Nə üçün insanlar şikayətlənirlər? Onlar bunu ətrafdakı insanları təngə gətirmək üçün etmirlər əlbəttə. Biz ürəyimizi boşaltdıqda, ehtimal veririk ki, bundan sonra özümüzü daha yaxşı hiss edəcəyik.
Lakin elm güman edir ki, bu məntiqdə ciddi nöqsanlar vardır. Onlardan biri budur ki, şikayətlər nəinki özümüzü yaxşı hiss etməyə imkan vermir, hətta dinləyicilərin də özlərini pis hiss etməsinə gətirib çıxarır.
Qəzəbi ifadə etmək ... qapalı yerdə emosional yel buraxmağa bənzəyir. Bu, yaxşı ideya kimi görünə bilər, ancaq düzgün deyil – deyə, psixoloq Cefri Lor izah edirdi. (İfadəyə görə üzr istəyirəm – F.A)
Deməli, daim şikayətlənmək vərdişi əhval ruhiyyənizə, yaxşı dostlarınızın və yoldaşlarınızın təəssüratına mənfi təsir göstərir. Lakin bu, hələ hamısı deyil. Bu, həm də sizin beyin və sağlamlığınıza da zərərdir.
İnsan təbiətinin bilicisi və yazıçı Stiven Parton izah edir ki, şikayətlər nəinki beynimizi pis istiqamətə yönəldir, hətta bizim psixiki sağlamlığımızda da mənfi təsirlər qoyur. O, hesab edir ki, şikayətlər sizi hərfən öldürə bilər. Şikayətlərin sizin sağlamlığınıza ziyan verməsi barədə aşağıdakılara diqqət edin:
1. Bütün iş sinapslardadır
Gedişat əsnasında beyninizin sinaps kolleksiyası var. Onlar boşluqlarla – sinaptik yarıqlarla bölünüb. Hər dəfə, fikirləriniz olduqda, bir sinaps başqa sinapsa yarıq vasitəsilə kimyəvi maddə atır. Beləliklə, bir körpü qurur ki, oradan elektrik siqnalı keçir və bununla düşündüyünüz informasiyaya uyğun olan yük aparır.
Hər dəfə belə bir elektrik yük yarandıqda, sinapslar bir-birinə tərəf böyüyür ki, elektrik yükü aşmalı olan məsafəni azaltsın. Bu, təkamül və adaptasiyanın mikrokosmik nümunəsidir. Beyin öz şəxsi sxemini yenidən quraşdırır, özünü fiziki olaraq dəyişdirir ki, uyğun sinapslar kimyəvi rabitəni rahat şəkildə bölüşdürə bilsin, bununla da fikir prosesini rahatlaşdıraraq birlikdə alışdırsınlar. Deməli, ilk mistik elmi sübut budur: sizin düşüncələriniz sizin beyninizi dəyişir və bununla da reallığın fiziki quruluşunu dəyişir.
Sizin düşüncələriniz beyninizi dəyişir, bununla da reallığın fiziki quruluşunu da dəyişmiş olurlar.
2. Siz ünsiyyət qurduğuğunuz adamsız.
Təkcə sizin neqativ fikirləriniz beyninizi neqativə quraşdırmır, həm də neqativ adamlarla ünsiyyət də eyni nəticəni yaradır. Niyə?
Biz görəndə ki kimsə emosiyalarını ifadə edir (istər bu emosiya qəzəb olsun, yaxud kədər, ya da xoşbəxtlik və s.) bizim beynimiz bu emosiyanı yoxlamağa çalışır. Nəticədə beyninizdə həminki sinapsisləri fəaliyyətə keçirməyə çalışır ki, bununla siz müşahidə etdiyiniz emosiyalara toxuna biləsiniz. Bizim sürü hissimiz də məhz buradandır. Məsələn, musiqi festivalında hər kəsin ümumi həzzi buna misaldır.
Nəticə: Əgər siz pozitiv üçün potensialınızı möhkəmlətmək istəyirsinizsə və ahu-zar etmək üçün refleksinizi zəiflətməyə çalışırsınızsa – xoşbəxt insanların əhatəsində olun. Onlar sizin beyninizi pozitivə kökləyəcəklər.
3. Şikayətlər sizin orqanizminizə zərər vurur
Bütün bunlar neqativdən uzaq durub, psixiki sağlamlığı qorumaq üçün yaxşı arqumentdir. Lakin parton israr edir ki, şikayət və qane olmamaq vərdişindən imtina etmək sizin fiziki sağlamlığınıza da xeyirli və zəruridir. “Beyniniz bu qəzəb sinapslarını atdıqda, siz immun sisteminizi zəiflədirsiniz. Onlar sizin qan təzyiqinizi, ürək xəstəliklərinin riskini, piylənmə və diabet, habelə sair neqativ şeyləri artırırlar” – deyə, qeyd edib.
Günahkar stress hormonu olan kortizoldur. O, siz neqativ olduqda əmələ gəlir və öyrənməyinizə, habelə hafizəyə mane olur. İmmun funksiyasını aşağı salır, çəki artırır və s..
Hazırladı: Fərid Abdullah

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR