Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 10 günlük qeydiyyat müddətini sentyabr ayının 4-nə qədər uzadıb. Ümumi qəbul olan abituriyentlərin 3,4 faizi təyin olunmuş vaxta - avqustun 29-dək qeydiyyatdan keçmədiyinə görə komissiya belə bir qərar qəbul edib.
Artıq tələbə adını qazanmış abituriyentlərin daxil olduqları ali təhsil müəssisələrində qeydiyyat prosedurunun 11-ci günüdür. Gəncənin 3 ali təhsil müəssisəsinə hər iki mərhələdə ümumilikdə 2991 abituriyent qəbul olub, onlardan 2803 nəfəri lazım olan sənədlərini təqdim etməklə qeydiyyatdan keçib.
Gəncə Dövlət Universitetinin sənəd qəbulu komisiyyasında qeydiyyat prosedurunun başlandığı ilk günlərdən müşahidə olunan sıxlığın nəticəsi olaraq keçən müddət ərzində təhsil ocağında 1270 abituriyentin ərizəsi qeydə alınıb ki, bu da 92 faiz qeydiyyat deməkdir. Universitetə 2013-2014-cü tədris ilində 1274 abituriyent birinci mərhələdə, 108 abituriyent isə ikinci mərhələdə qəbul olmaqla şəhərin ən çox qəbul planı olan ali təhsil müəssisəsidir.
Bu il 1042 abituriyentin qəbul olduğu Azərbaycan Dövlət Aqrar Universitetində də analoji qeydiyyat prosesi uzadılıb. Ödənişli ixtisaslara qəbul olan abituriyentlərin qeydiyyatının asanlaşdırılması məqsədilə bank nümayəndələrinin də iştirak etdiyi prosesdə universitetin sənəd qəbulu komisiyyası bu günə qədər 984 abituriyentin qeydiyyatını aparıb. Məlumat üçün bildirək ki, ikinci mərhələdə universitetin boş qalan yerlərinə müsabiqə nəticəsində 58 abituriyent qəbul olub.
Azərbaycan Texnologiya Universitetində də avqustun 20-dən başlayan abituriyentlərin qeydiyyatı davam edir. Bu tədris ilində 567 plan yeri ayrılan bu ali təhsil müəssisəsində artıq 97 faiz, yəni 550 abituriyent qeydiyyatdan keçib. Boş qalmış 144 yerə qeydiyyat üçün müraciət edənlər də olub ki, ikinci mərhələdən cəmi 61 abituriyent tələbə adını qazana bilib.
Xatırladaq ki, abituriyentlərin ali təhsil müəssisələrində son qeydiyyat tarixi -sentyabrın 4-ə qədər qeydiyyatdan keçməməsi onların müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul nəticələri ləğv ediləcək.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Yer kürəsinə Atlas kometi yaxınlaşır - AMEA
Koronavirus 51 illik cütlüyü 6 dəqiqə fərqlə öldürdü
Ləzzətli toyuq (foto resept)
Sellülitdən aspirinlə xilas olun
Ekran yorğunluğunun qarşısını almaq üçün 3 üsul
Hande və Murat EVLƏNİR-FOTO
Bu gün güclü külək əsəcək
Ölüm dedikləri bir vüsal imiş
Peşələr
Yer kürəsinin tarixi fotosu
Veneraya ekskursiya...-NASA-dan yeni layihə
Saçlara qulluq
Pensiyalar nə qədər artırıldı? - RƏSMİ
Ad günü
Ağacı fikirləşərək
Ölümün bir addımlığında: Beyin travması
Məşhur müğənni intihar etdi-SƏBƏB
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Ləng reaksiya - tez ölüm
Sinan Akçıl BOŞANDI
Erməni tarixçilərinin etirafları
Gözəl həyata sahib olmaq üçün nə etməli?
Bu günün hava proqnozu - 05.11.2013
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
Daha baxımlı və dolğun kirpiklərə sahib olmaq üçün...
Deniz Çakır hicablı qadınlara sataşdı
Toy adətlərimiz
Kiçik döşlərə əlvida
Hava müjdəsi
Qadin.Netin sevimli simaları (2)
Ayrıldıqdan sonra 45 kilo arıqladı
General Zakir Həsənov: "Şəhidlərin qisası birə on qat alınıb"
Skype-la pul göndərmək mümkündür
Yağ yandırmağa kömək edən çaylar
Həcc ziyarətini 1000 kamera izləyəcək
Təbii üsullarla ayaq qoxusuna son verin!
Azərbaycan boksçusu dünya birinciliyinin bürünc medalı ilə kifayətləndi
Son 50 ildə görünməmiş həddə qar yağıb
Eurovision-2016-nın bütün finalçıları bəllidir
Dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır
"Barselona" Messinin satış qiymətini açıqladı - Fantastik məbləğ
Dodaq boyası çəkərkən yol verilən səhvlər
Britaniyanın səhiyyə naziri canlı yayımda göz yaşlarını saxlaya bilmədi - VİDEO
Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA
Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Koronavirus insan sağlamlığını necə dəyişir? - Sonsuzluq və...
Nanə çayının faydaları
Məktəbi bitirməyənlərə fürsət
Müdrik fikirlər
Qısaboğazlı çəkmələr
- ŞƏRHLƏR