
Rəsmi təklif edilən yerlər yararsızdır, “Metro” ticarət mərkəzi isə üç ay əvvəlcədən “yer pulu” istəyirBakı Metropolitetindən qovulan işsizlər ordusunun böyük bir qismi yeni iş yeri tapmaqda çətinlik çəkir. Metropoliten rəhbərliyi və Bakı Şəhər İcra Hakimiyyəti onlara pulsuz yer vəd etsə də, buna əməl olunmadı. Metropoliten rəhbərliyi onların digər yerlərə köçürüləcəyini və bir neçə aylıq icarə haqqından azad ediləcəyini bildirsə də, verilən vədlərə əməl edilmir. Metropolitendəki bu qəfil qərarın nəticəsində dükanları dağıdılan ticarətçilərin böyük əksəriyyəti hazırda işsizdir. Ticarətçilərin kiçik bir hissəsi icarə yer tapıb işləyirlər.
Metronun “Neftçilər” stansiyasında çalışan ticarətçilərin bir neçəsi yaxınlıqdakı ayrı-ayrı dükanlarda yer kirayələyiblər. “Əhmədli”də çalışanların da bir neçəsi yeni iş yeri tapa bilib. Metro ticarətçilərinin cüzi hissəsi “Xalqlar dostluğu” yarmarkasında icarəyə yer götürə bilib. “Ayı 150 manata kənar bir yerdə kiçik dükan götürə bilmişik. Heç alver gedəcək yerə oxşamır”,- deyə keçmiş metro ticarətçisi bildirir. Onlar qeyd edirlər ki, metropoliten rəhbərliyinin pulsuz yer icarəyə verməsi vədi ağ yalandır. “Bizə Günəşlidə, Keşlədə, həmçinin AMAY ticarət mərkəzində yer təklif edirlər. Oraya kim gedər? Təklif edilən yerlər ticarət mərkəzi qurulacaq yer deyil və orada satış mümkünsüzdür”,- satıcılar qeyd edirlər. Onlar bildirirlər ki, tapdıqları yerlər üçün icarə haqqını özləri ödəyirlər və metropoliten rəhbərliyi yalnız özlərinin təklif etdikləri yerlərə güzəşt vəd ediblər: “Həmin yerlər də normal yerlər deyil”.
Qeyd edək ki, metro keçidlərindən biri indiyədək sökülməyib. “20 Yanvar” stansiyasındakı bütün köşklər fəaliyyətini davam etdirməkdədir. Əvvəlcə həmin stansiyanın martın 27-də söküləcəyi söylənilsə də, indiyədək stansiyada alver gedir.
Bu günlərdə isə rəsmi şəkildə bildirildi ki, metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin yalnız 10 faizi alternativ yerlərdə yerləşdirilib. Səbəb kimi sözügedən ticarət obyektləri sahiblərinin böyük əksəriyyətinin meriyaya müraciət etmədiyi bildirilib. Yəni ticarətçilərdən 90 faizi təklif olunan yerlərə getməyiblər.
Əməkdaşımız isə metro ticarətçilərinə təklif edilən Keşlə bazarında olub və öyrənib ki, buraya heç kim gəlməyib. “Metroda işləyənlərdən heç kim bu bazara gəlmədi. Boş yerlər var, çoxdur, ancaq heç kim bəyənmədi”,- deyə satıcılar durumu izah ediblər. Qeyd edək ki, bu bazarda ərzaq, tərəvəzlə pal-paltar, xırdavat eyni yerdə satılır və çox qarışıqlıqdır. Satıcılar deyirlər ki, yəqin ki, bu səbəbdən metro ticarətçiləri buraya gəlməkdən imtina ediblər.
