“Fransanın tanınmış bir qrup mədəniyyət xadimi (rejissor, yazıçı, aktyor, musiqiçi, jurnalist, müğənni) Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan və böhtan üzərində hazırlanmış müraciəti imzalayıblar. Bu barədə Fransanın “Le Figaro” nəşrində məlumat yayımlanıb”.
Bu barədə Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı yayımladığı məlumatda deyilir.
Bildirilib ki, müraciət ermənilərlə həmrəyliyi, onların Qarabağdakı taleyi üçün narahatlığı, qondarma “1915-ci il soyqırımı”nın təkrarlanmasını, erməni separatçılığına dəstəyi, ümumiyyətlə, Azərbaycanın məkrli planlarının olmasını nümayiş etdirir:
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bildirir ki, otuz ilə yaxın müddətdə Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu qanunsuz olaraq işğal altında saxlayıb.
Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində həmin ərazilərdə Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb.
İşğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, dörd rəsm qalereyası, dörd teatr müəssisəsi, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, 2000-dən artıq tarix və mədəniyyət abidəsi bu vandalizminin qurbanına çevrilib.
Mədəni irsə, o cümlədən, xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.
Müvafiq dəlillərə və faktlara, elmi araşdırmaya və tədqiqata əsaslanmadan dünya ictimaiyyətinə təqdim olunan bu müraciətdə nüfuzlu mədəniyyət xadimlərinin iştirakı, onların erməni təbliğatının alətinə çevrilmələri təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma həmin şəxslərin imicinə və qərəzsizliyinə kölgə salır.
Diqqətə çatdırırıq ki, UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur.
Nazirlik Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq və Azərbaycanın dağıntıya və vandalizmə məruz qalan irsinin hazırki vəziyyətinə real məkanda baxış keçirmək məqsədilə Fransanın tanınmış mədəniyyət və elm xadimlərini işğaldan azad olunmuş ərazilərimizə dəvət edir”.
Qeyd edək ki, Fransanın məşhur “Le Figaro” nəşri Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan, böhtan və nifrət üzərində hazırlamış müraciəti imzalayan fransız rejissorların, yazıçıların, filosofların, aktyorların, musiqiçilərin, jurnalistlərin, müğənnilərin siyahısını yayımlayıb.
Müraciətin ümumi məğzi ermənilərlə həmrəylik, onların Qarabağdakı taleyi üçün narahatlıq, qondarma “1915-ci il soyqırımı”nın təkrarlanması, erməni separatçılığına dəstək, ümumiyyətlə, Azərbaycan və Türkiyənin məkrli planlarının olmasından ibarətdir.
Müraciət edənlərin siyahısında bütün dünyada məşhur olan Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale kimi şəxslərin adları var.
XƏBƏR LENTİ
SƏFURƏ ƏLİZADƏ stili
Yeni Məcnun axtardı, Leylini tapdı, amma...
Urmiya gölü çöl oldu
Komada olan şoumendən xəbər var
Şuşanın ecazkar “İsa bulağı”ndan yeni görüntülər - VİDEO
Günün qoroskopu:Məqsədinizə doğru inadla iraliləyin
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Bəzi şəhər və rayonlarda su kəsiləcək
Nemtsovun qətlini kim sifariş verib?
Xoşbəxtliyi ölçən cihaz
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
4K formatlı planşet gəlir
Ermənistanla Avropa Birliyi arasında heç bir sənəd imzalanmayacaq
Moldova Azərbaycandakı səfirini niyə geri çağırdı?
Çinin hüdudlarından kənarda koronavirusdan ilk insan ölüb
Hər kəsin qorxduğu qadın-FOTO
Əzvay şirəsi
Böyüklərə hörmət qalıbmı?
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
İdeal pəhrizin incə məqamları
Koronavirusla döyüşən mübariz xəstələr və fədakar həkimlər - “YENİ KLİNİKA”DAN REPORTAJ - VİDEO
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
90 yaşlı qadından möhtəşəm məsləhətlər.
Alimlər kliniki ölüm zamanı "tunelin sonundakı işığ"ın sirrini açıblar
Ağıllı insanların ortaq xüsusiyyətləri
Bakıda sürücülərin bu əzabı nə vaxt bitəcək?
Başqa dünyaya keçid tapıldı-ŞOK FOTO
Təmiz zeytun yağını necə tanıyaq?
20 yaşlı gənclərin bilməli olduğu 20 şey
Yaşını eşidən heyrət etdi-FOTO
Operatordan qəribə addım - VİDEO
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Türkiyə hərbçilərinin Qarabağda xidmət edəcəyi müddət açıqlandı - RƏSMİ
Gözümüzdəki işıq
Cütlüklər üçün idman növləri
Dövlətə xəyanətə görə cəza 20 ilə qaldırılır
Azərbaycanlılar Türkiyənin bu şəhərinə axın edir
İxtisas seçimi başlandı
7 rayon qazsız qalacaq
Kiara Ferragni
Azərbaycan müharibə mesajı verdi
Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ
Riki Martin qızının FOTOsunu paylaşdı
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti uzadıldı
Ançelottidən sonra Pelleqrini seçildi
Gəlinliyə uyğun buzqalter necə seçilir?
Uşaqlar neçə saat yatmalıdır?
Məşhur həkim bu dəfə Dönərdən Danışdı
Marsda şəhər salınacaq-VİDEO
Yayın artan "dərəcə"ləri ölüm gətirir