“45 ildir sükan arxasındayam, hər dəfə qadın sürücü görəndə tez yol verirəm ki, sovuşub getsin”. Peşəkar sürücü, ömrünün çox hissəsini sükan arxasında keçirmiş Rizvan Əhmədov qadın sürücülərə təhlükə kimi yanaşır. “Sovet dövründə qadınlar az hallarda maşın sürürdülər. İndi isə hərə bir maşın alır, elə bil bəhsə giriblər. Çoxları da sürə bilmir, öyrənmək də istəmir”. Bir sözlə, Rizvan dayı qadınların maşın sürməsinin qəti əleyhinədir: “Qadınlar tənbəl məxluqdurlar, öyrənməyə həvəsli deyillər. Sürücülük isə özü də bir elmdir”.
“Home Education” sürücülük kurslarının direktoru Xəzail Muxtarovqadınların məharətli sürücü ola bilməməsinin səbəblərini Milli.Az-ın oxucuları üçün belə izah edir: “Maşın idarə etmək həddindən artıq diqqət tələb edir, qadınlarsa çox diqqətli deyillər. Yəni qadınların diqqətini yayındıra biləcək şeylər çoxdur. Təlim maşınlarında belə, daim öz gözəlliyi üzərində fikirləşirlər. Gözləri həmişə güzgüdə olur, dodaqlarına boyaq cəkirlər, üzlərinə əl gəzdirirlər...”
Həmsöhbətimiz deyir ki, sürücü qadınların qabaq güzgüdə özlərini gördükləri zamanı arxadakı vəziyyəti nəzarətdə saxlamağı unudurlar: “Əgər saçlarının düzümü pozulubsa, tez onu düzəltməyə çalışırlar. Yol qəzaları isə an məsələsi ilə həll olunur”.
Təlimçinin qənaətinə görə, qadınları sükan arxasında təhlükəli edən səbəblərdən biri də odur ki, onlar özlərinə çox güvənmirlər: “Çətin situasiya yarananda güvən hiss etmədikləri üçün çaşırlar. Düşünürlər ki, bir hadisə törənsə, aqibətləri necə olacaq? Həm də sürücülük sırf praktiki bir iş olduğundan qadınlar üçün çətinlik yaradır, peşəkar ola bilmirlər. Yüksək səviyyəli qadın sürücülər dünyada da azdır.
Azərbaycanda qadın sürücülərin təhlükəli olmasını şərtləndirən amillərdən biri də mentalitetimizlə bağlıdır. Düşünürlər ki, kişilər mütləq yol verəcək, amma bəzən bu praktiki olaraq mümkün olmur və qəza törənir”.
Mütəxəssis etiraf edir ki, qadınlar sürücülüyün sirlərinə çətin yiyələnirlər: “Öyrətdiklərimizi bir az çətin götürürlər. Qrupda bir qız, bir oğlan varsa, oğlan həmişə qızdan üstün olur. Çünki oğlanlar doğulandan maşınla oynayırlar. Kiçik yaşlarından sürücü roluna girirlər, həmişə nə isə sürürlər. Yeniyetmə yaşlarında da həyətdə, dostlar arasında söhbət edəndə yol işarələrindən, yol hadisələrindən və kimin necə maşın sürməsindən danışırlar. Rəqabət də olur onların arasında - “kim yaxşı maşın sürür” deyə. Qızlar isə bu söhbətlərə yaddırlar”.