Metro ticarətçilərinin bir qismi isə “8-ci kilometr” bazarının yaxınlığında yerləşən “Lotos” ticarət mərkəzinə köçüb. Ticarət mərkəzinin zirzəmisi təmir edilərək onlara icarəyə verilib. Bura “Metro” ticarət mərkəzi adlandırılır. Ticarət mərkəzinə baş çəkən əməkdaşımıza satıcılar bildiriblər ki, bura yeni açıldığından ciddi alıcı qıtlığı var: “İnsanlar təzə-təzə buraya gəlməyə başlayıblar. Alver getmir, günlərlə heç nə satmadan otururuq”. Lakin bunun müqabilində satıcılar xeyli miqdarda icarə haqqı ödəyirlər: “Bizə heç bir güzəşt edilmədi. Gələn gündən icarə pulunu istədilər. Hətta üç ayın pulunu əvvəlcədən verdik. Ayı iki yüz manata icarəyə götürmüşük dükanları, dedilər ki, bu başdan altı yüz manat verməlisiniz. Biz də verdik. İndi də gözləyirik ki, alver getsin, çörək qazanaq”. Satıcılar rəsmi şəkildə onlara təklif edilən yerlərin alver üçün uyğunsuz olduğunu da vurğuladılar: “Biz oraya getməklə daha çox itirəcəkdik, yenə burada ümid var. Ona görə getmədik”.
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan daha bir şəhid verdi - RƏSMİ
1 aya sürətli saç uzadan maska
Görmə əngəllilər üçün “bionik göz”
Bakıda mağazalardan bizə ölüm gətirən paltarlar
İşğaldan azad olunan Qubadlı və Cəbrayılın kəndlərindən VİDEOREPORTAJ
Moskva Xəzər vasitəsilə qaz kəmərinin tikintisinə qarşı çıxış etdi
Yas mərasimləri bu qaydalarla keçirilməlidir
Şaxtanın əsərləri
Doşablı Peluze (foto-resept)
Möhtəşəm qadınlar
Zəlzələdə Azərbaycan ailəsi möcüzə şəklində sağ qaldı - VİDEO
Piylənən kişidən 61 kq şiş çıxdı
Bu ərazidə qaz olmayacaq
Kubada meymunabənzər donuz balası doğuldu!
Levent Yüksel Gökçe Bahadırla duet oxudu-VİDEO
Məşhur müğənnini Maykl Ceksona bənzətdilər-FOTO
Məşhur ufoloq:"Yer üzündə insanı yadplanetlilər yaradıb"
Qorbaçova qadağa qoyuldu
Geyim seçmək dərdindən xilas olmaq üçün...
İtkin düşmüş futbolçu ilə bağlı İDDİA - FOTO
Məktəb fənləri azaldıla bilər
Geyim dəstləri
"Facebook"dan qorxulu yenilik
Türkiyəli aktyorların məşhur bacı və qardaşları
Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu sərvətini bağışladı
Köpüklü cupcake (foto resept)
Bu şirkət 1100 nəfəri işdən qovdu
Oruc tutmaq barədə 7 yanlış stereotip
Evdə oturub günəş sisteminə baxa biləcəksiniz
Belə heyvanlar görmüsünüz?
Ən gözəl konbinlər
“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb
Uşaqlar üçün smartfon yaradıldı - “PhoneKС–d”
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq
Günün qoroskopu: sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək
Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində - TAM VİDEO
Azərbaycanın dövlət saytlarına erməni və yunan hakerləri tərəfindən edilən hücumların qarşısı alınıb
Dünyada ilk kəllə sümüyü nəqli edildi
Hava haqqında
"Rembo" qayıdır - FOTO
48 yaşlı Cennifer Lopes növbəti dəfə ərə gedir - FOTO
Dəryaz və karandaş
Kakaolu peçenyelər (foto resept)
Yaz dərdlərindən qurtulmağın yolları
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Azərbaycanlı futbolçu "Anji"də
Bakıda güclü külək olacaq
Saç düzləşdirilməsinin üsulları (1)
Uşaq pulu veriləcəkmi? - Deputatdan açıqlama
Dünyanın qızıl nisbət nöqtəsi Məkkədir














