Əziz Qadın.Netlilər, bu silsilə xəbərimdə uşaqların, eləcə də yeniyetmələrin psixoloji və sosial inkişafları barədə geniş söhbət açacayıq. Silsilə xəbərlər ərzində bu mövzuda aparılmış bütün təcrübələr, alimlərin rəyləri və eləcə də müəyyən məsləhətlər də qeyd ediləcəkdir. Nəzərinizə çatdırım ki, buradakı məlumatları paylaşarkən psixoloq Hüseyn Xəlilovun əməyindən bəhrələnəcəyik. Əgər sizin övlanlarınızla əlaqəli hər hansısa bir çətinlikləriniz varsa, o zaman bu silsilə xəbəri mütləq izləyin. Eləcə də şərhlərdə də suallarınızı verə bilərsiniz. Şəxsi biliyim sahəsində suallarınızı cavablandırmağa çalışacağam. Bu dəfəki silsilə xəbəri ilə biz uşaqların inkişafını birlikdə izləyəcək və çox şeylər öyrənəcəyik. Elə isə, buyurun, xəbərə başlayaq.
I Fəsil
Yeniyetməlik dövrünə baxış
Şəxsiyyətin yaş dövrlərini və psixoloji inkişaf mərhələlərini öyrənmək elm üçün həmişə ən vacib məsələlərdən biri hesab olunur. Alimlər yaş dövrlərini araşdırmış, sonra onları psixoloji baxımdan mərhələlərə bölmüş və hər biri üçün ayrı‐ayrılıqda mərhələlərə görə təhlillər aparmışlar. Bu təhlilləri, əsasən, Qərb alimləri ilə Azərbaycan psixoloq alimlərinin fikirlərini müqayisə edərək ortaya maraqlı faktlar çıxartdıq. Belə ki, bu mövzunun əhəmiyyətliliyini nəzərə alaraq uşaqların yaş dövrlərini geniş araşdırma predmeti kimi seçmiş və burada təqdim etmişik. Uşaq və yeniyetmələrin inkişaf dövrləri ilə bağlı aparılan elmi tədqiqatlar, təcrübələr göstərmişdir ki, Z. Freyd, E. Erikson, Maslov, Elkonin, A. Adler, K. Junq, o cümlədən Azərbaycan alimlərindən M. Həmzəyev, Ə. Qədirov, Ə. Bayramov, Ə. Ağayev bu problemlərə müxtəlif aspektlərdən yanaşmış, öz araşdırma və tədqiqatları ilə elmə bir çox yeniliklər gətirmişlər.
Psixoseksual inkişaf nəzəriyyəsi
Psixoanalitik konsepsiyanın əsası Ziqmund Freyd (1856‐1939) tərəfindən qoyulmuşdur. Freydin təliminin əsasını fərdin psixoseksual inkişafı nəzəriyyəsi təşkil edir. Freydə görə, şüursuzluğun əsasını seksual instinktlər (libido) təşkil edir və o insanın psixi fəaliyyətini şərtləndirir. Psixoanalizin yaradıcısı Z.Freyd 1856‐cı il may ayının
6‐da Freyburq şəhərində kasıb yun tacirinin ailəsində doğulmuşdur. Freydin atası Yakob anası Amaliya Natansondan 20 yaş böyük idi.
1850‐ci ildə Freydlər ailəsi əvvəlcə Leypsiq, bir neçə ay sonra Vyana şəhərinə köçür və orada daimi məskunlaşırlar. Freyd hələ uşaqlıqdan iti ağlı və oxumağı ilə seçilirdi. O, 17 yaşında olarkən yunan, latın, fransız, ingilis, italyan və ispan dillərini bilirdi.
Freyd şəxsiyyətin inkişafında beş psixi‐cinsi inkişaf dövrləri üzərində üç mərhələdə araşdırma aparmışdır. Bu dövrlər – oral, anal, fallos, latent (gizli) və genital dövrlər adlanır.
Birinci mərhələ: Oral (körpəlik dövrü) dövr (0 ‐ 2 yaş): Yeni doğulmuş uşaq köməksiz olub, himayəyə ehtiyacı olduğundan, dərhal öz əhatəsiylə münasibətlər qurmağa can atır. Qida uşağın əsas tələbatıdır. Buna görə də uşağın əksər arzuları, maraqları, əməlləri ağız nahiyəsiylə əlaqədardır. Məhz ona görə də Freyd bu dövr üçün latın dilində ağız mənasını verən oral sözündən istifadə edir. Oral dövrdə ilk həzz mərkəzi ağız hissəsidir. Bəzən uşaq öz tələbatını ödəyə bilmədikdə
(məsələn, ona əmzik verilmədikdə) qışqırıb ağlamalı olur. Belə davranış uzun müddət davam etməzsə, özünü sakitləşdirmə vərdişləri aşılayır və qəzəbdən qorunma
mexanizmlərini inkişaf etdirir. Amma öz tələbatını ödəyə bilmədikdə onda infantilik, asılılıq keyfiyyəti formalaşır. Bu isə böyüdükdən sonra özünü konformizm və ya neqativ davranış formasında büruzə verir.
