Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Dubayda keçirilən İcraiyyə Komitəsinin iclasında Assosiasiyada Antikorrupsiya Şəbəkəsinin yaradılması qərara alınıb. Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi dəyərli töhfələr, eləcə də beynəlxalq antikorrupsiya mübarizəsində təşəbbüskarlığı nəzərə alınaraq həmin şəbəkənin və hazırlanacaq müvafiq saytın idarə edilməsi ölkəmizə etibar olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 23-dən 27-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 120-yə yaxın dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının illik yığıncaqları, o cümlədən BPA-nın rəhbər orqanları olan İcraiyyə Komitəsinin və Senatın iclasları keçirilib.
Keçirilən tədbirlərdə ölkəmizi Assosiasiyanın fəxri üzvü və senatoru, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, həmçinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşları daxil olub.
Konfransın təntənəli açılışında Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir, Dubay Əmirliyinin rəhbəri şeyx Məhəmməd bin Rəşid Al Maktum iştirak edib. Mərasimdə Assosiasiyanın ərəb dilində saytının təqdimatı keçirilib. Qeyd olunmalıdır ki, BPA-nın internet saytı ingilis, fransız və rus dillərində mövcud idi və rus dilində səhifə 10 ildən çoxdur ölkəmiz tərəfindən idarə olunur.
Dünyanın 100-ə qədər dövlətindən 500-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin qatıldığı bu mötəbər tədbirdə Dubayın Baş prokuroru Essam Essa Al Humaidan və Assosiasiyanın prezidenti Qerhard Yaroş giriş nitqi ilə çıxış ediblər. Konfransda qanunun aliliyi, şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə, beynəlxalq əməkdaşlıq, yuvenal ədliyyə, müasir İKT-lərin tətbiqi və digər aktual məsələlər müzakirə edilib.
Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri fəal iştirak edərək dövlət başçısı İlham Əliyevin qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirləri, əldə olunmuş nailiyyətlər barədə məlumat veriblər. Bundan əlavə, şəffaflığın təmin olunması ilə bağlı yaxşı təcrübələrə həsr olunmuş seminarda ölkə rəhbərinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinə dair Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul işçisi Azad Cəfərli tərəfindən təqdimat keçirilib, videoçarx nümayiş etdirilib, əyani vəsaitlər paylanılıb. “ASAN xidmət”in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti, korrupsiyanın qarşısının alınmasında önəmli rolu tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq təqdir olunub.
Senatın iclasında iştirak edən nazir F.Məmmədov Assosiasiyanın gələcək inkişafı, mühüm və mürəkkəb məsələlərin həllində Senatın rolu, yeni perspektivlər və s. məsələlər üzrə çıxış edərək konkret təkliflər verib və onlar qəbul ediliblər.
Eyni zamanda, İcraiyyə Komitəsinin iclasında təşkilati məsələlərə baxılıb, tədbirdə qurumun üzvü K.Əliyev iştirak edib. Ümumi Yığıncaqda isə İcraiyyə Komitəsi üzvlərinin yerinə seçkilər keçirilib, habelə təltif olunma mərasimi təşkil olunub və Azərbaycan nümayəndə heyətinin üzvü, Baş Prokurorluğun məsul işçisi R.Haciyev Assosiasiyanın işində fəal iştirakına görə BPA-nın Xüsusi Xidmətlər Sertifikatına layiq bilinib.
Konfrans zamanı BƏƏ, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın Baş prokurorları, bir sıra digər dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların məsul nümayəndələri ilə ilə görüşlər keçirilib, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Mənbə: Trend.az
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR