Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.Milli.Az Azər tac-a istinadən xəbər verir ki, sərəncamda deyilir.
"Azərbaycan Respublikasında turizm, menecment və digər xidmət sahələrində müşahidə olunan sürətli inkişafı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün
pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. Azərbaycan Turizm və Menecment Universitetinin təhsilin bütün pillələrini əhatə edən, turizm və menecment sahələri üzrə kadr hazırlayan aparıcı təhsil mərkəzi kimi fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı, o cümlədən müvafiq tədris şəhərciyinin yaradılması ilə bağlı təklifləri iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi - VİDEO
Aslı Enver yenidən kamera önündə-FOTO
İmmuniteti gücləndirən tərəvəzlər
Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ
Rusiyada dərs ilinin başlayacağı tarix açıqlandı
Hamının gözlədiyi qərar verildi
Dində məcburiyyət yoxdur
Göbələkli toyuq (foto resept)
Prezident onlara fəxri adlar verdi - SƏRƏNCAM
ABŞ-da anomal hava şəraiti: Temperatur bir gündə 30-33 dərəcə aşağı düşdü, qar yağdı
Bilmədiyiniz maraqlı faktlar
Şeyma Subaşıdan FOTOsessiya
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
Sağlam olmaq üçün sadə üsullar
Quru dərilərə xeyirli olan qidalar
Yumalı olduğunuz ərzaqlar
Neft qiymətlərindən son məlumat
TQDK valideynlərə müraciət etdi
Bergüzar Korel və Halit Ergenç karantin günləri necə keçirir?
Aslı Ənvər kökəldi-FOTO
"Pensiyalar artacaq"
Keçibuynuzu
Kələmli makaron (foto resept)
Napoleon qəlyanaltısı (foto resept)
Obama "Facebook"da çağırış etdi
Azərbaycanda "Ebola virusu" ilə bağlı ilk müraciət daxil oldu
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
Şlyapalar
Məşhur ulduzların şənlikdə çəkilmiş şəkilləri
Günün ulduz falı
166-cı əməliyyata girmək istədi - aldığı cavabdan şoka düşdü
Ağdam barədə sərəncam verildi
Mətbəx pərdələri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Vətəndaşların nəzərinə !
1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı şagirdi siz də tanıyın!
Elektron siqaretlər yasaqlanacaq
Bakı Metropoliteni bir sıra stansiyalarda əlavə çıxışların tikilməsi imkanlarını öyrənir
Brent nefti ucuzlaşıb
Palma yağı haqqında həqiqət
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Manatın məzənnəsi
Sosial məsafəyə görə təyyarənin göyərtəsində dava düşdü - VİDEO
Kəsmikli-moruqlu kekslər (foto resept)
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
Fərqli krossovkalar dükanı
Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."
Əliyev və Sarkisyan Fransada görüşə bilər
- ŞƏRHLƏR