Tərif edilməyən bir rahatlıq var qəlbimdə və sonsuz bir inam... İpə-sapa yatmayan söhbətlər, sonu gəlməyən gülüşlərim var sayəndə!
İnsan sonunu görə bilmədiyi bir boşluqda özünü heç olmadığı qədər etibarda hiss edə bilirmiş sən demə.
Heç bitməsini istəmədiyim üçün heç başlamıram. Addımlarım ürkəkdir, elə buna görə də qəlbimdən gələnləri hər zaman söyləyə bilmirəm. Bilirəm, sən də qorxursan mənim kimi. Sənin də söyləmədiyin cümlələr var ağlında - hələ eşitmədiyim. Özünə görə doğruların var.
Qəbul et, sən də bilmirsən doğrusunu. Bilirsənmi, heç şikayətçi deyiləm bu vəziyyətimizdən. Nəyik, nə olmalıyıq, hara doğru getməliyik? Əsas odur ki yanımdasan! Varlığın içimdə əvvəllər heç vaxt hiss etmədiyim qədər rahatlıq hissi yaradıb.

Qanadlarım dəymir sağa-sola. Həmişə istədiyim kimi sənin qollarındayam.
Yaxşı və ya pis! Sonları sevmirəm mən. Hansı şəkildə olursa-olsun, bir "son"da yan-yana olmaq istəmirəm səninlə. Bəzən istəyirəm, ancaq sonra da dərhal qaçıram... Eynilə sənin də etdiyin kimi... Yəni sənin kimiyəm mən də!

Özümü heç hiss etmədiyim qədər rahat və heç olmadığım qədər güvəndə hiss edirəm yanında. Bu gün eləyəm və bunun dadını çıxarıram. Yalnız bu günlə maraqlanıram. Harada başlayıb, harada bitdiyi... Hətta əllərinin kimə dəydiyi vecimə deyil! Mənə hədiyyə etdiyin rahatlıqla məşğulam mən bu anda. "Birdən səni incitsəm?"- sual cümləsinin gözlərində yaratdığı xətləri sevirəm bəlkə də? Sənə nə?
Yaxşı olduğunu bilirəm, səndən əsla zərər gəlməyəcəyini də... Və yalnız bunu bilmək belə yaxşı təsir edir mənə. Yaxşı biri olduğumu xatırlayıram sayəndə. "Mən də onun yerində olsam belə edərdim, onun kimiyəm... Yəni mən də yaxşıyam" deyirəm, gülürəm özümə.
Yəni qorxmuram səndən və sən də qorxma məndən! Əlbəttə ki, başqa-başqa qorxularla oyandığımız səhərlər da olacaq, amma mənə yaşatdığın bu rahatlıq üçün ömrüm boyunca minnətdar olub, həmişə eyni sevgiylə baxacağam sənə. Ertəsi səhər rahat oyana bilmək üçün gecənin bir yarısı qapını döyəcəyəm, nə bilim...

"Yemək ver mənə, acdım!" deyəcəyəm. Yenə "Sən sus! Mən izah edəcəyəm, sadəcə dinlə!"- deyərək sözümü kəsdiyin anlara əsəbiləşəcəyəm. Nə olsun ki, yenə də əylənəcəyik. Həzin bir musiqi sədaları altında rəqs edəcəyik. İzah etdiklərini anlamayacam, bəzən utanacam, çox zaman kədərlənəcəyəm söylədiklərinə. Amma sən tanıyacaqsan məni, biləcəksən ki buyam mən".
Sən məni... Mən səni... deyərək izah etmək lazım olsa, sən məni mən olduğum üçün... Mən də səni sən olduğun üçün sevəcəyəm yenə. Nə yaşanırsa yaşansın, eyni baxacaq gözlərim, eyni güləcək...

Dürüst bir adamın varlığı sevindirəcək məni, gələcək günlər üçün ümid verəcək o qarşılıqsız yaxşılığın... Sənin çiynin olacaq yenə hər kədərli anımda başımı qoyacağım... İnsanı dəli edən o rahatlığınla izah edəcəksən nəyin doğru olduğunu və mən öncə inad edib əsəbiləşsəm də, yenə haqq verəcəyəm sənə.
Həyatımdakı yerinin təməlləri elə möhkəmdir ki... Mən sənin dostluğunu itirməkdən əsla qorxmayacağam. Ağlayıb, sızlayıb yanında halsız qalmaqdan qorxmayacağam. Sən də qorxma... Çox düşünüb özünü də yorma. Biz yaxşı insanlarıq. Heç kimə zərər verə bilmərik. İndi "Get" desən, gedərəm, amma "Qal" deməyini seçirəm.
Yolumu işıqlandıran işığını sevirəm... Hüznümü qəhqəhəyə çevirən sevinci, ümid verən yaxşılığını və ruhuma qatdığın misilsiz dincliyi sevirəm!

Yaxşılıqla hörümüş divarlarımızı kimsə aşa bilməz, inan mənə. Ən çox elə özümüzə əsəbləşərsən, sonra yenə özümüzə gülərik. Bir-birimizdən sıxılsaq belə, yenə özümüzə qayıdarıq. Ətrafımızda kimsə yoxdur ki... İzah etdiklərim səni ürkütməsin. Mənim sevgim zərər verməz. Burax, boş ver. Bitər deyə başlamadığımızı başlamamış bitirməyə ehtiyac yoxdur. Bu, bizi yorar...
Çox düşünməyin. Biz belə yaxşıyıq, həm də çox yaxşı... Bir-iki şüşə pivə, bir az musiqi... Kim nə deyər? Bilmərik...
Bizi nə zənn edərlər? Vecimizə də olmaz...

Hər kəsin dediyi kimi üç səhv bir doğrunu apararkən, həyatımdakı bütün səhvləri aparan tək doğrum sənsən.