Azərbaycan televiziya məkanında yayımlanan verilişlər öz aktuallığı və baxımlılığına görə seçilir. Həm mənfi, həm də müsbət mənada. Son vaxtlar ekran qarşısında əyləşən tamaşaçılar daha çox komediya verilişlərinin səviyyəsindən şikayət edirlər. Belə ki, televiziyalarımızda kifayət qədər maraqlı, zamanın nəbzini tutan, insanları düşündürərək güldürə biləcək verilişlərimiz azlıq təşkil edir. Sosial şəbəkələrdə komediya verilişlərimizin əttökən, duzsuz, maraqsız və bayağı olduğu söylənilir və buna müxtəlif cür səbəblər gətirilir. Verilişi izləmək istəyən tamaşaçıların əksəriyyəti ona uzun müddət baxa bilmir və tez bir müddətdən sonra kanalı dəyişdiklərini söyləyirlər.
Doğrudan da dünyagörüşü, yumor hissi zəif olan aparıcıların əlində oyuncağa çevrilən verilişlərin keyfiyyəti kifayət qədər aşağıdır. Bu kimi hallar isə tamaşaçıların yerli kanallardan üz çevirməsinə və əcnəbi kanallara meyil etməsinə səbəb olur. Mütəxəssislər bu sahədə ciddi kadr çatışmazlığının olmasından şikayətlənir.
“Zarafatın, yumorun da həddi olmalıdır”
Ötən həftə Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ANS kanalında yayımlanan “Comedi.az” verlişi haqqında öz “facebook” səhifəsində iradını bildirmişdi: “ANS-də şənbə günləri “Comedi.az” adlı yumoristik veriliş gedir. Veriliş başdan-ayağa “qara yumor”, qeyri-etik sətiraltı məzmunlu “zarafatlar”dan ibarətdir. Studiyaya yığışan qonaqların çoxu da qadınlar, qızlar olur. Fikir vermişəm, sonuncudan əvvəlki buraxılışlarda intim bir səhnəcik göstəriləndə, tərbiyədən uzaq ifadə işlədiləndə, kişilər-oğlanlar qalırdı bir qıraqda, həmin qız-qadınlar gülməkdən uğunub gedirdilər. Amma sonuncu verilişdə tərbiyəsizlik o həddə çatdı ki, hətta hər şeyə gülən o qız-qadınların sifətində də bir ikrah görünürdü. Zaldan gülüş səsləri kəsilmişdi. Məncə, bu, kanala, verilişi hazırlayanlara bir siqnal olmalıdı. Çünki öz daimi qonaq-tamaşaçıları belə, narazı görünürdü. Bu qədər də olmaz... zarafatın, yumorun da həddi olmalıdır”.
“Tamaşaçı usanır”
Xalq artisti, yumor ustası Arif Quliyev bizimlə söhbətində komediya verilişlərində əsas söz sahibinin yazarlar olduğunu qeyd etdi: “Mən, sadəcə, ifaçı olduğuma görə heç kim məndən vəziyyətin belə olmasının səbəbini soruşa bilməz. Bu, böyük bir məsələdir, burada Yaşar Nuri, Səyavuş Aslan kimi korifey sənətkarların, tanınmış yumor yazarlarının fikirləri çox önəmlidir. Mən həmişə ayağımı yorğanıma görə uzatmışam. Çox doğru buyurdunuz ki, bu gün Azərbaycan səhnəsi satira cəhətdən kasıbdır, axsayır. Amma var, bunu inkişaf etdirmək çətin deyil. Misal üçün, Rəfael İsgəndərov, Coşqun Rəhimov, Fərda Xudaverdiyev və digərləri. Onlar üçün yazarları tapıb ortalığa çıxarmaq lazımdır. Birinci səbəb odur ki, əsərlər yoxdur. Yəni nə qədər köhnə mövzularla çıxış etmək olar? Tamaşaçı usanır axı. İkinci tərəfdən, bu işlə mütəmadi məşğul olmaq üçün vəsait də lazımdır. Əgər hansısa bir kanalda yumor verilişi açmaq istəsəm, məndən pul istəyəcəklər, axı, bu kanallar ödənişlidir. Mən estrada janrı ilə məşğul olan gənclərimizin səviyyəsi barədə bir neçə kəlmə demək istərdim. Bu gün Rəfaellə Coşqunun, Fərdanın, eləcə də “Bakılı oğlanlar”ın - Tahir və Cabir İmanovların çıxışları məni çox qane edir. Onlar hər an yeniliyə can atırlar. Onların çıxışı mənə ləzzət edir”.
“Öz üzərilərində işləməlidirlər”
“Eks Bacanaqlar” serialının baş rejissoru Ramin Hacıyev bizimlə söhbətində bacardığı qədər yumoristik verilişlərə baxdığını, həmin verilişlərin birbaşa onun işi ilə əlaqəli olduğunu bildirdi: “Çəkdiyim serialda gündəmi tutmaq üçün gülüş verilişlərinə davamlı olaraq baxıram. Hər bir verilişin öz tamaşaçısı var. Mən hesab etmirəm ki, komediya verilişlərinə baxılmır. “Bacanaqlar” serialı zamanın nəbzini tutub. 6 mövsümdür sevilərək izlənilirik. Ümumiyyətlə, simasında, aurasında gülüş olmayan insan heç bir maraqlı verilişə gülməz. Ona görə bu işdə incəlik lazımdır. Komediya çox çətin sahədir. Komediya incəsənətin ən incə və qəliz sahəsidir. Komediyanı izləyən tamaşaçılar da müxtəlif fikirli olurlar. Necə ki insanların dünyagörüşləri eyni deyil, komediyaya da baxışlar müxtəlif səpkilidir. Kimin nəyə güləcəyi bəlli deyil”.
R.Hacıyev bu gün hazırlanan bəzi verilişlərdə bayağı gülüşlərə də zaman-zaman yer verildiyini dilə gətirdi: “Hesab edirəm ki, “Space” və digər kanallarda nümayiş olunan gülüş verilişlərinin əksəriyyətində bir qədər yeniliklərə ehtiyac duyulur. İndi kimisə parodiya etmək dəbdə və ya gündəmdə deyil. Zamanında Coşqunla Rafael parodiyadan istifadə etdilər və bu onlarda gözəl alındı. Bu gün də onların etdikləri parodiyalar sevilərək izlənilir. Digər gənc aktyorlar kimisə parodiya etməyə çalışdıqda, bu, artıq özünü doğrultmur. Çünki onlar öz üzərilərində işləməlidirlər. Onlar öncə özlərini doğrultmalıdırlar ki, etdikləri parodiyalar da özünü doğrultsun”.
“Həvəskar yanaşma”
Tanınmış televiziya mütəxəssisi Qulu Məhərrəmli bugünkü komediya verilişlərinin məzmununun kasadlığından şikayətləndi: “Gülüş adi bir situasiyadan yaranır. Bizim komediya verilişlərində isə gülüş sadəcə söz üzərində qurulub. Ona görə də verilişlərdə insanlara ötürülən süni gülüş öz təsirini və effektini itirir. Hesab edirəm ki, televiziyaya komediya verilişlərinə görə qeyri-ciddi yanaşma var. Çünki bu gün televiziyalar tamaşaçıya çox bəsit, adi subyekt kimi yanaşırlar. Bu gün gözəl yumor və satira yazanlarımız barmaqla sayılası qədərdir. Gülüş adı ilə açılan verilişlərdə süni gülüş yaratmaq üçün müxtəlif formalardan istifadə edirlər. Bu da həmişə uğurlu olmur. Əksinə, insanları güldürmək əvəzinə, onlarda qıcıq doğurur. Bəzən də insanlarda əsəb yaradır. Bununla bağlı ciddi düşünmək lazımdır. Vaxtilə Azərbaycan televiziyasında “Komediyalar aləminə səyahət” verilişi var idi. Həmin veriliş çox maraqla izlənilirdi. Orada klassiklərin əsərləri götürülüb, maraqlı hekayələrdən istifadə olunurdu. Ancaq indi ədəbi material olmayandan sonra rejissor və aktyor hansı hoqqadan çıxırsa-çıxsın, o effekti ala bilmir. Biri var peşəkarlıq, biri də var həvəskar yanaşma. Bizim komediya verilişlərində əsasən həvəskar yanaşmalardan istifadə olunur. Ona görə də xoşagəlməyən situasiyalar yaranır”.
Q.Məhərrəmli əvvəllər hazırlanan “Mozalan” verilişinin baxımlılığını nümunə hesab edir: “Həmin verilişdə həm bədii, həm də sənədli süjetlər olurdu. Sənədli süjetlərdə real fakt, gerçəkliyin acınacaqlı mənzərəsi var idi. Bu gün niyə elə süjetlər alınmır? Sosial məzmun arxa plana keçir və nəticədə gülüşün heç bir çaları olmur. Gülüş verilişləri daha çox iki aktyorun deyişməsi kimi hal alır”.
Ekspertlərin fikirləri öz yerində, amma belə görünür ki, ekran qarşısındakı insanları güldürmək əvəzinə, özləri bacarıqsızlıqları ilə gülüş obyektinə çevrilən “komediya ustaları”nın peşəkarlaşması hələ çox zaman alacaq...
XƏBƏR LENTİ
Ölkəmizdə bir günlük istirahətin qiyməti - ARAŞDIRMA
Günün ulduz falı - 14.09.2013
Bakı nə günə düşəcək?
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Hər kəs xəstə atasına qulluq edən 6 yaşlı uşaqdan danışır-FOTO
İlham Əliyev, Putin və Paşinyan arasında görüş başladı - YENİLƏNİB + VİDEO
ABŞ-da müxbir canlı yayıma şalvarsız çıxdı – VİDEO
Yeni il qabağı avtomobillərə qadağa
Yaşadıqca...
Bu sezonun eynək modelləri
Xəstəlik aktyoru tanınmaz hala saldı
Avropada ilk transfer bombası partladı
Direktorlara kurs keçiləcək
Plastik istifadəsini azaltmağın yolları
Ana bətnində mübarizə
İnstagram fenomeninin sirri məlum oldu-FOTO
Səməd Vurğun dünyası rənglərin işığında
DİM 24-25 iyunda keçiriləcək imtahanlarda iştirak edəcək şəxslərin NƏZƏRİNƏ
Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər
Paltardan pomidor ləkəsini necə çıxarmalı?
Ermənistana daha bir sarsıdıcı zərbə: Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edildi - VİDEO
Bilməkdə fayda var...
Azərbaycan millisi irəlilədi
Maşın bazarında canlanma - QİYMƏTLƏR
Çinlilər “iPhone X”in tam oxşarını yaratdı
Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
Abituriyentlərinin nəzərinə!
Ebola Azərbaycanda yayıla bilər?
Millət vəkili Ramil Səfərovun evində
Azərbaycanda süni mayalanma halları artıb
"Naznaz" peraşkisi (foto resept)
Ən uzaq kosmik cism tədqiq ediləcək
Damarları təmizləyən qidalarla tanış olun!
BAKI 2015: Bu komandamız ən güclü oldu
Hər mövsümün tərzinə çevrilən, ağ şalvarlar
Balıq kotleti (foto resept)
Dünyanın ən iri teleskopu tikilir
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə
DİN Gəncədə məsciddəki əməliyyatla bağlı açıqlama verdi
Klaviaturanın sirləri (Dərs4)
Günün ulduz falı
Suda doğuşun faydaları
Mayli Sayrus xəstəxanalıq oldu-SƏBƏB
Kralın səhər yeməyi pudinqi (foto resept)
Ac qarına bunları etməyin!
Buraxılış imtahanlarının vaxtı bilindi
2013-cü ilin ən uğursuz filmləri
Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi
Cehiz alış-verişi
- ŞƏRHLƏR