Fevralın 27-də “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsinə Zaur Hüseynovun təyin edilməsindən sonra metroda yeni dövr başladı: metro keçidlərindən ticarət köşkləri yığışdırıldı.
İşsiz qalan metro ticarətçilərinə 3 aylıq yer pulunu ödəməmək şərti ilə bazarlarda yer veriləcəyi bildirilirdi. Bakının “Yeni Günəşli”, “Sədərək”, “Binə” yarmarkalarında, “Laçın” ticarət mərkəzində, “Təzə bazar”, “Şərq” bazarı, Keşlə bazarı, “AMAY” yarmarkasında və başqa yerlərdə tacirlərə yerlər təklif edilmişdi.
Metro ticarətçilərinə təklif edilən yerlərdən biri də “A.M.A.Y.” ticarət mərkəzi idi. Amma artıq demək olar ki, “A.M.A.Y.” ticarət mərləzi fəaliyyət göstərmir. Ticarət mərkəzində birinci mərtəbədə 4-5 mağazadan başqa bütün dükanlar boşaldılıb.
Ticarətçilər isə verilən yerləri bəyənmirlər. Onların sözlərinə görə, metropoliten rəhbərliyinin təklif etdiyi yerlərdə işləmək mümkün deyil: “Bizim özümüzün tapdığımız yerlər üçün kirayə haqqını biz ödəməliyik, metropoliten rəhbərliyi yalnız özlərinin təklif etdikləri yerlərə güzəşt vəd edirlər. “Bizə “Yeni Günəşli”, “Sədərək”, “Binə” yarmarkalarında, “Laçın” ticarət mərkəzində, yer təklif edilib. Orada işləmək mümkün deyil. Həmin yerlərdə işləyən yaxın dostlarımız var. Onlardan soruşmuşuq. Onlar uzun zamandır ki, orada çalışırlar, alverdən şikayətlənirlər. Biz oraya gedib, yeni yer götürüb, işə başlasaq, heç bir gəlir əldə edə bilmərik. Banklara olan borclarımızı ödəyə bilmərik. Bu da o deməkdir ki, çoxlarımız evsiz qalacağıq. Çünki evlərimiz banklarda girovdadır”.
“Metroda qazandığımın yarısını qazana bilmirik”
Metronun “Neftçilər”, “İnşaatçılar”, “Əcəmi” stansiyasıyalarında çalışan ticarətçilərin bir neçəsi yaxınlıqdakı ayrı-ayrı dükanlarda yer kirayələyiblər. Onlar da həmin yerlərlərdə etdikləri alverlər, metroda etdikləri alverdən qat-qat daha zəif olduğunu deyirlər: “Təklif edilən yerlərə getməkdənsə, metronun yaxınlığında yer götürüb çalışmağı üstün tutmuşuq. Heç olmasa burada bir az alver etmək olur. Köhnə müştərilərin bəziləri bura gəlir. İnsanlar metrodan alver etməyə alışıblar. Heç olmasa metroya yaxın olsaq nəsə etmək olar. Amma burda da vəziyyət ürəkaçan deyil. Metroda qazandığımın yarısını qazana bilmirik. Amma əlimizdən başqa iş gəlmir”.
“Normal alver olan yerdə çalışmağa hazırıq”
Keçmiş metro ticarətçisi Ramiz Quliyev deyir ki, “Lotos” ticarət mərkəzi onlar üçün yaramır: “Sökülməzdən qabaq metronun “İnşaatçılar” stasiyasında ticarət obyekti işlədirdim. Qərar verdilər, sökdülər, qaldıq çörəksiz. Heç olmasa normal yerlə təmin etsinlər ki, gedib orada işləyək. Verdikləri yerlər yararsızdır. İndi deyirlər ki, “Lotos” ticarət mərkəzində bizim üçün yer tikirlər. Başa düşmürlər ki, bizim üçün yerin altı və ya yerin üstü fərq etmir. Normal alver olan yerdə çalışmağa hazırıq. Orada alver olmayacaq. Çünki orada metro yoxdur. Bizim yaxşı alver etməyimizin səbəbi metro idi. İnsanlar metroya minəndə, çıxanda istər-istəməz nəsə alırdılar. Bu ticarət mərkəzi bizə heç nə qazandırmır”.
“Bağlanırsa hamı üçün bağlanmalıdır”
Ticarətçiləri narahat edən səbəblərdən biri “20 Yanvar” metrostansiyasında hələ də ticarət obyektlərinin fəaliyyətidir: “Biz heç kəsin çörəyinə mane olmaq istəmirik. Hamımızın çörək qazandığı yeri əlimizdən aldılar. Dedilər ki, metroda ticarət ümumiyyətlə olmayacaq və tamamilə yığışdıralacaq. Amma “20 Yanvar” metrostansiyasında alver hələ də gedir və üstəlik ora ən sıx yerdir. Bağlanırsa hamı üçün bağlanmalıdır”.
“Metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin yalnız 10 faizi alternativ yerlərdə yerləşdirilib”
APA-ya açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəisi Ramiz Hacıyevin sözlərinə görə, metroda fəaliyyət göstərmiş ticarət obyektləri sahiblərinin yalnız 10 faizi alternativ yerlərdə yerləşdirilib. R.Hacıyev sözügedən ticarət obyektləri sahiblərinin böyük əksəriyyətinin quruma müraciət etmədiyini bildirib. Onun sözlərinə görə, həmin sahibkarlar özlərinin başqa yerlərdə olan obyektlərində fəaliyyət göstərirlər: “Bizə boş yerlərlə bağlı təklif verən ticarət mərkəzlərinin bir qismində sahibkarlar yerləşdirilib. Lakin ticarətçilərdən 90 faizi təklif olunan yerlərə getmədilər. Bizə məlumdur ki, həmin sahibkarların metrodakı obyektlərindən başqa, digər yerlərdə bir neçə obyekti olub və onlar əllərində qalan malları həmin obyektlərə daşıyaraq, orada fəaliyyət göstərirlər. Amma bizimlə əlaqə saxlayanlara xidmət göstəririk”.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək