güldüyümüz zaman əmələ gəlmir göz yaşları. Gözlərimizi hər zaman xaricdən bir qat olaraq örtür və onların hava ilə təmasdan qurumasının qarşısını alır bu kiçik damlalar. Özlüyündə də təkçə duzlu su yox piy, su (müxtəlif elektrolidlər, zülallar) və selik olmaqla üç hissədən təşkil olunmuşdur. Selikli hissəsi ilə gözün xarici qatı olan buynuzlu qişa üzərinə yerləşən göz yaşı filmi xaricdən isə hidrofobik piy qatı ilə örtülür.
Təkamül olaraq ən aşağıda ilk dəfə suda-quruda yaşayanlarda yəni loru dillə desək onların bir nümayəndəsi olan qurbağalarda göz yaşı vəzinə rast gəlmək mümkündür. Sürünənlərin , quşların və məməlilərin böyük əksəriyyəti də göz yaşı vəzinə sahib olsa da təbii ki , istisnalara mövcuddur. Məsələn dovşanlar və keçilərin göz yaşı vəzi olmadığı üçün onların göz yaşı da olmur.
Bir çoxumuz bilirik ki , təkamülün sütununu təbii seçmə təşkil edir və onsuz təkamülü təsəvvür etmək mümkün deyildir. Qısaca izah etsək iddia edildiyi kimi müxtəlif mutasiyalardan qazanılmış əlamətlər sayəsində bəzi canlılar digərinə nisbətdə üstünlük qazanmış olur və həyat mübarizəsindən bunun sayəsində qalib ayrılır. Digər canlılar isə mübarizədən məğlub ayrıldığı üçün müəyyən zaman kəsiyindən sonra məhvə məhkum olur və nəsli kəsilir. Nəticədə canlılar nəsillər keçdikçə irəliyə doğru təkamül keçirir.
Bizim halda təkamül vaxtı sudan quruya çıxmış canlılardan bəzilərinin naməlum bir mutasiya sayəsində əldə etdikləri göz yaşı vəzində istehsal olunan göz yaşları onların gözlərini qurumaqdan qorumuşdur. Bu əlamətə sahib olmayan digər canlılar isə məhvə məhkum olmuşdur. Yüksək təkamül pilləsində dayaynan məməlilərdən bəziləri isə sonradan suya qayıtmış və o yöndə təkamül etmişlərdir. Məsələn balinalar və delfinlər kimi. Bu məqamda da yenə o naməlum mutasiya üzə çıxmış və bu heyvanların bəzilərində göz yaşı vəzi yoxa çıxmışdır. Nəticədə göz yaşı olmayan balinalar və delfinlər qazandıqları bu üstünlük sayəsində mübarizədən qalib ayrılmış və digər rəqiblərinin nəslinin kəsilməsinə səbəb olmuşdur. Təbii ki , bütün fərziyyələrin göz yaşını duzlu suyla bərabər tutan nağıllardan heç bir fərqi yoxdur. Çünki göz yaşı vəzinin olub olmaması heç bir həyati funksiya daşımır və təbii seçmədə heç bir canlını üstün mövqeyə daşıya bilməz. Bununla bərabər yüksək mürəkkəb quruluşa və funksiyaya sahib göz yaşalrımız bizim gözlərimizi qurumaqdan qoruyaraq bizim və digər canlılar üçün ekstra komfort yaratdığı kimi, suda yaşayan delfinlərdə bu funksiyaya ehtiyac olmadığı üçün mövcud deyildir. Məncə göz yaşının müxtəlif canlılara bu cür paylanmasının bir məntiqiq cavabı var . O da türk qardaşlarımızın dili ilə desək “akıllı tasarım”!
Bundan əlavə emosiyanal partlayışlar zamanı gözlərdən yaş gəlməsi yalnız insana məxsus bir xüsusiyyət olduğu kimi bu əlamətin insanlarda necə yaranmasını təkamüllə heç cür izah etmək mümkün deyildir !
Bir sözlə göz yaşlarımız Tanrının bizə buraxdığı görülməsi heç də çətin olmayan bir imzadan ibarətdir….
Müəllif: Aqil Huseynzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kimdən məsləhət almalıyıq?
90 yaşlı nənə eşqə düşdü, sevgilisi ilə kruizə yollanacaq - FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
"Jara"nın təqdimat günü açıqlandı
Luis Hemilton əfsanəvi Şumaxerin rekordunu qırdı
Teymur Rəcəbov mübarizəni dayandırdı
Aleyna Tilki istirahət FOTOsu paylaşdı
Novruz Bayramında neçə gün iş olmayacaq?
Oktyabrın 1-dən gecə reysləri bərpa olunur
Günün ulduz falı
Sobada pendirli ət (foto-resept)
Bezginlik hallarım
Ermənilərin Türkiyə qorxusu
Microsoft-un gəlirləri azalır
"Facebook"dan möhtəşəm yenilik
Güclü zəlzələ Sakit okeanın sükutunu pozdu
Şəkidə fləşmob
Bəzi ərzaq məhsullarının qiyməti artıb
Bakıda möhtəşəm yürüş olacaq
Ömrümüzün 20 ili: bu kabus da ola bilər, rahatlıq da
AiseL yeni klipini təqdim etdi-VİDEO
1 həftəyə 5 kiloqram arıqlayın
Acundan yeni etiraf
Xərçəngin qırmızı dərmanı
Qadın boksçularımız dünya birinciliyinə uğursuz başladılar
Qlobal təhlükə barədə xəbərdarlıq edildi
Üç nöqtə...
Koronavirusla bağlı SON STATİSTİKA
Satılan malın maya qiymətinin üstünə nə qədər pul qoymaq olar?
Letargiya: "Ölüm və həyat" dayanacağının sakinləri
ABŞ səmasında nəhəng UNO göründü - VİDEO
Asan salat (foto resept)
Dima Bilan əməliyyat olundu-SƏBƏB
"Fəryad"ın qəhrəmanının fəryadına çatan olmadı
“Vor-zakon”lar İrəvana gedir
Aprel ayının HAVAsı
Royal Ascot 2018-in əfsanəvi şlyapaları
Azərbaycan tarixindən yüz şəxsiyyət-56
Prezident və xanımı “Yanardağ”da-FOTO
Toylarda yoxlama-nəzarət tətbiq olunacaq
Azərbaycanda yeni dövlət xidməti yaradıldı
Madonna məhkəməlik oldu-SƏBƏB
Sızanaq izlərindən qorunmaq üçün...
Sabah külək güclənəcək
Mark nə üçün sərvətindən 3,3 milyard itirdi? - SƏBƏB
Ən gözəl bilərzik kombinasiyaları
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı
Dəbli geyim nümunələri
Yaşamaq üçün hər zaman səbəb var
Günün ulduz falı - 12.03.2014















- ŞƏRHLƏR