Hər birimiz zamanla baş ağrıları ilə üzləşirik. Məhz bu səbəbdən insanların əksəriyyəti baş ağrılarına ciddi fikir vermir.
İnsanların bir hissəsi dözüb gözləməyə (“hamıda ağrıyir, birazdan kəsəcək”), digərləri baş ağrısı başlayan kimi ağrısızlaşdıran dərmanlardan birini qəbul etməyə üstünlük verir.
Təbii ki, bir çox hallarda baş ağrılarının səbəbi gərginlik və stress olur. Lakin bəzən “adi” baş ağrısı çox ağır və təhlükəli xəstəliklərin simptomu kimi meydana çıxır və bu halda insana vaxtında tibbi yardım göstərilməzsə, insanın sağlamlığı və hətta həyatı təhlükədə ola bilər .
Beləliklə, nə zaman baş ağrısı ciddi xəstəliyin simptomu ola bilər?
- Beyin şişləri. Bu baş ağrıları ilə müşayiət olunan ən təhlükəli xəstəliklərdən biridir. Xoşbəxtlikdən, bu çox nadir xəstəlikdir. Baş ağrılarla bağlı həkimlərə müraciət edən xəstələrin yalnız 0,5%-ndə bu xəstəlik aşkar olunur. Lakin bu heç də o demək deyil ki, hər bir insan bu ciddi xəstəliyin inkişafından sığortalanıb. Beyin şişlərinin simptomları müxtəlifdir – tez-tez təkrarlanan güclü baş ağrıları, ürəkbulanması, qusma, zəiflik, başgicəllənməsi və s. Özünüzdə bu kimi simptomları müşahidə etdikdə dərhal həkimə müraciət edin.
- Qıcolmalar, bədən həratinin artması, başgicəllənməsi, ürəkbulanması və qusma və s. simptomların kəskin baş ağrısı ilə müşayiət olunması insultun inkişafına işarə edir. Bu halda dərhal “təcili yardım” briqadasını çağırmaq lazımdır.
- Beyin qişalarının iltihabı – meninqit də güclü baş ağrıları ilə müşayiət olunur. Baş ağrılarından əlavə xəstədə ürəkbulanması və qusma, parlaq işiğa qarşı dözümsüzlük, bədən hərarətinin artması, huşun dumanlı olması və s. kimi simptomlar inkişaf edir. Bu vəziyyətdə olan xəstəyə dərhal tibbi yardım göstərilməlidir.
- Bəzən baş travmalarından (güclü zərbə, yıxılma və s.) dərhal sonra insan heç bir ciddi ağrı hiss etməyə də bilər. Lakin travmadan bir neçə gün keçdikdən sonra xəstədə güclü baş ağrıları inkişaf edə bilər. Bu halda dərhal həkimə müraciət etmək lazımdır.
- Bəzi göz xəstəlikləri (məsələn, qlaukoma) zamanı xəstə güclü baş ağrıları hiss edir. Bu zaman baş ağrıları gözün daxilində və gözün arxasında olan ağrılar, gözün dartılması, şişməsi hissi ilə müşayiət olunur. Bu simptomları hiss etdikdə dərhal həkimə müraciət edin. Vaxtında müalicə olunmayan qlaukoma korluqla nəticələnə bilər.
- Çox təhlükəli xəstəliklərdən biri olan beyin damarının anevrizması da çox güclü və üzücü baş ağrıları (adətən başın bir tərəfində), üzün bir tərəfinin keyiməsi, gözlərdə ağrılar, görmənin pozulması və s. simptomlarla müşayiət olunur. Vaxtında aşkar olunmayan və müalicə olunmayan anevrizma yırtıla bilər ki, nəticədə xəstə həlak ola bilər.
- Baş ağrıları haymorit və frontit kimi ciddi xəstəliklərinin simptomu ola bilər.
Beləliklə, əgər sizdə baş ağrıları tez-tez təkrar olursa, vaxt keçdikcə daha güclü və dözülməz olursa, digər simptomlarla (ürəkbulanması, qusma, keyimə, bədən hərarətinin artması və s.) müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət edin. Vaxtında aşkar olunan hətta ən ciddi xəstəlik daha tez və uğurla müalicə olunur.

XƏBƏR LENTİ
Bitkilər və təbabət (2)
Rafael Dadaşov vəfat etdi
Bu qadın bir il meşədə yaşadı, ilan yedi
Saxta xəbərlər bilinəcək
Qadınların yeni sevimlisi
Günün qoroskopu: uğur əldə etmək üçün ehtiyatı unutmayın
Azərbaycan efirində rekord
Məşhur cüdoçu FOTOları ilə diqqət çəkdi
Bakıda mənzillərin qiymət artımı nə vaxta kimi davam edəcək?
Kriştiano Ronaldonu koronavirusa görə karatinə aldılar - Şok
Namaz qılmayanın orucu qəbul olurmu?
Bakıda banklar boşaldılır
Günün qoroskopu:Bədxərclik etməyin!
Bütün dünya müsəlman olacaq?
Özge Ulusoy Bakı çəkilişindən 170 min qazandı-FOTO
Qışda çəkmələrə qulluq
Bakıda marketdə İmam Hüseyn (ə) ehsanı
Zövqlü divar rəsmləri
"Fənərbağça" Azərbaycana gəlir
Tufan “Neft daşları”nda faciəyə yol açdı
Avropa Birliyi Türkiyə hökumətinə xəbərdarlıq etdi
Türkmənistana qara rəngli maşın aparmaq olmaz
İşdə nə edərlər?
Arıqlamağa başlamanın 5 yolu
LG kosmetika buraxacaq
Manatın məzənnəsi
Maradona əməliyyat olundu
Bunları bilirsinizmi?
"Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr bəzən din adından sui-istifadə edirlər"
Bu rayon viran qaldı
Bu da Audi Q1 krossoveri
Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir – XƏBƏRDARLIQ
COVID-19-a yoluxmamış şəxslərin qanında koronavirusa qarşı immunitet aşkarlandı
Cazibədar ayaqlara sahib olun!
Azərbaycan dini abidələrin dağıdılmasına dair sənədləri təqdim etdi
Ağız quruluğu
Beyonsa əkizləri ilə bağlı pis xəbər
Sabah hava necə olacaq?
Qozlu şərbətli peraşki (foto resept)
Ermənistanda daimi sakinlərin sayı azalır
Yağlı dərilər üçün limon maskası
Evdə yerə qənaət etmək üçün
Xəzərdə "süd qasırğası" - Alimlər araşdırmaya başladı - YENİLƏNİB
Sizi unudulmaz edən xüsusiyyətləri
Bakının qorxulu kabusu qayıdır: ehtiyatlı olun
Kosmosdan sirli səslər gəlir
Saçlarımız tökülməsin
Stadion istismara verildi
Saç düzümləri
Bakıda mənzillər kəskin ucuzlaşdı
