S.Vəliyeva Ailem.az-da bildirib ki, uşaqlarda onurğa sümüyü problemləri əsasən 6-7 yaşlarında başlayır. Onun sözlərinə görə, bu problemin əsas səbəbi məktəbdə yazı stolunda düzgün oturuşun olmaması və məktəb çantalarının ağırlığıdır: “Onurğa sümüyü bədənin ən vacib orqanlarından biridir. Çünki bədənin duruşunu təşkil edən məhz sümük sistemidir. Yapon təbabətində, onurğa sümüyünü insanın energetik oxu adlandırlar. Uşaq vaxtı əmələ gələn onurğa sümüyü probleminin fəsadları böyüdükcə artır. İndiki dövrdə şagirlərin məktəb çantaları çox ağırdır. Onlardan bütün dərs kitablarının məktəbə gətirilməsi tələb edilir. Bu ağırlıq uşaqlarda onurğa sümüyünü əyir. Uşaqlar idmanla demək olar ki, məşğul olmadıqlarından onlarda tez bir zamanda belə problemlər yaranır”.
Pediatrın sözlərinə görə, onurğa əyilmələrinə səbəb olan digər amil isə bədəndə kalsium çatışmazlığıdır. O qeyd edib ki, uşaqlarda 6-7 yaşda çox sürətlə boy artımı prosesi gedir. Qidada kalsiumun miqdarı az olduqda isə sümüklərdə problem yaranır.
S.Vəliyeva onurğa problemlərinin yaranmasının qarşısının alınması üçün valideynlərə öz tövsiyələrini verib: “Həb şəklində olan kalsium preparatlarını yalnız həkimin təyinatı ilə istifadə etmək olar. Amma uşaqda allergiya yoxdursa, onların qida rasionlarında ağartı məhsulları yer almalıdır. Süd, pendir, kəsmik, qatıqdan istifadə edilməlidir. Hamı elə düşünür ki, kalsium daha çox südün tərkibində olur. Amma pendirdə daha çoxdur. Südə meyilli olmayan uşaqlar gün ərzində 2-3 dilim pendir yeməlidirlər”.
Həkimin dediyinə görə, uşaqda onurğa problemlərini vaxtında aşkar etmək və bununla bağlı tədbirlər görmək lazımdır: “Uşaqlarda yaranan onurğa problemlərini valideynlər çox vaxt hiss etmirlər. Ona görə bununla bağlı həkimə də müraciətlər olmur. Onurğa əyilmələrini valideynlər yox, daha çox həkimlər müəyyən etməlidir. Həkimin borcudur ki, uşağı müayinə edən zaman onu göbəyədək soyundurub, onurğanın vəziyyətinə baxsın. Uşaq ayaq üstə, boş vəziyyətdə dayanmalı, həkim həm qabaqdan, həm də arxadan onurğa sümüyünə diqqət yetirməlidir. Uşaq əllərini boşaldaraq, çanağı tərpətmədən irəli əyilməlidir. Bu vəziyyətdə uşaqda hər iki tərəfdən qabırğalar eyni dərəcədə çıxmalıdır. Əgər bir tərəfdən qabırğa çox, o biri tərəfdən az hiss olunursa, bu problemin olmasından şübhələnmək lazımdır. Belə hallarda uşaq mütləq rentgen və ya kompüter tomoqrafiyasına göndərilməlidir. Həkimin təyinatına uyğun olaraq, uşağın oturuşunu, yerişini nizamlamaq, müalicəvi masajlar etdirmək lazımdır. Uşaq hərəkət etməlidir, daha yaxşı olardı ki, valideyin onu idmana göndərsin”.
