"Yeni orfoqrafiya qaydaları ilə bağlı layihənin müzakirəsində iştirak edən mütəxəssislər, eyni zamanda qeyri-mütəxəssislərin çoxu "alqı-satqı" sözünün yazılışında "q" hərfinin saxlanılmasının tərəfdarı olublar. Məncə, buna görə də bu sözün yazılışı ilə bağlı geniş müzakirələrin aparılmasına ehtiyac qalmayacaq, çünki ictimai rəy artıq bir çox məsələləri həll edib".
Qadin.Net bildirir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan dilinin orfoqrafiya qaydalarının hazırlanması üzrə Dilçilik İnstitutu ilə Orfoqrafiya Komissiyasının birgə yaratdığı işçi qrup fəaliyyətini davam etdirir. Hazırda işçi qrup bu layihə ilə bağlı cəmiyyətdə, dövrü mətbuatda səslənən fikir və ideyaları sistemləşdirir.
Komissiyanın sədr müavini əlavə edib ki, artıq işçi qrup öz işini yekunlaşdırmaq üzrədir: "İşçi qrupun indiyədək keçirdiyi 3 iclas müzakirələrdə səslənən fikirlərin statistikasının və hər bir təklif haqqında məlumatların hazırlanması ilə bağlı olub. Orfoqrafiya qaydalarının müzakirə edilməsi səlahiyyəti Orfoqrafiya Komissiyasına aiddir".
Akademik qeyd edib ki, işçi qrupun daha bir iclası hesabat dinləniləcək, daha sonra isə bütün sənədlər AMEA-da yaradılmış Orfoqrafiya Komissiyasına təqdim ediləcək.
İ.Həbibbəyli deyib ki, işçi qrup hazırladığı hesabatı yaxın 10 gün ərzində Orfoqrafiya Komissiyasına təqdim edəcək. Layihə komissiyada müzakirə edildikdən sonra təsdiq edilmək üçün Nazirlər Kabinetinə (NK) təqdim ediləcək: "Düşünürəm ki, aprel ayının sonu, may ayının əvvəlində bu işlər yekunlaşa bilər. Yalnız NK-nın təsdiqindən sonra bu proses bitmiş hesab olunacaq və həmin prinsiplər əsasında Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanacaq".
Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət olan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi hazırlanıb. Layihə əvvəlcə geniş müzakirə üçün ictimaiyyətə təqdim olunub. Bu layihənin müzakirəyə verilməsinin məqsədi ictimaiyyəti yeni qaydalarla tanış etmək, ona münasibətini bildirmək üçün şərait yaratmaq, nəticədə layihə ilə bağlı fikirləri sonda nəzərə almaq olub.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Facebook-un "çökməsinə" nazirlikdən açıqlama
Onu eks-prezident adından da məhrum etmək istəyirlər
Qeyri-adi çantalar
Dünyanın ən qorxunc yerləri
Saxta dollarla aldana bilərsiniz
Xoş aura yaradan bitkilər
Uşağa eyni vaxtda altı orqan köçürülüb
Gəlin buketləri
Qaynana ilə yola getməyin yolları
Sürücülük vəsiqəsinin verilməsi qaydaları dəyişdirildi
İran xurma ixracını qadağan etdi
Təsadüfən möhtəşəm kəşf
HAVA necə olacaq?- 11 fevral
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
Tarif Şurası qəbul imtahanlarının qiymətini açıqladı
Azərbaycan tarixindən yüz şəxsiyyət-80
ABŞ Marsda 10 minlik şəhər tikəcək
Gəncədə də ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir
Türkiyənin yeni baş naziri kim olacaq?
Tanışlığın ilk mərhələsinin 8 sirri
Şampun qutusundan qələm qabı
Hazal Kayanın yeni tərzi-FOTO
Ailəsinə şəhadət xəbəri verilən qazimiz: “Atamla danışanda mənə inanmadı, dedi, şəhid olmusan”
"Sarı qarpız GMO deyil" - Nazirlikdən AÇIQLAMA
Türkiyə silkələndi
Aktyor Atatürkün evində evləndi - FOTO
Yeni doğulmuş körpələrdə qusmanın səbəbləri
Dünya dəhşətli burulğana doğru gedir
Saç aksessuarları
HAVA necə olacaq?- 25 MART
Dünya mətbəxi - Rusiya
Qiymət artımı açıqlaması
Gənc xanımlar üçün çanta modelləri
Nobel mükafatına namizədlər açıqlandı
İnternetin yaradıcısı təkzib etdi
Aslıdan Murat Boza dəstək-FOTO
Azərbaycanda güclü külək olacaq
Neftin ucuzlaşması sürətlənib
Azərbaycanda prezident seçkilərində 87 ölkədən müşahidəçilər iştirak edəcək
"ATƏT-in Yerevandakı ofisinin bağlanması - Ermənistanın Azərbaycan ərazilərinin işğalının nəticəsidir"
Davamlı makiyaj edənlərə bitki mənşəli təkliflər
Bu necə razılıqdır?
MilliÖn niyə işləmir? - FOTO
Prezidentdən həbs edilən Eldar Həsənovla bağlı SƏRƏNCAM
Rusiya, Azərbaycan və Ermənistan liderləri birgə bəyanata imza atıb
Yulaflı səhər yeməyi (foto-resept)
Qonşu ölkədə təyyarəni niyə qəsdən batırdılar?
Bakıda adrenalin artıran məkandan fotoreportaj
Ən böyük brilliant satıldı
Pensiya yaşı artırılır?














