Bioquark şirkəti ölmüş insanların beyinlərinin dirildilməsi üzrə təcrübələrə başlayacağını bildirib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, şirkət bu il maraqlı layihənin sınaqlarını həyata keçirməyi planlaşdırır. Sınaqlar üçün şirkət vəfat etmiş 20 insan bədənindən istifadə etməyə hazırlaşır. Əvvəlcə onlar cəsədlərin gövdəsindən inyeksiyalar alıb, daha sonra xüsusi hazırlanmış zülal qarışığını onurğa beyinə yeridəcəklər. Bu maddə beyində yeni neyronların oyanmasına təsir edəcək. 15 gün ərzində müşahidə aparan həkimlər lazer terapiyası ilə neyronlar arasında əlaqə yaratmağa çalışacaq. Daha sonra tədqiqatçılar insan beynində baş verən ən xırda dəyişikləri belə qeyd edəcəklər.
İrəli sürülən iddialar insanlarda saysız cavabsız suallar yaradır. Məsələn, ölmüş insan beynini eksperimentə cavab verəcəyi təqdirdə nə baş verəcək? Ümumiyyətlə, ölmüş insanlardan bu eksperimentin aparılması üçün necə razılıq alınacaq? Bütün bunlar şübhəlidir. Şübhəli olan yalnız sınağın nəticələri deyil, bu həm də qeyri-etik eksperiment sayılır.
Sınaqlarda istifadə ediləcək orta beynin əsəb stimulyasiyası komaya düşən xəstələrin müalicəsində belə kifayət qədər məhdud nəticələr göstərir. Eyni zamanda, ölmüş beynin funksiyalarının bərpa olmasına dair heç bir ehtimal belə yoxdur.
Bioquark şirkətinin mütəxəssisləri isə keçirəcəkləri eksperimentə optimist yanaşaraq, uğur əldə edəcəklərinə inanırlar. Onlar hesab edirlər ki, müvəffəqiyyət qazanmaq üçün şansları çoxdur.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
