Milli.Az Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin rəhbəri Qalib İsrafilovun Trend-ə özəl müsahibəsini təqdim edir.
- KİV-də verilən məlumata görə ATƏT-in Daimi Şurasının bugünkü iclasında fəaliyyətdə olan sədr kimi Avstriya tərəfindən bəyan edilib ki, ATƏT-in Yerevan ofisinin mandatının uzadılması ilə əlaqədar konsensusa gəlmək mümkün olmayıb. Bunu necə şərh edərdiniz?
- Bildiyiniz kimi, ATƏT Azərbaycan və Ermənistanda 2000-ci illərin əvvəllərində eyni vaxtda yerli missiyalarını təsis edib. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olan məsələlərlə ATƏT-in Minsk Qrupu məşğul olduğu üçün əldə olunan anlaşma ondan ibarət idi ki ATƏT-in Bakı və Yerevan ofisləri bu məsələlərə cəlb olunmayacaqlar.
ATƏT-in Yerevan ofisinin birdən minalardan təmizləmə fəaliyyəti ilə məşğul olmağa başlaması şifahi razılaşmanı şübhə altına qoydu. Yeri gəlmişkən, bu gün Ermənistanın ATƏT yanında nümayəndəliyi təsdiq etdi ki, artıq sabiq Yerevan ofisi bu razılaşma ilə məhdudlaşmırdı. Azərbaycan tərəfindən bu fəaliyyət xüsusilə mahiyyət və coğrafi məhdudiyyət baxımdan onun miqyasına görə sual altına qoyuldu. Biz məxsusi olaraq Ermənistanda belə layihəyə ehtiyac məsələsi barədə sorğu-suallar qaldırdıq. Belə ki, Ermənistan-Azərbaycan müharibəsi dövründə Ermənistan ərazisi hərbi əməliyyatlar meydanı olmayıb. Biz davamlı şəkildə öz narahatlığımızı ifadə etmişdik ki, ofisin minalardan təmizləmə fəaliyyəti Ermənistanın müvafiq qurumlarının imkan və qabiliyyətlərini artıracaq və bunlar da asanlıqla Azərbaycanın işğal olunmuş ərazilərində istifadə oluna bilər.
Ermənistanın mediasının, eləcə də ATƏT-in Yerevan ofisinin məlumatı təsdiq edir ki, Ofisin minalardan təmizləmə üzrə fəaliyyəti birbaşa Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır və ofisdən yardım alan tərəflərin fəaliyyətinin coğrafi dairəsi Azərbaycanın işğal olunmuş ərazilərini də əhatə edir. Beləliklə, Ermənistan tərəfi ATƏT-in Yerevan ofisinin mandatının qeyri-müəyyənliyindən sui-istifadə edirdi. Vəziyyəti düzəltmək və ofisin mandatının uzadılmasının yeganə yolu qeyri-müəyyənliyə son qoymaq və mandata aydınlıq gətirməkdən ibarət idi.
Bir neçə məsləhətləşmələrdən sonra Azərbaycan tərəfi prinsip etibarilə qərar layihəsində Avstiyanın sədrliyi tərəfindən irəli sürülən mandatın aydınlaşdırılmasına dair məqamları dəstəklədi. Qəbul olunduğu təqdirdə, bu qərar ATƏT-in Yerevan ofisinin fəaliyyətinin yalnız Ermənistanın ərazisi ilə məhdudlaşdırılmasını təsdiq edəcəkdi və heç bir halda Minsk konfransının məşğul olduğu münaqişə və tənzimləmə prosesinə aid olan məsələyə cəlb olunacaqdı. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi faktını nəzərə alaraq, sədrlik tərəfindən təklif olunan qərarın dəstəklənməsinə münasibətdə Azərbaycanın hazırlığı xoş niyyətin göstəricisi idi.
Amma Ermənistanın ATƏT yanında nümayəndəliyinin mövqeyi aydın şəkildə göstərdi ki, Ermənistan məsələnin həllində maraqlı deyil və sədrliyin kompromis xarakterli təklifini dəstəkləməkdən imtina etdi.
Biz ofisin bağlanmasına təəssüflənirik, amma bu Ermənistanın hər bir mümkün vasitədən istifadə edərək status kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalını gücləndirmək üçün məqsədli cəhdlərinin nəticəsidir.
Yerevan ofisi ətrafında olan vəziyyət bir daha ATƏT-də göstərdi ki, Azərbaycan konstruktiv, amma prinsipial mövqe sərgiləyir və Azərbaycan öz legitim maraqlarını qoruyacaq və suverenliyi və ərazi bütövlüyüə xələl gətirəcək hər hansı cəhdə qarşı qəti şəkildə çıxış edəcəkdir.
Milli.Az
XƏBƏR LENTİ
Xalq artisti dünyasını dəyişdi
Qadınsız ev-Günəşsiz bir dünyadır! Nə od yansa, qızınmır ki, qızınmır...
Fıstıqlı peçenye (foto resept)
Türkiyə Ermənistana hərbçi göndərir
Şaftalı cemi ilə piroq (foto resept)
Yaz aylarını bəzəyən canlı rənglər
Leonardo Di Kapriodan gözlənilməz addım
Şeyx xalqa müraciət etdi
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın!
"Papa"nın gül balası
Ləkələrdən canını qurtar
Sinan Akçıl Ayrılıqdan danışdı-FOTO
Abort edənlər məsuliyyətə cəlb olunacaqlar?
Noyabrı şaxta ilə yola salırıq
Uşaqlardan uzaq saxlanılmalı qidalar
Koronavirusa evdə yoluxmaq mümkündürmü?
“Harri Potter”in ulduzu ilk dəfə ata olacaq
Yaponiya Putinə dəvəti geri çağırdı
Ermənilər Ağdam məscidini hərbi qərargaha çevirdilər
Nikki Minaj hər kəsi məyus etdi-SƏBƏB
Sevdiyin yeməklərlə pəhriz saxla
Prezident “Şəkixanovların evi” ilə tanış olub
İşğal altında olan ərazilərdə fitosanitar vəziyyət açıqlandı
Prezidentin nəvəsinin ad günündən FOTO
Kadir Doğulu menecerlik məsələsinə aydınlıq gətirdi
Cəbhədən rəsmi xəbər
Serenay Sarıkaya DİQQƏT çəkdi
Ləng reaksiya - tez ölüm
Bakıda 2 məktəb sökülüb yenidən tikiləcək - FOTO
Hamilə qadının bətnində 13 uşaq var
HAVA necə olacaq?- 2 MART
Əlilliyə səbəb olan genetik xəstəlikləri öyrənən xüsusi laboratoriyalar yaradılacaq
Göygölə 25-30 santimetr qar yağdı
Eyfel qülləsinə səyahət
Məşhur model makiyajsız çəkildi-FOTO
Körpələrdə diş çıxarma əlamətləri
Qar YAДћACAQ?
Azərbaycanda I sinfə gedəcək uşaqların çoxu oğlan olacaq
İcazə xidməti ilə bağlı MÜHÜM YENİLİK - Bu gündən qüvvəyə minir
Britaniyada yeni referendum istənilir
Kişilərdə qısqanclıq
Ezo Gəlin şorbası (foto resept)
İbrahim Tatlıses 25 ildən sonra onunla barışdı - FOTO
Azərbaycanda koronavirusa yoluxmada yeni rekord: Bir gündə iki mini keçdi
Gənc xanımlar üçün
Qadın.Netdə onu tanıyaq
Saçlara parlaqlıq verən maska
Əlamətlərinə görə uşağınızın cinsini müəyyən edin
Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi
Gözəlliyi ilə dünyanı silkələyən, kişilərin ağlını alan türk gözəlin bədbəxt həyatı - FOTO