Dekabrın 29-da B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Distant Bilik” mərkəzinin rəhbəri Fuad Ağayevin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidentinə institutun fəaliyyəti və burada aparılan müalicə prosesi barədə məlumat verilib.
Leyla Əliyeva bu səhiyyə müəssisəsində tətbiq edilən distant təhsil layihəsi ilə tanış olub. Səhiyyə və Təhsil nazirliklərinin dəstəyi ilə reallaşan layihə xüsusi ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etmək, həmçinin leykemiya xəstəsi olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların informasiya-kommunikasıya texnologiyaları biliyinin artırılmasına nail olmaq və potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Uşaqlar müalicə almaqla yanaşı, burada olduqları müddətdə təhsillərindən də geri qalmır və dərslərinə davam edirlər.
Bildirilib ki, ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi olan bu müalicə ocağında xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub.
Uşaqların bayramla əlaqədar hazırladıqları maraqlı çıxışlar, səsləndirdikləri mahnılar, ifa etdikləri rəqslər tədbirə xüsusi rəng qatdı. Bayram şənliyində Şaxta babanın iştirakı uşaqlar tərəfindən sevinclə qarşılanıb.
Leyla Əliyeva balacaların müalicəsi ilə maraqlanıb, Elmi-Tədqiqat İnstitutunun müxtəlif şöbələrində müalicə alan uşaqlarla görüşüb, onların valideynləri ilə söhbət edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti balacaların tezliklə sağalmasını arzulayıb, onlara hədiyyələr təqdim edib.
Tədbirin sonunda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib
XƏBƏR LENTİ
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
Ermənistan satlığa qoyulub
Uzun illər qıtlıq gözlənilir
2018 Coachella festivalı
Gəncədə gimnastika üzrə Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr edilən açıq birincilik keçirilib
Facebook-da təhlükə
Corc Buşun qızının toyu oldu-FOTO
Almaniyada ilk peyvənd 101 yaşlı qadına vuruldu
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
Taksi də bahalaşdı. Bundan sonra nə olacaq?
İngiltərədə dinozavrın skeleti 650 min dollara satıldı
Kopenhagen moda həftəsi
Qiyməli qarabaşaq (foto resept)
Hərbçilərimiz müharibəyə hazırdır?
HAVA xəbərdarlığı
Alimlərdən inanılmaz kəşf
HAVA necə olacaq?
Diktatorların qadınları
Azərbaycan ordusu Bərdəni atəşə tutan “Smerç”i məhv etdi - VİDEO
Noyabrın 15-i son vaxtdır
Tətilin SON GÜNÜ Başa çatır
Şeyma Subaşı son FOTOsu ilə diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Yeni il şarı düzəldək
Gülşen açıqlaması ilə diqqət çəkdi
BÜRCLƏR bizə nə vəd edir? - 25 APREL
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Təbrizdə Azərbaycan ordusuna dəstək aksiyası: “Biz ölməyə hazırıq” - VİDEO
Xərçəng xəstəliyindən qorunun!
Ən bahalı və ən ucuz ixtisaslar
50 yaşlı qadın üçəm doğdu
Nəhayət ki: itmiş təyyarə tapıldı - FOTO
Yüksələn dərd: təzyiq
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
Dünyanın ağ ciyərləri belə məhv edilir
Qarpız niyə bahadır?-Nazirlikdən şərh
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Xaosun harmoniyası və ya heç nə(2)
TQDK-dan imtahanlarla bağlı açıqlama
Əlvida, Madiba!
"Ayrıldılar" deyilən cütlük toya hazırlaşır
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
İnfarkt keçirən xalq şairindən xəbər var
Çindən Rusiyaya ümid vədi: hər şey yaxşı olacaq
Ancelina Coli ilə Bred Pitt haqqında gizli fakt üzə çıxdı
Bu gün bir neçə rayon qazsız qalacaq
Super qadınlar üçün super qidalar
Vətən Müharibəsinin iki dost, iki sirdaş qaziləri - VİDEO
Pendirli poğaça (foto-resept)
- ŞƏRHLƏR