İkinci mərhələ: Anal dövr (2-3 yaş): Bu mərhələ cinsi yetişkənliyin başlamasına qədər davam edir və libido‐ subyekt adlanır. Bu dövr onunla seçilir ki, uşaq öz instinktiv tələbatını ödəmək üçün heç bir xarici obyektə ehtiyac hiss etmir. Freyd bu dövrü narsizm mərhələsi də adlandırırdı. Bu mərhələdə uşaq özünə nəzər salır, ətrafdakı əşyalardan öz tələbatını ödəmək üçün istifadə edir. Narsizm özü də bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ (Anal dövr: 2–3 yaş) üç yaşa qədər davam edir. Bu dövr ayaqyolu təliminin başlandığı dövrdür. Ayaqyolu təlimini icra edərkən uşağı hazır olmadığı halda məcbur etmək və ya cəza tətbiq etmək onda iki tip təsirdən birinin
inkişafına səbəb olur.
Psixoloji cəhətdən, Freyd deyir ki, uşaqları istəmədiyi şeyə məcbur etmək olmaz. Belə halda uşağı məcbur edən ananın hərəkətini qınayır. Belə bir xüsusiyyət gələcəkdə – yeniyetməlik dövründə davakar, hirsli xarakter kimi özünü büruzə verə bilər. Bu xüsusiyyətə malik olan şəxslər əziyyətvermə, dağıtmaq, əsəbilik, pintilik, səliqəsizlik kimi zahirdən görünən davranışları özündə əks etdirə bilər.
Bir başqa halda, Freyd göstərir ki, ananın təzyiqlərinə və cəzalarına məruz qalmamaq üçün uşaq nəcisi bağırsaqlarında tutmağa üstünlük verir. Bu psixoloji təzyiq nəticəsində, uşaq ayaqyolu ehtiyacını ödəməmiş olur. Bu xarakteri inkişaf etdirən şəxslər yeniyetməlik dövrlərində də hisslərini büruzə verməkdən qaçan, ifrat tənqidçi, nizam‐intizamlı, əşya və pul yığan, lakin xərcləməyən bir şəxs kimi formalaşa bilərlər.
Fallos Dövr (3–6 yaş): Freydə görə bu dövr cinsi kimliyin əsasının qoyulduğu dövrdür. Uşağın diqqəti tədricən ağız nahiyəsi və anusdan cinsiyyət orqanlarına yönəlir. Bu mərhələdə cinsiyyət orqanları yeni həzz mənbəyinə çevrilir. Oğlan və qızlarda cinsi fərqlər özünü bariz şəkildə göstərir. Freyd fallos mərhələsini qızlar üçün daha böhranlı hesab edir. Bu mərhələdə valideynlərlə münasibətdə gərginlik yaranır. Bu, qızlarda anaları, oğlanlarda isə ataları ilə münasibətdə xüsusilə kəskin şəkildə meydana çıxır. Uşaq öz həmcinsi olan valideynlərdən həm qorxur, həm də onu əks cinsdən olan valideynlərinə qısqanır.
Artmaqda olan intellektual fəallıq maraqları ödəmək, təşəbbüs göstərmək, sadə məsələləri həll etmək imkanı verir. Adətən valideynlər müəyyən çərçivədə bu təşəbbüsü təqdir edir və uşaqda ləyaqət hissini tərbiyə edirlər. Beləliklə, fallos mərhələ şəxsin özünə qarşı münasibətin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Bu mərhələ anormal keçərsə, narsistik tip şəxsiyyət formalaşır. Bu tipə qeyri‐yeniyetməlik hissi, ən xırda hadisələrə qarşı həssaslıq, başqalarının rəyindən hədsiz asılılıq xasdır.
Latent (Gizli) Dövr (7–12 yaş): Cinsi maraq və istəklərin gizlədildiyi bu dövrdə uşaqlar ehtiras və hisslərini nəzarət altında saxlamağa çalışırlar.
