Qadin.Net apa.az-a istinadən "Yeni Klinika"dan növbəti videoreportajı təqdim edir.
Buraya girər-girməz insanın içindəki xof, vahimə işin elə görünməyən tərəfidir. Bəzi insanlar fikirləşir ki, əşşi, bazarda, yasda, qohum-əqrəbanın evində koronavirusa yoluxan deyiləm. Lakin buradakı xəstələr heç özləri də bilmirlər ki, bu infeksiyanın qurbanına harada və necə çevriliblər. Yaşadıqları bu ölüm-qalım savaşından sonra, sadəcə, bir istəkləri var indi - hamı evdə qalsın, qoyulan tələblərə əməl etsin!
Hər gün kütləvi informasiya vasitələrində vətəndaşlara edilən xəbərdarlıqlardan biri də odur ki, “ailənizi, yaşlı valideynlərinizi özünüzlə gətirəcəyiniz bəladan qoruyun!” Bax, 79 yaşlı bu babanı yoluxduran elə öz övladları olub: “Allah hamınızdan razı olsun! Özümü yaxşı hiss edirəm. Uşaqlar yoluxmuşdu, məni də yoluxdurdular”.
Aram-aram və çox çətinliklə sözlərini ifadə edən xəstələrin əksər hissəsi özlərini yaxşı qoruduqlarını desələr də, nəticə göz qabağındadır. Bu, bir daha onu göstərir ki, son dərəcə tələbkar və diqqətli olmalıyıq.
Qohumlardan birinin dünyasını dəyişdiyini eşidən və buna ürəyi yanan nənə isə indi bilmir kimi qoyub, kimə ağlasın: “Beş gündür xəstəxanadayam. Temperaturum qalxdı və ağrılarım oldu. İndi bir az yaxşılaşmışam. Allah bütün həkimlərimizin canını sağ eləsin. Vətəndaşlara demək istəyirəm ki, xəstəliyə inansınlar. Özlərini vaxtında müalicə etdirsinlər, özlərini qorusunlar. Karantin qaydalarına riayət etsinlər. Hüzr yerində yoluxmuşam. Orada adam çox idi. Vətəndaşlara demək istəyirəm ki, heç bir hüzrə getməsinlər. Bu elə xəstəlikdir ki, mübarizə aparmaq çox çətindir”.
Çalışın evdə qalın, yaxınlarınızı və doğmalarınızı qoruyun! Əmin olun ki, evdə qalıb televizora baxmaq burada uzanıb tavana və ya döşəməyə baxmaqdan dəfələrlə yaxşıdır.
Bu reanimasiya divarları arasında gedən ölüm-qalım mübarizəsini öz gözlərinizlə bir də xəbərin etibar etdiyiniz ünvanından izlədiniz. Ümid edirik ki, artıq vəziyyətin hansı səviyyədə olduğunu çox gözəl anlayırsınız. Ailənizin və doğmalarınızın ümidlərini puça çıxarmamaq diləyi ilə...
XƏBƏR LENTİ
Dünyada ilk dəfə robotlar arasında yürüş keçirilib
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Siniflər şagird sayından asılı olaraq bölünəcək - Nazirdən AÇIQLAMA
Milyarderlər bu şəhərə toplaşır
Bəzi məktəblərdə şagirdlər niyə dərsliklərlə təmin olunmur? - SƏBƏB
Yaşa görə dərinizin ehtiyacları
Ən ağır dərdləri onlar sağaldır
Yeni tədris ili ilə bağlı əsas hədəflər müəyyənləşdi
Məktəb çantaları uşaqlarınız üçün təhlükəlidir!
Dərini cavanlaşdıran maska
Sabahın HAVAsı
"Naznaz" peraşkisi (foto resept)
Tibbi bankalar
Metroda qatarlar dayanacaq
Hande Ataizinin gözəllik sirri məlum oldu
Bədəni təmizləyən 4 qida
Arnold Şvarsneggerin həyat qanunları
Qızının əlçatmaz arzusunu reallaşdırdı!
BBC-nin müxbiri Gəncə şəhərində - VİDEO
Maqnit qasırğası: Kimlər özünü yaxşı, kimlər pis hiss edir? – AÇIQLAMA
Zövqlü bluzlar
Ayağı yoxdur, lakin "jim" üzrə rekord qırıb -FOTO
ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi(FOTO)
Yeməklərdən hazırlanmış 18 bayraq
Ata 52 gün sonra meyiti tapılan şəhid oğluna qurban kəsdi - VİDEO
Sulu qar yağacaq
Hakan Şükür Türkiyə parlamentindəki digər vəzifəsini itirdi
Ankara qətliamını bu dövlət həyata keçirib
Qulaq estetik əməliyyatı (Çömçə qulaq)
Azərbaycanda "WhatsApp" çökdü
Azərbaycanda xüsusi karantin dövründə iş rejimi belə tənzimlənəcək - QƏRAR
Marqarin yağları haqqında
Temperatur düşdükcə istilik sistemlərinə tələbat artır - QİYMƏTLƏR
Texnologiyanın səbəb olduğu dəri problemləri
Şuşasız 24 il...
Yeni Türkiyə gözəli odur - FOTO
Qarın bölgəsindəki yağları əritmək üçün limonlu detoks
Çanta modelləri
Uşaq bezlərindəki təhlükə
Vüsalə: "Böyrək köçürmədən sonra ana olan ilk qadınam"
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
2018-də saçlar necə olacaq?
Günün ulduz falı
Çəyirdəkdən hazırlanan fiqurlar (FOTO)
"Qızıl Palma"nın qalibləri bəlli oldu-FOTO
Təhsilsiz dahilər
Məşhur gözəl bir gecədə 50 il qocaldı
Azərbaycanda yük avtomobilləri ilə bağlı yeni qayda
Londonda turistləri daşıyan amfibiya avtobus yanıb, yaralılar var
Rus dili - Р–Р¶














