Rusiyalı astroloq Vasilisa Volodina bürclərə görə 2018-ci il üçün hazırladığı ulduz falını təqdim edib.
Qadin.Net xəbər verir ki, astroloq proqnozunda 2018-ci ildə məhəbbəti cəlb etməyin və onu qorumağın yollarını öyrədib. Odur ki, müəccimin tərtib etdiyi sevgi falı xoşbəxt olmaq hüququ uğrunda mübarizədə sizin üçün əsas köməkçiniz olacaq.
Vasilisa Volodinanın proqnozu 2018-ci ildə qarşınızda açılan şansları da əldən verməməyə yardım edəcək. O, xəbərdarlıq edir ki, gələn il şəxsi həyatda problem və çətinliklər ola bilər, amma bu, o demək deyil ki, əliboş oturmaq lazımdır. Səhvlər və xoşagəlməz hallar qaçılmazdır, lakin onlar bizə güclü olmağa kömək edir. Müsbət düşüncələr sevgi yolunda sizə uğur gətirəcək. Hər şey problemlərə hansı bucaqdan baxmağınızdan asılıdır.
Qoç
Vasilisa Volodinanın ulduz falına görə, Qoçlar bu il öz xoşbəxtliyini tapa biləcək. Qış vaxtı sakitlik hökm sürəcək. Bu, bir növ yazda və yayda gözləyən zəruri dəyişikliklərə hazırlıq mərhələsi olacaq. Yeni il dinc və qayğısız başlayacaq və ya heç olmasa ilə sevdiyiniz şəxslə qarşılıqlı anlaşma içində keçəcək. Amma münasibətlərin transformasiyası davam edəcək.
Mars planeti bütün il boyu güclü mövqe göstərərək sevgi məsələlərində uğur qazanmağınıza kömək edəcək. Yanvarın 1-dən 25-dək ürəyin səsinə əməl etmək lazımdır. Bu zaman ikinci yarını tapmaq münasib vaxt sayılmır, amma heç kim qadağan etmir ki, "torunuza balıq salasınız".
Martın 17-dək sevgi həyatınızda stabillik olacaq. Oyunun gedişini dəyişməyə çalışmayın. Martın 17-dən ta noyabrın 15-dək bütün qapılar Qoçların üzünə açılacaq. Əsas silahınız ehtiras və özünə əminlik hissi olacaq, Mars buna xəsislik etmir. 2018-ci ildə məhəbbət sizin tərəfinizədir, yalnız siz də öz növbənizdə başqalarının hisslərinə qarşılıq verməyi öyrənməlisiniz.
Buğa
2018-ci ildə Buğalar sevgidən başını itirə bilər. Bu il onlar üçün narahat və dəyişkən Ay idarəsi altında zəngin keçəcək. Sizin bütün şanslarınız olacaq ki, münasibətlərinizi qaydasına salasınız. Amma bunun üçün gərəkdir ki, ağlınızı itirməyəsiniz. Ulduzlar əmindir ki, qarşı tərəfin cazibəsi və xarizması qarşısında tab gətirmək çətin olacaq, amma bəzən bu, xoşagəlməz girdabına düşməmək üçün yeganə şansdır.
Mənqitinizi işə salın, sağlam qərarlar verin, imkan verməyin ki, kimsə sizi tələyə salsın. Hərdənbir hətta sevdiyimiz insanlara da qəti şəkildə "Yox" sözünü demək lazımdır. İntuisiyanız bunda sizə kömək edəcək. Daxili səsinizi dinləyin və məsləhət üçün tez-tez özünüzə müraciət edin.
Sevdiyiniz şəxsi gözünüzdə həddən artıq böyütməyə dəyməz. İnsanları ideallaşdırmayın. Siz bir adamı yüz dəfə bağışlaya bilərsiniz, amma o, dəyişməyəcək. Hər şeyə obyektiv baxın. Bu il eqonuzun sığallamasına imkan vermək lazımdır. Sevgi heç yerə getməyəcək, siz isə məhəbbətdən özünüzü itirə bilərsiniz.
Əkizlər
On iki ay Əkizlər üçün yerin ətrafında fırlandığı Günəş altında keçəcək. Sevgini qazanmaq üçün sizə özünü tapmaq lazım olacaq. Özünü sevməyən insan başqasına olan məhəbbəti dərk edə bilməz. 2018-ci ildə bütün müsbət və çatışmayan cəhətlərlə özünüzü olduğu kimi qəbul etməyi öyrənəcəksiniz. Ən başlıcası özünüzü qiymətləndirməyi öyrənin. Utancaqlıq hissinə imkan verməyin ki, xoşbəxt həyatınızı alt-üst etsin.
Ulduzlar əmindir ki, gələn sizi olduğu kimi sevən və qəlbinizə vurulan insanla tanış olmaq üçün bütün şanslarınız var. İlin əvvəli və ortalarını Əkizlər partnyoruyla mənəvi və intellektual harmoniyanın axtarışlarında keçirəcək. Əgər siz qarşı tərəfi yaxından tanımaq istəyirsinizsə, onda ümumi işlə məşğul olun: Səyahətə gedin və ya təmirə başlayın. Bu, sizə kömək edəcək ki, kiminlə yola çıxmaq lazım olduğunu, kimdən uzaqlaşmalı olduğunuzu başa düşəsiniz. Subay Əkizlər onlara daim kömək edən və ya özünün yardıma ehtiyacı olan insanlara aşiq olacaq.
Xərçəng
Xərçənglər ən ailəcanlı bürcdür. Odur ki, gələn il məhəbbət və ailə məsələlərinə diqqət etmək lazım olacaq. Münasibətlərdə harmoniya əldə etsəniz, uğur sizinlə olacaq. Planetlərin hərəkəti bu il sizin üçün taleyüklü xarakter daşıyır. Xərçəng bürcü nümayəndələri sevgini asanlıqla qazanacaq. Ola bilsin ki, siz nəhayət ki, öz idealınızla qarşılacaq və ya sevdiyiniz şəsxlə ortaq nöqtələr tapacaqsınız.
Əgər münasibətlərdə nəsə alınmırsa, ilin ortalarında vəziyyət xeyli yaxşılaşacaq. Hisslərin düzgün ifadəsi haqqında narahat olmağa dəyməz:Əsl sevgi varsa, orada sözlərə ehtiyac yoxdur. Sevgi məsələsində qazanılan uğur işlərinizə də müsbət istiqamətdə təsir edəcək.
Siz 2018-ci ildə bağlanmış dairə üzrə hərəkət etməli olacaqsınız, uğurlarınız bir-birini təqib edəcək. Başqa yol yoxdur. Nailiyyətləri başlı-başına buraxmağa çalışmayın: Kainat dözümlülüyünüzə görə sizi mükafatlandıracaq. Əsası irəliyə hərəkət edin.
Şir
Riks etməyi sevən bu bürcləri ulduzlar gələn il sevindirməyəcək: 2018-ci ildə siz Kainat qanunlarına əsasən yaşamalı olacaqsınız. Sarı Torpaq İt ili özünə vurulmuş, münasibətləri öz istədiyi kimi idarə edən və atdığı sevgi oxlarının möhkəmliyinə əmin olan Şirlər üçün çətin keçəcək.
Qarşıdakı 12 ay, xüsusilə də əgər "sevgi pəhriz"i saxlayırsınızsa, sizin üçün əsl şok olacaq. Ehtiras sizi əsir alacaq və bu, o qədər güclü olacaq ki, müqavimət göstərə bilməyəcəksiniz. Həyat hadisələri də etiraf etməyə məcbur edəcək ki, siz də sevgi qarşısında insanların əksəriyyəti kimi həssasınız. Sizin fövqəl dəyanətiniz sadəcə olaraq adi bir məzhəkədir.
Ulduzlar sizə daxili natamamlıqları görməyə, şəfqət və qarşılıqlı hörmət hissini öyrənməyə kömək edəcək. Bu il sizin üçün mübarizə kimi bir şey olacaq. 12 ay izsiz keçməyəcək, özündən sonra da xarabalıqlar, stereotip və klişelər qoyacaq. Əgər bu burulğana atılmağa qərar verməsiniz, böyük dəyişiklikləri hiss etməyəcəksiniz.
Qız
Sarı Torpaq İt ilində Qızlara özləri, daha doğrusu öz daxili dünyası üzərində işləmək lazım gələcək. Qəlbinin dərinliklərində siz neqativ, keçmişin ağrısı, günah və yenilik qarşısında qorxuya batmısınız. Gələn il adət etdiyiniz kimi bunun öhdəsindən tək deyil, sevdiyiniz insanla birlikdə gələcəksiniz.
2018-ci ildə Qızlar özləri haqqında yayılan çox quru və xudbin təsəvvürləri asanlıqla təkzib edəcəklər. Planet sizə yardım edəcək ki, insanlar daxili dünyanızla tanış ola bilsin. Sizin ailə qalası altında gizlətməyə çalışdığınız şeyləri başqaları görməyə başlayacaq. Bu imkanı isə ilk növbədə laqeyd olmadığınız insanlar qazanacaq. Odur ki, 2018 emosional və intim yaxınlıq üçün münasib ildir. Dincliyi qorumaq üçün ekspertlər sevgi şeirləri oxumağı tövsiyə edir. İmtina etməli olduğunuz yeganə məqam kəskin dəyişikliklərdir. Hərəkət istiqamətini dəyişdirməyə son qoyun, tutduğunuz yolu axıra qədər gedin. Kainatın diqqətindən kənar getməyin, onda bəxt sizi haqlayacaq.
Tərəzi
Qarşıdakı 12 ayda Tərəzi bürcünün nümayəndələrini sınaqlar gözləyir. Əsasən də ovqat və energetika zərər görəcək. Bu, o deməkdir ki, 2018-ci ildə çox güman ki, zövqlər ekzotik tərəfə dəyişəcək. Baxışınız münasibətin mənəvi, cinsi və maddi tərəflərinə yönələcək. Planetlər göstərəcək ki, sevgi ittifaqınız tamamilə digər rakurs altındadır. Bu fonda sevdiyiniz insanla qarşılıqlı münasibətlərdə problemlərdən qaça bilməyəcəksiniz. Astroloqlar maraqlarınızı tarazlaşdırmağı məsləhət görürlər.
İstənilən münasibətlərdə problemlər tez və dəqiq həll olunmalıdır. Sevdiyiniz şəxsin sizin üçün verdiyi qurbanlara görə onu mükafatlandırmağa çalışın. İddialarınız da öz tələblərinizə uyğun olmalıdır. 2018-ci ildə xəsislikdən qaçın. Yadda saxlayın: Hər şey alınır, sevgidən başqa.
Əqrəb
Münasibətlərin maddi hissəsi Əqrəblər üçün bu il başlıca problem olacaq. Amma astroloqlar pula yox, özünüzə diqqət yetirməyi məsləhət görür. 2018-ci ildə Əqrəblərin bütün nümayəndələri əks cins üçün çox cəlbedici olacaq. Xüsusilə sevdiyiniz insanın gözündə daha çəkici görünəcəksiniz.
Ehtiyatlı olun: Prioritetlər avtomatik olaraq yerləşdiriləcək. Bu, o deməkdir ki, siz özünüz üçün "passiv təşəbbüsü" intuitiv seçəcəksiniz. Bu qayda hərəkətlərin açıq hücumlarından daha təsirli olur. Siz qarşı tərəfdə qızğın maraq doğuraraq onun diqqətini cəlb edəcəksiniz.
Ulduzlar sizə şəxsi xarakterli problemlərə yol verməməyi, həm də onlara çox diqqət yetirməməyi məsləhət görürlər. Ağıl və məntiqlə hərəkət edin, istəyinizə mübarizəsiz nail olmaq üçün öz gizli istedadınızdan istifadə edin.
Oxatan
2018-ci ildə ayıq baxışlar Oxatanlara məhəbbəti cəlb etməyə kömək edəcək. Münasibətlərdə impulsiz və idarəedici tərəf kimi hərəkət etdikcə problemlər sizi həmişə izləyəcək. İstisna deyil ki, siz özünüz də sevgi asılılığın təsirinə düşəcəksiniz. Siz məhəbbət şəbəkəsinə düşəcəksiniz, əgər ilham üzrə fəaliyyəti davam etdirsəniz, hətta bütün prinsipləriniz barədə unudacaqsınız.
Münəccimlər öz hissləriniz üzərində nəzarət etməyi öyrənməyi məsləhət görür. Yaradıcılığa baş vurun, çıxılmaz vəziyyətə düşsəniz, yaxınlarınızdan yardım istəyin, lakin öz hisslərinizə arxalanmayın. Zəiflik göstərən kimi hər şey kəlləmayallaq gedəcək. İt ilində sizə böyük səbir və iradə gücü tələb olunur ki, təsadüfən məhəbbət tələsinə düşməyəsiniz. Bir günlə yaşamayın, gələcək haqqında düşünün.
Oğlaq
Oğlaqları sevgi buzları gözləyir, özü də astroloqlar pıçıldayırlar ki, bu, yalnız başlanğıcda baş verəcək. Planetlər elə sıralanacaq ki, özünüzə artıq imtiyazlar icazə verməyəcək və hadisələri tələsdirməyəcəksiniz. Bununla belə "hisslərin seli" sizə hücum edəcək, sevgi ağlınızı başınızdan alacaq. Amma qorxmayın, cəsarətli olun və özünüzə inanın.
İt ili sizə sevgini qazanmağa və cəlbediciliyinizi artırmağa kömək edəcək. Əgər siz sözdən işə keçməyə imkan tapsanız, münasibətlərin yeni səviyyəsinə yol açılacaq. Öz arzu və xəyallarınızdan utanmayın, yeni tanışlıqlar qurun. Əgər kiminləsə artıq münasibətiniz varsa, məsuliyyəti üzərinizə götürün və evliliyə doğru ilk addımı atın.
Dolça
Bu il Dolçalara güclü hisslərdən çəkinmək lazımdır. Çünki siz məhəbbətdən asılı vəziyyətə düşə bilərsiniz. Sevgi ilə enerji uyğunluğunu qarışdırmaq lazım deyil, əsk halda siz məyusluğa düçar olacaqsınız.
Tənhalıq qorxusunu aradan qaldırın, ona görə hər il yüzlərlə ailə dağılır. Tərk edilməkdən qorxmağa dəyməz, lazımi insanlar istənilən vəziyyətdə sizinlə qalır. Başa düşmək vacibdir ki, tək olmaq qorxulu deyil, səhv insanla yaşamaq daha dəhşətlidir.
2018-ci ilin sevgi proqnozu onu göstərir ki, Dolçaların yanında ulduz parlayacaq, hansısa qeyri-adi şəxsiyyət sizin həyatınızda çox şeyi dəyişdirəcək. Sevgi münasibətlərinə ehtirası ehtiyatla əlavə etmək lazımdır, o, mehribanlıqla müşayiət olunmalıdır. Bu il siz daha güclü sevəcəksiniz, amma qarşı tərəfin nöqsanları sizə onu ilahiləşdirməyə mane olmayacaq. Siz müdrik olun: Çəhrayı eynək şüşələri içəridən qırılır.
Balıq
Balıqlar bu il ən bədbəxt bürclərdən ən xoşbəxt zodiak işarəsinə çevrilə bilər. Yaxud da əksinə. Məsələ ondadır ki, bu bürclərin nümayəndələri öz gücünü düzgün xərcləyə bilmir. Hamısı fikirləşmədən onları içəridən dağıdan şeylərə üstünlük verir.
Artıq romanının yeni səhifəsini açmaq, şəxsi həyatınızda və başınızda olan tullantılardan xilas olmaq vaxtı gəldi. 2018-ci ildə tənha Balıqlar öz xoşbəxtliyini tapa bilər və ya onu məhz harada axtarmaq lazım olduğunu anlaya biləcəklər.
Ulduzlar deyir ki, bütün sualların cavabları açıq olacaq. Odur ki, taleyin nişanələrinə diqqət yetirin. Tez-tez özünüzdən soruşun ki, münasibətlərdən və qarşı tərəfdən nə istəyirsiniz. Kainat sizə cavab verəcək. Astroloqlar məsləhət görürlər ki, axtarışlara vaxt itirməyin, ən yaxşısı öz ürəyinizə etibar edin. Əvvəlcə özünüzə, daha sonra isə onu bütün dünyaya açın. Keçmişdə yaşanan məyusluqlardan qorxmayın, keçmişi elə keçmişdə qoyun, indi və burda yaşamağı öyrənin.
Teleaparıcı əmindir ki, insan üçün mümkün olmayan heç nə yoxdur. Biz hamımız kainatın uşaqlarıyıq və kim ki, onunla yaşayır hər şeyi əldə edir. Öz arzularını yerinə yetirmək asandır! Ən əsası kosmik impulsların təsirinə görə yaşamağa başlayın. (publika.az)
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)