Dövlət Yol Polisinin cərimə meydançalarında bəzi maşınlar var ki, uzun müddətdir əl dəymədən orada saxlanılır.
Day.Az xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də Modern.az-a açıqlamasında təsdiqləyib. Onun sözlərinə görə, hətta 10-15 ildir cərimə meydançasında "yatan" avtomobillər var.
K.Əliyev bildirib ki, belə maşınların sahiblərinə dəfələrlə məktub göndərilib ki, avtomobillərini gəlib cərimə meydançasından götürsünlər. "Cərimə meydançalarında elə maşınlar var ki, neçə illərdir yağışın, qarın, günəşin altında qalaraq, tamamilə yararsız vəziyyətə düşüb. İstifadəyə yararlı ehtiyat hissələri belə, qalmayıb. Bununla yanaşı, avtomobil sahiblərinə, dünyasını dəyişmiş şəxslərin ailə üzvlərinə dəfələrlə məlumat verilib. Gəlib ən azı dövlət qeydiyyat nişanını və sahiblik hüququnu təsdiq edən sənədlərlə çıxarış etmirlər ki, cərimə meydançalarını həmin maşınlardan təmizləmək mümkün olsun".
Kamran Əliyevin sözlərinə görə, işin qəribə tərəfi ondadır ki, belə avtomobillərin sahibləri yanğınla və ya başqa hadisələrlə bağlı məlumat əldə edən kimi tez qaçıb gəlirlər. "Çünki fikirləşirlər ki, həmin avtomobilə də hansısa zərər dəyə bilər və bu halda onlar ziyanın ödənilməsi ilə bağlı vəsatət qaldırarlar. Hansı ki, o avtomobillər heç ələ gəlinəsi deyil, tamamilə çürüyüblər".
K.Əliyev deyir ki, onlara avtomobilini cərimə meydançasından götürmək və ehtiyat hissələrini satmaq istəyən şəxslərdən də müraciət edənlər olur. "Elə adamlar var ki, yol qızasından 3-5 ay sonra cərimə meydançasına qoyulan avtomobili və ya ehtiyat hissələrini satmaq istəyir. Bunun üçün çıxdaş edib, dövlət qeydiyyat nişanını təhvil vermək lazımdır. Daha sonra isə istifadəyə yararlı ehtiyat hissələrinin satılması üçün DYP tərəfindən maşın sahibinə arayış verilməlidir. Maşın sahibi isə həmin arayışı aldıqdan sonra həmin ehtiyat hissələrini kimə istəsə, sata bilər".
Kamran Əliyev qeyd edib ki, cərimə meydançasında saxlanılmış maşınlar məhkəmənin qərarı ilə hərraca çıxarıla bilər. "Əgər avtomobil sahibinin banka və digər şəxsə borcu varsa, bu borc məcburi icraya yönəldilsə, maşına həbs qoyula və ya hərraca çıxarıla bilər. Bununla bağlı məhkəmənin qərarı olmalıdır".

XƏBƏR LENTİ
Mona Lizanın sirri tapıldı
"ASAN Xidmət"dən İmişli sakinləri də yararlanacaqlar
Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapılıb - FOTO
Qızıl bahalaşdı
Ermənistanın Kəlbəcəri işğal etməsi nəticəsində Azərbaycana 31 milyard dollardan çox ziyan dəyib
Sabahın HAVAsı
Türkiyə girov işinə qarışdı
Azərbaycanın cənubunda evlər su altında qaldı, yollar bağlandı, 150-yə yaxın ailə köçürüldü
Bakıda anşlaq olacaq: 25 min bilet satılıb
Mehriban Əliyeva: “Biz Şuşamızı qaytardıq”
Günün qoroskopu: sizi çox iş gözləyir
Qadın.net ilə birgə hamiləlik dövrü(4 həftə)
Özəl tibb müəssisələrinin doğuş xidməti göstərməyə icazələri yoxdur?
Gündəlik geyim üçün kombinlər
Dekorasiyada yaşıl rəng trendi
Bakı-Sumqayıt qatarı bu gün işə düşür
Səhvən hesabına daxil olan 120 min dolları xərclədi - Məhkəmə
Bizi izləyən gizli ölüm
Aprel ayının qalibləri!
Yataq otağı trendləri
Ölkəmizdə uşaqlara münasibət nə yerdədir?
İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Xudafərində - FOTO
İş yerindən arayış lazım olmayacaq
Google Chrome-da valideyn nəzarəti olacaq
Bu qadın 40 ildir adada tək yaşayır!
7,4 bal zəlzələdən sonra 3 ölkədə sunami xəbərdarlığı
Tarkan koronavirusa görə 1 milyon itirdi
Məşhur aktyor fermerliyə başladı
Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları
Müslüm Gürsəsin xanımı komaya düşdü-SƏBƏB
Orduda xidmət etmək istəyənlərin nəzərinə
Evinizdə bahar enerjisini artırmağın yolları
Aralıq dənizindən tapılan sirli tabut
Tədris ilinin uzadılması nəyə hesablanıb?
Mətbuatda Messinin “Barselona” rəhbərliyinə ünvanladığı sənəd dərc edilib – FOTO
Bürclər hansı dodaq boyalarına üstünlük verirlər?
Bağça dekorasiyası
Geyim seçimində yol verilən xətalar
DİQQƏT: bu istilərdə beyin qanaması keçirə bilərsiniz
Evinizdə kitablara yer açın
Paşinyan xarici işlər nazirini istefaya göndərdi
Yaddaşı zəif olanlara müjdə
Türkiyə silkələndi
Məşhur serial bu kanalda yayımlanacaq-FOTO
Tibb tarixində ilk-FOTO
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
Sobada ətli pirojki (foto-resept)
Aparıcı Murad Dalkılıçı təhqir etdi
HAVA necə olacaq?
Ətli, makaronlu yemək (foto resept)
