Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Milli.Az bildirir ki, şuranın katibliyindən Trend-ə verilən məlumata görə, Tarif (qiymət) Şurasının bu gün növbəti iclası keçirilib.
İclasda Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
Belə ki, Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilmişdir.
Tarif (qiymət) Şurasının iclasında ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətə uyğun olaraq, əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının təhsilini davam etdirməsini və insan kapitalının inkişafını təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq məqsədi ilə dövlət başçısının 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda ilk dəfə iştirak üçün müraciət etmiş ümumi təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin dövlət büdcəsi hesabına ödəniləcəyi qeyd edilərək, dövlət başçısının bu tapşırığının əhəmiyyəti xüsusi vurğulanmışdır.
İclasda həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, "Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli Qərarında dəyişikliklər edilmişdir. Belə ki, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması, konkretləşdirmə və praktikada anlaşılmazlıqların aradan qaldırılması məqsədilə yenidən dövlət qeydiyyatına alınmaq üçün ixtisaslaşdırılmış ekspertiza və qeydiyyat sənədlərində edilmiş dəyişikliklərin qeydiyyata alınması üçün ekspertizaya görə hər əlavə doza və qablaşdırma üçün tariflər təsdiq edilmişdir.
Göstərilənlərlə yanaşı iclasda, qanunvericiliyin təkmilləşdirilməsi, habelə, yeni məzənnə rejimi şəraitində dərman vasitələrinin etibarlı təchizatının təmin edilməsi baxımından daha çevik qiymət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 20 dekabr tarixli Qərarı ilə "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nda edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat"a dəyişikliklər edilmişdir.
Qərarların tam mətni Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilmişdir.
Milli.Az
XƏBƏR LENTİ
Gül kolbasalı bulkalar(foto resept)
Məşhurların böyüyən ailəsi
Arı südünün faydaları
Günə enerjili başlamanın beş yolu
"Xankəndi boşaldılır"
Gecə üçün uzun ziyafət geyimləri
Azərbaycan milli uşaq oyunları-7
Portağallı dördkünclər (foto resept)
Şeyma Subaşı yazarlığa başladı
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Kişilər 130 kiloluq modelə güləşmək üçün pul ödəyirlər
Berkay olan otelə fanatları hücüm etdi
Çində ilk dəfə...
Meqan Markl ana olacaq!
Hollaniyalı Anna canlı yayımda müsəlman oldu-FOTO
Qadınlara 25 milyon ödəyəcək
52 yaşlı Monikanın 44 yaşlı sevgilisi - FOTO
Dırnaq boyası çəkməyin incəlikləri
Xanımların gəlinlik arzusu
Rahat ayaqqabılar
İkiüzlülük (nifaq)
Riyaziyyatla din arasındakı körpü (2)
Əhaliyə ipoteka müjdəsi: şərtlər və qaydalar yumşaldılır
Bu axşam Hazal Kayanın TOYUDUR
Azərbaycanda pensiya təyinatı halları artırılıb
Koronavirus barədə məşhur mif rədd edildi
Cibimizə xeyir, canımıza zərər: yenə vaxtı yetişdi...
Kadir İnanır "Çukur"a gəlir?
Xərçəng xəstələrinə tövsiyələr
Uşaqlar üçün 5D yataq örtükləri
Cüyent Arkın Cağatayın serialına çəkiləcəkmi?
Azərbaycanda VİP yas mərasimləri
Əhalinin işi asanlaşır
Prezident və xanımı “Yanardağ”da-FOTO
Bakıda məmur və professorların gözləri qarşısında 40 minlik kəsinti
Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir - RƏSMİ
2013-cü ilin gəlinlik modelləri
"Qeysəriyyə əməliyyatlarının artmasında biznes maraqları var"
Pelin və Anıl ekizlərinə hesab açdılar-FOTO
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı -VİDEO
Yunan-Roma güləşçilərinin may ayı üçün reytinq siyahısında 9 idmançımız
Göz qələmini 3 aydan artıq işlətməyin
Köhnə evi üçün darıxan it bir ştatdan digərinə qaçdı - VİDEO
Kaxa Kaladzedən Bakıya VƏD
Qatarlara “ağıllı” pəncərələr quraşdırılacaq-VİDEO
Ədviyyatlar xərçəng yarada bilər
Burak vətənpərvərlik nümayiş etmək istədi, qınandı - FOTO
Facebook haqqında narahatedici reallıqlar
Hematofobiya
Günəşdə PARTLAYIŞ














