Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin Dağlıq Qarabağ və ətraf rayonların fitosanitar vəziyyətinə təsiri açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisləri Camal Quliyev və Gülnar Qəhrəmanova tərəfindən hazırlan məqalədə bildirilib ki, işğaldan öncə işğal altında olan ərazilərimizdə Kolorado kartof böcəyi, filloksera, komstok yastıcası, sitrus ağqanadlısı, sürünən kəkrə, qızılsarmaşıq kimi karantin tətbiq edilən zərərli orqanizmlər qeydə alınıb.
Ağdərə rayonunda 292 ha, Xocavənd rayonunda 114 ha, Xocalı rayonunda 293 ha, Şuşa rayonunda isə 39 ha sahədə Kolorado kartof böcəyinin yayıldığı müəyyən edilib.
Qubadlıda səkkiz ha, Zəngilanda 0,1 ha, Ağdamda iki ha, Füzulidə 15,1 ha ərazidə Kolorado böcəyinə rast gəlinib.
Filloksera zərərvericisi Ağdərə rayonunda 3000 ha, Xocalı rayonunda 600 ha, Xocavənd rayonunda 3750 ha ərazidə qeydə alınıb (ümumi 7350 ha). İşğal altında olan Ağdam rayonunda isə 2834 ha ərazini əhatə edən üzüm sahəsində zərərvericinin yayıldığı məlumdur.
Komstok yastıcasına Ağdərə rayonunda 45 ha, Xocavənd rayonunda altı ha, Xocalıda 14 ha ərazidə rast gəlinib (ümumi 65 ha). İşğala məruz qalmış digər rayonlarımızdan Ağdamda 32 ha, Zəngilanda səkkiz ha, Tərtərdə beş ha, Füzulidə 6,9 ha sahədə komstok yastıcası aşkar edilib.
Ərazidə həşəratlarla yanaşı, kənd təsərrüfatı sahələrinə ciddi ziyan vuran və karantin tətbiq edilən qızılsarmaşıq, sürünən kəkrə kimi alaq otları da qeydə alınıb. Qızılsarmaşığa Ağdam rayonunda 601,5 ha, Zəngilan rayonunda 72 ha, Laçın rayonunda 121 ha, Füzuli rayonunda 1003 ha, Ağdərə rayonunda 1500 ha, Xocavənd rayonunda 2400 ha, Xocalıda 1400 ha, Şuşada isə 200 ha ərazidə rast gəlinib. Ağdam rayonunda 300 ha ərazidə sürünən kəkrə də yayılıb.
Lakin işğala məruz qalan ərazilərimizdəki fitosanitar vəziyyət haqqında sonralar heç bir məlumat toplamaq mümkün olmayıb.
Qeyd olunan zərərli orqanizmlərin vaxtaşırı monitorinqinin və onlara qarşı fitosanitar tədbirlərin aparılmaması onların kütləvi artımına və areallarının işğal olunmayan digər Azərbaycan ərazilərinə doğru genişlənməsinə səbəb olub.
Digər tərəfdən, həmin ərazilərdə həyata keçirilən hərbi əməliyyatlar zamanı tətbiq edilən dağıdıcı vasitələr, yaşıllıqların, meşə və kənd təsərrüfatı sahələrinin yandırılaraq və ya digər üsullarla məhv edilməsi, kənd təsərrüfatına yararlı ərazilərə çirkab sularının axıdılması, aqrosenozların yerində narkotik xassəli bitkilərin əkilməsi, müəyyən məqsədlər üçün meşələrin qırılaraq daşınması və s. həmin ərazilərin flora və fauna tərkibinin dəyişməsi fonunda zərərli orqanizmlərin də növ tərkibinin və populyasiya sıxlığının dəyişməsinə səbəb olub.
Ermənistan tərəfindən həyata keçirilən ekoloji terrorlardan biri də işğala məruz qalmış Azərbaycan torpaqlarında məqsədyönlü şəkildə törədilmiş yanğınlar və deqradasiyadır.
E.Süleymanov və O.N.Arasın verdiyi məlumata görə, işğal edilən Yuxarı Qarabağ ərazisində 1,3 milyon ha əkin sahəsi, 7000 kənd təsərrüfatı müəssisəsi tərk edilmək məcburiyyətində qalıb.
Bundan əlavə, regionda 649,000 ha əkinə yararlı yüksək məhsuldarlığa sahib ərazi, 199 min ha əkin sahəsi və 62 min ha uzunmüddətli əkin sahəsi istifadə edilirdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 %-ni təşkil edir. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyan dəyib.