Uşaq bir tərəfdən cinsi istək və maraqları olduğunu hiss edəcək, digər tərəfdən də bu enerjisini başqalarına, insanlararası əlaqələrə və dərs oxumağa
istiqamətləndirəcəkdir. Bu dövrdə uşaqlarda özünə inam hissi artmağa başlayır, dostlar qazanır və bununla əlaqədar cəmiyyətdəki rollarını öyrənib mənimsəməyə başlayır. Bu dövrdə uşaq özünü, öz cinsinin nümayəndələri ilə eyniləşdirməyə çalışır. Müxtəlif oyunlarda iştirak edərkən, qrup daxilində fəaliyyətə xidmət edən müxtəlif rituallar, qaydalar işlənilir. Qrupdaxili davranış standartlarının ödənilməsi, ünsiyyət vərdişlərinin yaxşı mənimsənilməsinə xidmət edir.
Üçüncü mərhələ: Genital Dövr (12 yaşdan yuxarı): Bu dövr 12 yaşından başlayıb insanın gənc yeniyetməlik dövrünə qədər davam edir. Fizioloji və psixoloji cəhətdən püxtələşməyə başlayan gənclərdə hormonların təsiri ilə bir sıra proseslər baş verir. Bu dövrdəki əsas problemlərdən biri olaraq, ana‐ata ilə mübahisə edən övladın özünü sübut etmək üçün öz yoldaş çevrəsiylə daha çox münasibətdə olması nəzərə çarpır. Bu yaşda uşaqlar sosial fəaliyyətlərə qatılmağa
üstünlük verirlər.
Gənc özünü tanıyıb püxtələşərkən cəmiyyət də gəncdən müəyyən davranışlar gözləyir. Gənc bu rolları da mənimsəməyə çalışır. Cəmiyyət rollarından biri də heç şübhəsiz, peşə roludur. Gənc özünə ən uyğun sənəti seçmək üçün əmək sərf edir.
Genital dövrü müvəffəq bir şəkildə keçən şəxslər digər insanlarla sağlam münasibətlər qura bilir, həyatdan zövq alan, yaradıcı və xoşbəxt bir insan olurlar. Bu dövrdəki müvəffəqiyyətsizlik isə gəncin cəmiyyətdə və fərdi sferada sağlam, bacarıqlı bir şəxsiyyət kimi formalaşmasına əngəl olur.
Bu dövrə məxsus uşaqlar yaradıcı, öz güclərini istifadə etməyi bacaran, ətrafla normal münasibətdə olan, insanları sevən və hörmət edən təbii insan tipidirlər.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
Bakı sürücülərinə xəbərdarlıq: yol bağlanır
Tərtərdə müharibənin dəhşətli izləri havadan görüntüləndi - VİDEO
Sabahın HAVAsı
"Səni sevirəm"
Sobada kələm dolması (foto resept)
Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq?
İsveçrə ATƏT PA-ya sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olacağına ümid edir
Çətin ləkələri köhnə üsullarla təmizləyin
Limonlu çay kimə ziyandır?
D vitamini çatışmazlığı xərçəngə də səbəb olur
Metropoliten satıcılarının əksəriyyəti hələ də işsizdir
Bu balıqlar həm üzür, həm də gəzir – VİDEO
Obama Avropanı xəbərdar etdi
"Barselona"nın daha 2 ulduzu sıradan çıxdı
HAVA necə olacaq?-7 Oktyabr
20 milyona pişik satılır-FOTO
Tənbəlliyin bilinməyən faydaları
Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO
İnsanoğlu bu gün bir addım da irəlilədi
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Xəbər göndərmə qaydası
Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər
Putinin gənclik Sirri Açıldı-FOTO
Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər
İpoteka şərtləri dəyişir
İşğal olunmuş Şuşada məskunlaşan ermənilərin 80 faizi qaçıb
Berk Oktay
İlan yatan qadının ağzına girdi
Facebook-da yenilik var
Leyla Əliyeva uşaqları sevindirdi - FOTO
Smart saat sevgilisinin xəyanətini aşkarladı
Balıq satışı qaydaları sərtləşdirildi
TƏBİB “Semaşko” ilə bağlı araşdırma aparır - RƏSMİ
Məşhur aktyor əsgərlikdən qayıtdı-FOTO
Teledərslərin sabaha olan cədvəli açıqlandı - FOTO
Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər
Küçələrə niyə tüpürürük?
İrina Şeyk paylaşdığı FOTO ilə TƏƏCCÜBLƏNDİRDİ
Kardi B "Muhteşem Yüz Yıl"a heyrandır-FOTO
Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR
Dünyanın ən faydalı 13 meyvəsi
"Çukur" final edir-SƏBƏB
Çimərlik kombinləri
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
Məşhur müğənni əməliyyat olundu – FOTO
Günün ulduz falı - 29.12.2013
Toplumun fikrini dəyişəcək gücə malik məşhurlar bəlli oldu-FOTO
İctimai nəqliyyatda bu istidə necə sağ qalmaq olar?
Vaşinqton Ukraynaya silah göndərəcək
Retro saç aksesuarları: yaylıq
- ŞƏRHLƏR