İnsan sonunu görə bilmədiyi bir boşluqda özünü heç olmadığı qədər etibarda hiss edə bilirmiş sən demə.
Heç bitməsini istəmədiyim üçün heç başlamıram. Addımlarım ürkəkdir, elə buna görə də qəlbimdən gələnləri hər zaman söyləyə bilmirəm. Bilirəm, sən də qorxursan mənim kimi. Sənin də söyləmədiyin cümlələr var ağlında - hələ eşitmədiyim. Özünə görə doğruların var.
Qəbul et, sən də bilmirsən doğrusunu. Bilirsənmi, heç şikayətçi deyiləm bu vəziyyətimizdən. Nəyik, nə olmalıyıq, hara doğru getməliyik? Əsas odur ki yanımdasan! Varlığın içimdə əvvəllər heç vaxt hiss etmədiyim qədər rahatlıq hissi yaradıb.
Yaxşı və ya pis! Sonları sevmirəm mən. Hansı şəkildə olursa-olsun, bir "son"da yan-yana olmaq istəmirəm səninlə. Bəzən istəyirəm, ancaq sonra da dərhal qaçıram... Eynilə sənin də etdiyin kimi... Yəni sənin kimiyəm mən də!
Yəni qorxmuram səndən və sən də qorxma məndən! Əlbəttə ki, başqa-başqa qorxularla oyandığımız səhərlər da olacaq, amma mənə yaşatdığın bu rahatlıq üçün ömrüm boyunca minnətdar olub, həmişə eyni sevgiylə baxacağam sənə. Ertəsi səhər rahat oyana bilmək üçün gecənin bir yarısı qapını döyəcəyəm, nə bilim...
Sən məni... Mən səni... deyərək izah etmək lazım olsa, sən məni mən olduğum üçün... Mən də səni sən olduğun üçün sevəcəyəm yenə. Nə yaşanırsa yaşansın, eyni baxacaq gözlərim, eyni güləcək...
Həyatımdakı yerinin təməlləri elə möhkəmdir ki... Mən sənin dostluğunu itirməkdən əsla qorxmayacağam. Ağlayıb, sızlayıb yanında halsız qalmaqdan qorxmayacağam. Sən də qorxma... Çox düşünüb özünü də yorma. Biz yaxşı insanlarıq. Heç kimə zərər verə bilmərik. İndi "Get" desən, gedərəm, amma "Qal" deməyini seçirəm.
Yolumu işıqlandıran işığını sevirəm... Hüznümü qəhqəhəyə çevirən sevinci, ümid verən yaxşılığını və ruhuma qatdığın misilsiz dincliyi sevirəm!
Bizi nə zənn edərlər? Vecimizə də olmaz...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ailəvi baxdığımız Yeni il filmləri
Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi - Gəlini ilə birlikdə... - VİDEO
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi
Qeyri-adi fotoşop
Komitə sədri: “15200 tələbə üçün 40 milyon manat ayrılıb”
Göz yaşları....
Baxıcılıq edənlərin hərəkətinə icazə veriləcək - AÇIQLAMA
Azərbaycanda bütün məktəblər bu ilin sonunadək internetlə təmin olunacaq
Dövrümüzü tənqid edən şəkillər
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Polis üzü texnologiya ilə tanıyacaq
“Victorias Secret” 1,1 milyarda satıldı
Deputat: “Bu gün Azərbaycan əsgərini düşünərək, koronavirus təhlükəsini də unutmamalıyıq”
Qarabaşaq kotleti (foto-resept)
Qızardılmış toyuq-Gürcü mətbəxindən (foto resept)
Ali məktəb tələbələrinin yarısı təqaüdlə təmin olunacaq - RƏSMİ
Günəşdəki partlayış insanları da "vuracaq"
Rus həkim xərçəngi dondurdu və öldürdü - ŞAD XƏBƏR
İndi ev tikmək daha da asanlaşır
Eskobarın xəzinəsi tapıldı
"Külək və Atəşin Rəngləri"
Paşinyan yenə gülüş hədəfi oldu: “Türkiyəyə ciddi sanksiya” açıqlaması lağlağı obyekti oldu
"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri
Kiçik evlər üçün faydalı mebellər
Stress çarxından sizdə də var? - Uşaqlarınıza verməyin
Serdar Ortaç qumarda bütün sərvətini uduzdu
Dünyaca məşhur villa satışa çıxarıldı-FOTO
Boksçularımız ermənilərə dərs keçdilər
Cavanlaşdırma formulu
Şəhzadə kababı (foto-resept)
Labirint-6
Daha bir yüksək rütbəli işğalçı məhv edildi - RƏSMİ
Dərini qidalandıran maska
Elmi işçilərin əməkhaqları yeni qaydada hesablanacaq
"Eurovision kids"-in açılışı oldu-FOTO
HAVA necə olacaq?
Ziynet Salı ərə gedir-FOTO
Dərslər nə vaxt və hansı formada başlayacaq? – AÇIQLAMA
Bu gecə niyyət gecəsidir
Ay tutulması belə görüntüləndi - Dünyadan fotolar
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
Məşhurları təqlid edən italiyalı Emanuele
Dekabrın 22-də nə baş verəcək?- Hamı bu tarixi gözləyir - VİDEO
Bu rəsm əsərinin ilkin qiyməti 120 milyon dollardır - FOTOLAR
Üzə qulluq qaydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Hava necə olacaq?
ABŞ vitse-prezidenti Rusiyanı hədələdi
Culfa rayonu
Nostradamus Koronavirus Haqqında nələr deyib?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]