Belə ki, Kəlbəcər, Laçın, Zəngilan, Xankəndi (Şuşa rayonu da daxil olmaqla), Xocavənd, Ağdərə meşə təsərrüfatlarının 261 min ha-dan artıq sahəsi qırılaraq məhv edilib.
Orada yetişən çox qiymətli palıd, fıstıq, vələs, ağcaqayın, ayı findığı, qoz, Şərq çinarı kəsilərək Ermənistan ərazisinə daşınıb. 25-26 faizi meşə olan işğal altındakı torpaqların məhv edilməsi, həm də regiondakı heyvan və bitki növlərinin zərər görməsi deməkdir. Aparılan hesablamalara görə, meşə sahələrinin təqribən 8-10 faizi məhv edilib.
Məlumdur ki, 261 min ha meşə, o cümlədən, 13197,5 ha qiymətli meşə sahələri, hündürlüyü 45 m, diametri 6-8 m-dək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri işğal olunmuş ərazilərdə qalıb.
Ermənistan ordusunun əsgərləri və orada məskunlaşan gəlmə əhali tərəfindən mütəmadi olaraq qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin, meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb, müxtəlif vaxtlarda ermənilər işğal etdikləri ərazilərin geniş hissəsində (Xocavənd, Ağdam, Qubadlı, Zəngilan) yanğınlar törədiblər.
XƏBƏR LENTİ
Ayran şorbası (foto resept)
Dünyanın ən bahalı yeməkləri
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
“Hazırda Azərbaycanda alternativ enerjidən istifadə 17 faizə yaxındır” - Əflatun Amaşov
Azərbaycan ordusu düşmənin xeyli sayda hərbi texnikalarını məhv edib - VİDEO
Seda Sayan yeni verilişdə aparıcılıq edəcək
FİFA prezidenti istefa verdi
İngilis dili - XXXIII dərs
Rusiya kataloqunda saxtakarlıq: Ermənilər Gürcüstan şəhərinə iddialarını ortaya qoydu - FOTO
ABŞ-da koronavirus peyvəndinin mümkün qiyməti açıqlandı
Sellüloz - cavanlığın cövhəri
Cəbhədə gərginlik artır
Cəmi iki porsiya qazlı içki diabet və ürək xəstəliklərinin inkişafı üçün kifayətdir
Nobel alanımız niyə yoxdur?
"Amazon"un təsisçisindən maraqlı test-FOTO
HAVA necə olacaq?-4 Oktyabr
695 bal toplayan abituriyent: "Hər şagirdin arzusu..."
Amerikalılar Facebook-dan narazıdırlar
Çəkdiyi toyların görüntülərini itirdi, toy sahibləri isə çəkilişi tələb edir
Məleykə Abbaszadə imtahanlarla bağlı son məlumatları açıqlayıb - VİDEO
Elm də təsdiq etdi: bürclərin insan xasiyyətinə təsiri var
Siqaret kökəldir
Azərbaycanın bir addımlığında olan dəhşətli virusla bağlı nazirlikdən AÇIQLAMA
Yeni “Xiaomi” planşeti təqdim edildi
Sızanaqların müalicəsi üçün
Antivirus seçərkən nələrə diqqət etməli?
"ASAN" Səyyar xidmət Cəlilabad sakinlərinin xidmətindədir
Qızıldan “stress çarxı” satışa çıxarılır
Boşanmadan sonra səmimi görüntüləri yayıldı-FOTO
Hava haqqında
Günün qoroskopu:Ayıq-sayıq olun!
Allaha məktub (II hissə)
Qızının əlçatmaz arzusunu reallaşdırdı!
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
2020-də daha gözəl vaxt keçirmək üçün...
Tatlısəs ata olacaq?-FOTO
"Eurovision"un nəticələri dəyişdi - Azərbaycan gerilədi
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
İran ABŞ-a birbaşa aviareysin açılması imkanını öyrənir
Həftə sonunun HAVAsı
Dollar manatı vurdu
Evinizin tavanlarına rəng qatın
Sevdiyiniz insana süpriz edin
Azərbaycan 1,1 milyard dollar məbləğində 3 "Boeing" təyyarəsi sifariş verdi
Bir aya yeni iPhone gəlir
Gəlinliklər
Unikal əməliyyat: qoz ağacının xilası
Cəbhədə ağır gecə: Şəhidimiz var
Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var”
YouTube'dakı Dislike düyməsi yığışdırıla bilər