Bununla belə müəllim qadınları ruhdan salmaq istəmir: “Bizim kursları qurtaran qadınlar var ki, kişilərdən yaxşı maşın sürürlər”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiVaqif Əsədov sürücüləri cinslərinə görə fərqləndirməyi yanlış sayır: “Dünyanın heç bir ölkəsində sürücünü cinslərə görə fərqləndirmirlər. Azərbaycan qanunvericiliyinə əsasən, sükan arxasında kimliyindən, vəzifəsindən asılı olmayaraq, hamı bərabər hüquqludur. Apardığımız reydlər zamanı məlum olur ki, qadınlar da kişilər qədər qaydalara əməl etməyə çalışırlar. Amma bizim mentalitetimizdə qadına bütün məsələlərdə güzəşt tələb edilir və fərqləndirilir. Təəssüf ki, bəzən xanım sürücülər bundan sui istifadə edirlər. Dövlət Yol Polisi əməkdaşlarına qarşı aqressiv davranırlar, tibbi ekspertizadan keçirilməsi tələb olunursa, razı olmurlar, müqavimət göstərir, avtomobili saxlamırlar... O cümlədən sükan arxasında telefonla danışan qadın sürücülər kişilərə nisbətən çoxdur. Onlar tez-tez diqqəti yayındıra biləcək hərəkətlərə, yəni avtomobil sürərkən güzgüyə baxmaq, özünə sığal vermək, kosmetika çəkmək kimi hallara yol verirlər. Bununla belə deməliyəm ki, sükan arxasında təhlükəsizlik kəmərlərindən daha çox qadınlar istifadə edir”.
Psixoloq Günel Məhərrəmli isə qadın srücülərin bir neçə üstünlüyünü sayır: “Bu gün qadınların avtomobil idarə etməsi onların rahatlığını təmin edir. Belə ki, xanımın işə getməyi, dərsə getməyi, övladlarını tədris müəssisələrinə aparmağı, bir sözlə vaxt baxımından daha sərfəlidir. Xanımların çoxu ictimai nəqliyyatda özlərini narahat hiss etdiyindən sükan arxasında olmağı daha üstün tuturlar”. Bəs sükan arxasında qadın nə dərəcədə təhlükəlidir? Əks cinsin nümayəndələrinin qadın sürücülərə münasibəti necədir? “Bir neçə il bundan əvvəl qadının avtomobil idarə etməsi əks cinsin nümayəndələri tərəfindən daha kəskin qarşılanırdı. Kişilər hesab edirdi ki, avtomobili idarə etmək yalnız güclü cinsin nümayəndəsinə məxsusdur. Qadının isə sükan arxasında olmağı çox təhlükəlidir. Əslində qadın sürücüləri avtomobili daha təmkinlə, səbrlə idarə edirlər. Qadınlar sürət həddini aşmır, yol hərəkəti qaydalarına kişilərlə müqayisədə daha çox riayət edirlər. Qadın sükan arxasında olan zaman riskə getmir, hər zaman özünü, ailəsini düşünür. Kişilər isə yol hərəkəti qaydalarını daha çox pozur, özlərini riskə atır, sükan arxasında daha aqressiv olurlar.
Lakin onu da qeyd etmək lazımdır ki, qadınların diqqəti, reaksiyası kişilərə nisbətən daha zəif olur. Dünyada ilk dəfə yol hərəkəti qaydasının pozulması nəticəsində avtomobil qəzası məhz qadının iştirakı ilə baş verib. 1896-cı il avqustun 17-də London yaxınlığında Brigitta Driskols adlı qadın öz qızı ilə kilsəyə gedərkən qəzaya uğrayıb. O zaman hadisəni araşdıran məhkəmə yol-nəqliyyat hadisəsilə bağlı ilk tarixi qərar çıxarıb: “Xanım Driskols öz diqqətsizliyi ucbatından yol hərəkəti hadisəsinin qurbanı olub.
Kişilərlə müqayisədə xanımlar daha çox xırda yol qəzası törədirlər. Qadınların qəza törətməsinin bir səbəbi də odur ki, onlar sükan arxasında daha çox həyəcan, qorxu hissi keçirirlər. Avropada qadın sürücülərinə qarşı aqressiv, kobud münasibət yoxdur. Amma təəssüflər olsun ki, bizdə bu münasibətlər, hələ də, hökm sürür. Bundan əlavə sükan arxasında olan xanıma həddən artıq diqqət olunur. Onun hərəkətləri ya gülüşlə qarşılanır, ya da ona qarşı nöqsanlar tutulur. Bir sözlə, xanımın sükan arxasında olmağını faciəvi bir hal kimi qəbul etmək düzgün deyil”.
