Türkiyədə rəsmi səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb. ANS PRESS-in məlumatına görə, “Dolmabaxça” sarayında baş tutmuş görüşdən sonra tərəflər mətbuat konfransı keçiriblər. Görüşün detalları barədə jurnalistlərə açıqlama verən Davudoğlu amerikalı qonağa bu səfərinə görə təşəkkürünü bildirib.
“Soyuq müharibə dövründən sonra Amerika ilə müştərək fəaliyyətlərimiz oldu. 11 sentyabrdan sonra beynəlxalq terrora qarşı birlikdə mübarizə apardıq. İndi də, başda Yaxın Şərq olmaqla problemləri birlikdə aradan qaldırmağa çalışırıq. Son günlərdə İraq və Suriyada təhdidlər qarşısında ortaq cəhdlərimiz oldu. Cənab prezidentimiz cənab Obama ilə görüşdü. Mən, vaxtında həyata keçirdiyi səfərə görə cənab Baydenə təşəkkürümü bildirirəm”.
Mətbuat konfransında çıxış edən Co Bayden isə Davudoğlu ilə yaxın dost olduğunu deyib.
“Uzun müddətdir bir-birimizi tanıyırıq və yaxın dostuq. Həm dost, həm də NATO müttəfiqi bir ölkədə olduğum üçün özümü xöşbəxt hiss edirəm. Bosniyada və Kosovoda müştərək fəaliyyətlərimizi xatırlayıram. Türkiyə ilə hərbi əməkdaşlığımız da yüksək səviyyədədir. Türkiyəyə güvənirik”.
Bayden həmçinin zarafatla Davudoğlunun baş nazir olmasına eyham vuraraq ondan çox şey öyrənməli olduğunu deyib.
“Bir şeyi də qeyd etmək istərdim. Baş naziri axırıncı dəfə gördüyüm zaman o xarici işlər naziri, mən isə vitse-prezident idim. Mən hələ də vitse-prezidentəm. Ondan çox şey öyrənməliyəm”.
Bu söz tərəflər arasında qarşılıqlı gülüşmələrə səbəb olub.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Kit yaxtanı gəmi ilə toqquşdurdu - VİDEO
BÜRCLƏR bizə nə vəd edir? -30 MAY
Mobil telefon istifadəçilərinə şad xəbər
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
35 il sonra bir araya gəldilər - FOTO
Rəqəmli pazllar (4)
Avropanın ən böyük vulkanı püskürdü
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Dünyada internet nə vəziyyətdədir?
Dəniz Akkaya aksessuarları ilə diqqət çəkdi-FOTO
Canlı yayımda öz açıqlaması ilə hər kəsi qorxutdu-FOTO
Eşqi evlilik öldürür yoxsa beyin?
Dünyanın ən çox gözlənilən karnavalı ləğv edildi
Sarıkök maskası
Uşaqlara fərqli baxış bucağından baxmağa kömək edən 3 üsul
Televizor uşaq beyninə təsir edir
Bu gündən Azərbaycanda əhalinin siyahıya alınmasına başlanılır
Ac olanda bədəninizdə nə baş verir?-AÇIQLAMA
Rezidenturaya sınaq imtahanları keçiriləcək
Qəfəs saç hörüyü necə hörülür?
Qısa ətəklər
Hamiləlik zamanı gözəllik qaydaları
Ombusdman aparatı aydınlıq gətirdi: Səbinə Əliyeva hazırda... - Rəsmi açıqlama
2017-ci ilin ən zövqsüz ulduzları - FOTO
“Qanlı alma” ilə bağlı optik illüziya görənləri çaş-baş qoydu - VİDEO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kəsmikli bağlama (foto resept)
Tatlısəs ata olacaq?-FOTO
Çingiz Abdullayevə daha bir vəzifə verildi
Rus çarlarının qəzəbinə tuş gələn molokanlar
Lüks həyatı olan 16 yaşlı Raşid-FOTO
Od çərşənbəniz mübarək!
2050-ci ildə kosmik lift istifadəyə veriləcəkgünün
Castin Timberleyk xəstə uşaqları ziyarət etdi
Avqust ayının qalibləri!
Təhsil Nazirliyindən XƏBƏRDARLIQ
Azərbaycanda məktəb islahatı: balacalara yer yoxdur
Bred Pittdən gözlənilməz hərəkət
İlk və 4 terabaytlıq...
Başqa musiqilər...
Saçın tərzinizi necə dəyişdiyinə şahid olun!
Azərbaycanda maaş kreditə tutula bilərmi?
Hind toyuqlu və ispanaqlı lazanya (foto resept)
Məşhur rəsamların evləri
Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb
Millimizin 16 yaşlı cüdoçusu dünyasını dəyişdi
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
Ədviyyatları necə saxlamalı?
Hollandiyada "Məmməd Məmmədov" parkı
Stallone De Niroyla ringə çıxdı















- ŞƏRHLƏR