
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında sərəncam imzaladı.
Milli.Az Azər tac-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Son illər Mingəçevirdə şəhərsalma prinsiplərinə ciddi riayət olunmaqla geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 24 çoxmənzilli yaşayış binası müasir üslubda əsaslı təmir edilmiş, 22 nümunəvi məhəllə yaradılmış, parklar salınmış, şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənmiş, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulmuş, Gənclər Mərkəzi, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, otellər inşa olunmuş, yeni yollar çəkilmiş və hazırda bu işlər davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mingəçevir şəhərinin mənzil fonduna daxil olan daha 22 çoxmənzilli binanın əsaslı təmirinin həyata keçirilməsi və kommunal texnikanın alınması məqsədi ilə qərara alıram:
1. Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin daha da sürətləndirilməsi və kommunal texnikanın alınması məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
BÜRCLƏR bizə nə vəd edir?-6 Aprel
Alimlər planeti məhv edəcək asteroidin ölçüsünü dedilər
Tanrı buludların üzərində - ŞOK VİDEO
Yeni Windows-da nə var
Çiskinli yağış gözlənilir
Türkiyə şokdadır: bu səhər kimlər tutulmadı ki...
Körpələrin əlavə qidaya keçidi üçün tövsiyə olunan ərzaqlar
Qiyamət günü 2030-cu ilə təsadüf edəcək -PROQNOZ
Azərbaycan alimləri laya vurulan quru qazın həcmini iki dəfəyə qədər azaltmağa nail olublar
Nazirlik xəbərdarlıq etdi: İçməli sudan...
Psixoloji xəstəliklər - 2
Cəbhədə son vəziyyət
Daha iki millimiz olacaq
Belinizi incə göstərəcək geyimlər
Günlük vərdişlər xarakterinizi göstərir
Ukrayna və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
Ən çox evlənən və boşananlar kimlərdir?
"Azəryol" və "Azərreyl" məğlub oldu, 3-cülük uğrunda görüşəcəklər
Ailə qurmaq istəyən 209 nəfərdə QİÇS aşkarlandı
Sevdiyim çiçəklər
"Sədərək" bağlandı
Məşhur cütlük qızları ilə ilk FOTO paylaşdı
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
Məşhur aparıcı “Fox TV”dən getdi
Seda Sayanı təhqir həbs olundu
Ən çox qazanc əldə edən film oldu
Serdar Ortaçdan qəribə açıqlama
Azərbaycana ilk qar yağdı -FOTO
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
İdmançılarımız Avropa çempionatından 5 medal gətirdilər
Valideynlərə bir sıra məsləhətlər
Məşhur müğənni və oğlu koronavirusa yoluxdu - FOTO
Kağızdan fil düzəldən - FOTO
Əl işi evlər
Qara kişmişli kurabiyə (foto-resept)
Delfinlər
Televiziya və kompüterin uşaqlara təsiri
Selena Qomez reklam qiymətini açıqladı - FOTO
Yeni heyvan növü yaradıldı-FOTO
Dəhşətli virus Azərbaycanın bir addımlığında
Qaşlarını yan dara, qız...
Azərbaycanda şəkərli diabetdən ölənlərin sayı açıqlandı
Ətrafındakı gözəlliyi görə bilirsənmi?
Kişiləri heyran edən qadın xüsusiyyətləri
Metroda qəflətən yuxu güc gələndə
"Qarabağ"ın taleyi çexlərə tapşırıldı
Beren Saat rekord müddətə hədiyyə seçdi-FOTO
"Canlı Ken" 200-cü dəfə əməliyyat olundu-FOTO
Burun tüklərinizi qopartmayın, ölə bilərsiniz! - HƏKİM RƏY
Qatıqlı meyvə salatı (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]