
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında fərman imzalayıb. Milli.Az-ın Azər tac-a istinadən məlumatına görə, fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılsın.
2. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin aparatının işçilərinin say həddi 23 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
4.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhur cütlüyün TOY TARİXİ bəlli oldu-FOTO
Arı sancması hansı halda ölümə səbəb ola bilər?
Azərbaycanda daha 367 nəfərdə koronavirus aşkarlandı, üç nəfər vəfat etdi
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Bakıya qar yağacaq
Evi güllərlə necə bəzəməli?
Ramazan ayının 14-cü gününün duası
Səmadan şokolad yağdı
Bizimkilər də güldürürlər...
Xəzərdə zəlzələ oldu
Hamiləlikdə sağ tərəfi üstə yatmayın!
Berkay qaldığı oteli məhkəməyə verdi-SƏBƏB
10 gündə gözəllik
Hülyadan daha bir FOTO
Soyuq su içməyin zərərləri
Aprel döyüşlərindən başlayan igidlik yolu: Düşmənin canına qorxu salan hərbçimiz qazi oldu - VİDEOREPORTAJ
Kainat gözəlinə vasitəçilik təklif olundu
Zaqatalada güclü zəlzələ olub
Ərdoğandan istefa açıqlaması
Əhvalı korlanan hamama!
Hakan yeni doğulmuş qızından danışdı-FOTO
250 qadın ağ paltarda Belarus küçələrinə çıxdı - VİDEO
8 nəhəng birləşir
Erməni ordusunun itkiləri gizlədilir
Qadın sürücü təhlükəlidirmi?
Ziyafət geyimləri-1
Çağatay iddialara cavab verdi-FOTO
Hava haqqında - 23.09.2013
Üzdəki tüklər üçün noxud unu maskası
Gözəl olmaq istədi canından oldu-FOTO
İlham Əliyev Almaniyada
2015-də nə yeyək?
Keyt Blanşett hər kəsi təəccübləndirdi – FOTO
Koronavirus peyvəndinin qiyməti bəlli oldu
Limonlu cheesecake (foto resept)
Bu kənddə cəmi 3 saat yarım oruc tuturlar
Şən musiqi niyə bizi pis işlər görməyə vadar edir?
Ölmüş insanların beyinləri bərpa ediləcək - İNANILMAZ YENİLİK
Pul əskinaslarını rəsm tablosuna çevirdi
Havanın temperaturu 43 dərəcə olacaq
Məşhur aktyorun davranışı haqqında araşdırma başladı-SƏBƏB
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Günün ulduz falı
Meqan Markl haqında ŞOK İDDİA - "Hamilə deyil"
Kirayəyə veriləcək mənzillərin siyahısı - FOTO
200 min şəxsə birdəfəlik ödəniş - Məbləğ açıqlandı
Körpəsi diş çıxaran analara tövsiyələr
Limonlu suyun faydaları
Gəncə idmançısı vətənə medalla döndü
Bağçalarda valideynlər üçün fərdi videomüşahidə yaradıla bilər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]