Məktəb çantalarının yaratdığı problemlərə toxunan Sənubər xanım bildirib ki, beldə daşınan çantalar daha təhlükəlidir: “Çox vaxt valideynlər elə düşünürlər ki, çiyində yox, beldə aparılan çantalar daha yaxşıdır. Onlara elə gəlir ki, uşağın çiyni bir tərəfə əyilməsə, onurğa problemləri yaranmayacaq. Amma bu, heç də belə deyil. Beldə daşınan çantalar məcbur edir ki, uşaq boynunu qabağa əysin. Bu isə boyunda əyrilik yaradır və belə fəsadlar çox çətinliklə aradan qaldırılır. Onurğa problemləri körpəlikdə əmələ gəlirsə, sonralar inkişaf etməyə başlayır. İrəli gedən skoliozu dayandırmaq çox çətindir. Bəzən həkimin təyin etdiyi müalicə də effekt verməyə bilir. Ona görə də bu problemdən qorunmaq üçün əsas profilaktikadır. Çalışmaq lazımdır ki, uşaqlarda onurğa əyilmələri baş verməsin. Bunun üçün valideynlərə məsləhət görərdim ki, evlərində uşaqlar üçün turniklər düzəltsinlər. Uşaq özünü çəkə bilməsə də, sadəcə ordan tutub sallansın. Övladını idmana göndərmək istəyən valideyinlər isə üzgüçülük və rəqsə üstünlük versinlər”.
Mənbə: Lent.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Merve Özbeyə milyon dəyərində hədiyyə
Koronavirusla bağlı SON STATİSTİKA
Döş xərçəngindən qorunmağın 10 qızıl qaydası
Kennedinin çimərlik geyimi 3,5 min dollara satıldı - FOTOLAR
Hava haqqında
Azərbaycanda vahid yanıq mərkəzi yaradıldı
Bakı sakinlərinə müraciət - Küçəyə çıxmayın
Bu gün Ramazan ayı başlayır
Vulkan püskürməsi və zəlzələ eyni gündə yaşandı
Daha bir şəhidmizin adı bilindi
Arda Turanın xanımı xəstəxanalıq olub
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
"Xəzər dənizinin suyunun ölkə daxilinə ötürülməsi ekoloji fəlakətə səbəb ola bilər"
Unutduğumuz 10 həqiqət
Təhsilini bitirə bilməyən şagirdlər üçün şans
Ödlə bağlı problemlər
3 yaşlı uşaq yüksək IQ-lü insanlar cəmiyyətinin ən gənc üzvü oldu
Cərimə meydançasında saxlanılmış maşınlar hərraca çıxarıla bilər
Dünyanın ən məşhur cütlüyü birlikdə filmə çəkiləcəklər
Hind qadınlarının gözəllik sirləri
ÜST: Fövqəladə vəziyyət davam etməlidir
Yəhudilərin bürclər üzrə ən qədim və dəqiq proqnozu
Ağacların yaşı necə hesablanır?
Baldız - cuvalduz...
Demetin əri ilə qızı dalaşdı-SƏBƏB/FOTO
Hava haqqında - 01.12.2013
Bayden prezident olmaq istəyir
Azərbaycanda SMS icazə bərpa edilir - RƏSMİ
Moda bloqerlərinin sevimli donları
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır
Ayaqqabı və çantalar
İrem Dericidən qəribə paylaşım
"Arsenal"ın baş məşqçisi: ""Napoli"yə yazığım gəldi"
Madonnadan plastik əməliyyat etirafı
Mütəxəssis: “Düzgün müalicə nəticəsində vərəm tam sağalır”
Rəngarəng və rahat ayaqqabılar
Səmada misilsiz hadisə - “Günəş tacı” müşahidə olundu - VİDEO
Oruc zamanı diş ağrısı çəkməmək üçün
Karantin dövründə cütlüklər xoşbəxtliyi necə qorumalıdır?
Qadin.Net - 9 YAŞ
"Ustad" dərgisinin 16-cı sayı işıq üzü gördü!
Torpaq fırıldaqçılarından ehtiyatlı olun
Ondan imtina edən kəfənini hazırlasın
Salma Hayekdən L'Officiel üçün fotosessiya
Kişilər üçün ondan yaxşısı?
Leyla Əliyeva YAY Qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisi ilə tanış olub
Hamilə qadın soyuqlayarsa…
Badımcanlı, pendirli pide (foto-resept)
Ulduz yağışı olacaq!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]