İlahiyyatçı Elşən Mustafaoğlu qadınların maşın sürməsinə dində heç bir qadağa olmadığını deyir: “Təəssüflər olsun ki, bəzi ərəb ölkələrində orta əsrlərin düşüncəsilə həyata baxan bəzi din adamları onilliklərdən bəri qadına maşın sürməyin caiz olmadığı fikirlərini aşılayıblar. Amma İslamda belə bir qadağaya əsla rast gəlinmir. Qadınların da kişilərlə bərabər hüquqda avtomobil sürmək haqqı var və dinin qadağan etmədiyini heç kəs din adıyla qadağan edə bilməz! İslam - universaldır, zaman və məkanın fövqündə mənəviyyat qanunları məcmusudur. Onu orta əsrlərin Ərəbistan mədəniyyəti və məişəti, yanaşması, düşüncə tərzində həbs etmək olmaz! O dinamikdir və hər dövrün tələblərinə uyğun mənəviyyat kriteriyasını ortaya qoyur. Qadının maşın sürməsi mənəviyyatsızlıq deyil, ola da bilməz! Əksinə, qadının bu haqqının din adıyla inkarı mənəviyyatsızlıq və mürtəce yanaşmadır! Allah bəşəriyyəti hər cür geriçilikdən qorusun və xilas etsin!”
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bu evi necə pak etmək olar?
Kartof pəhrizi (3 günə 5 kilo)
Gündəlik geyim nümunələri
Modelin yaşını bilənlər-TƏƏCCÜBLƏNİR-FOTO
Yaddaş zəifliyini necə aradan qaldırmaq olar?
Uşaqlarda nitq geriliyinin səbəbləri
Lənkəran sakini su quyusu qazdırdı, qaz çıxdı - VİDEOREPORTAJ
Əhməd və Fatimənin dastanı: "Kim deyir ki, eşq yoxdur?"
Özünü təmir edən orqan-Qaraciyər
Bakıda nəqliyyatın iş saatları dəyişdirildi
Avstriya "soyqırım"ı tanıdı
Fərqli soyutma (foto resept)
"Timsah göz yaşları"
Başqası üçün sən
Maraqlı xalçalar
Qızı ilə eyni yaşda görünən qadının gözəllik sirləri
Nəmliyini itirən saçlar üçün maska
Köklüyünə görə ayrılan əri barışmaq istəyir
Türkiyə XİN məşhur aparıcıdan yardım istədi
Bakı sakinlərinə həkim xəbərdarlığı
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
FİFA Rusiyaya görə ABŞ-ı rədd etdi
Gün var əsrə bərabər: ötənləri yada salaq
Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
2030-cu ildən gələn adam ŞOK AÇIQLAMA verdi-FOTO
Boğaz ağrısı zamanı HƏKİM MƏSLƏHƏTİ - Təbii resept
Tavada "Lahmacun" (video-resept)
“Eurovision 2019”un keçiriləcəyi şəhər dəyişdirildi
2018-in dəbi nələrdir?
Həyat yoldaşına toxunmaq və ya öpmək dəstəmazı pozarmı?
Sevgili tapmağın yolları
Azərbaycan yollarında cərimələnməmək üçün ən aşağı sürət həddi hansıdır?
Əhaliyə xəbərdarlıq: maqnit burulğanı var
150 illik tarixi bulaq bir gecədə oğurlandı - VİDEO
Yeni Türkiyə gözəli odur - FOTO
Ledi Qaqa pərəstişkarlarını yeni görünüşü ilə təəccübləndirdi - FOTO
Bal ayı adəti haradan gəlib?
Xoşbəxtəm, çünki... - I hissə
Bu mağazada ikisarılı yumurta satılır - mütəxəssislər isə xəbərdarlıq edir - VİDEO
Bayden prezident olmaq istəyir
Ölkəsini peşkəş verən hakimiyyət və susan xalq
Üst geyim dəbi
Pandemiya dövründə boşananların sayı AÇIQLANDI
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
10 dəqiqəyə yeni saç düzümü
Şamaxı Rəsədxanasının qapısı qarşısında otel tikilir
Dollar kritik həddə ucuzlaşdı - Manatın məzənnəsinə necə təsir edəcək?
Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırıldı
Facebook videoreklamlara başlayır
Hava haqqında
- ŞƏRHLƏR