Qadin.Net kaspi.az-a istinadən yazını təqdim edir.
İnsanlar müxtəlif olduqları kimi, düşüncələri, seçimləri də fərqlidir. Bu, film seçimi mövzusunda da eynidir. Hər kəs boş vaxtında izləmək üçü zövqünə uyğun filmlər seçir. Amma bu dəfə sizinlə Yen il əhval ruhiyyəsini əks etdirən filmlərin siyahısını bölüşəcəyik.
İlk film "Şaxta baba" (The Santa Clause) adlanır. Bu filmdə Yeni il ərəfəsində ata ilə oğulun münasibətlərindən danışılır. Belə ki, oğlu Çarli ilə münasibətlərində bəzi problemlər olan Skott Kalvin bir qəzaya şahid olur. Tapın görək bu qəza kimin başına gəlir? Yeni il ərəfəsində uşaqlara hədiyyə paylamalı olan Şaxta babanın. Qəzadan sonra yeriməyə çətinlik çəkən Şaxta baba bütün işləri Skottun üzərinə qoyur. Bu işi sevə-sevə üzərinə götürən Skott Şaxta baba libasını geyinərək uşaqlara hədiyyələr verir. Qısa zamanda yeni işini sevən Skottun, oğlu ilə də münasibətlərində dəyişikliklər müşahidə olunur.
İkincisi isə romantik komediya janrında olan "Tətil" (The holiday) filmidir. Baş rollarını Cud Loy, Kameron Dias, Keyt Uinslet və Cek Blek oynayırlar. Filmdə Yeni il tətilində evlərini dəyişən iki həmkar xanımın tətil boyunca yaşadıqları macəradan danışılır. Biri amerikan, digəri ingilis olan qəlbi qırıq xanımlar yeni eşq axtarırlar. Belə ki, bu xanımlardan biri xəyanətə uğrayaraq sevgilisindən ayrılıb, digəri isə uzun zamandır gizli sevdiyi bəyin başqa biri ilə nişanlandığını eşidir. Beləcə, xanımlar baş verən bu kədərli hadisələri unutmaq üçün bir-biriləri ilə ölkələrini, evlərini dəyişirlər.
"Qütb ekspresi" (The Polar Express) filmi isə 3-cü sırada yer aldı. Uşaqların sevərək izlədiyi bu animasiya filmində balaca oğlanın qatarda səyahət edən zaman başına gələnlərdən bəhs edilir. Bu film Şaxta babaya inanmayanlar üçün çəkilib desək, yanılmarıq. Filmi izlədikdən sonra fikirləriniz dəyişəcək. Balaca oğlan Şaxta babanın varlığına inanmır. Bu oğlan yeni il ərəfəsində qəribə bir qatara minir və qütbə doğru yola düşür. Yol boyunca qatarda bir çox möcüzəli hadisələr yaşanır. Bununla da balacanın Şaxta babaya olan inamı yavaş-yavaş geri qayıdır. Əslində, oğlan qatarın onu Cənub qütbünə apardığını bilmir. Filmi izləyərkən istər-istəməz hadisələrin təsirinə düşürsən. Oğlanın oradan necə qayıtdığını, başqa hansı hadisələrin şahidi olduğunu isə film izləyərkən biləcəksiniz.
"34-cü küçədə möcüzə" (Miracle on 34-th street) filmi 4-cü sıradadır. Yeni ilin bütün ab-havasını özündə əks etdirən bu film, ən çox izlənənlər arasındadır. Fantastik komediya janrında olan film, Kris adlı bir bəyin Şaxta baba qiyafəsi geyinməsi ilə başlayır. Kris işini o qədər sevir ki, bir müddət sonra özünün həqiqətən də Şaxta baba olduğuna inanmağa başlayır. İmkansız deyə bir şeyin olmadığını Yeni il gecəsi bizə xatırladan bu filmin baş rolunda Hollivudun unudulmaz siması Natali Vudun 9 yaşındakı halını görürük. 96 dəqiqəlik film ilk dəfə 1947-ci ildə çəkilib. Oskara layiq görülən bu film, 1973-cü ildə televiziya, 1994-cü ildə isə kinotetar üçün yenidən çəkilib.
Yeni il əhval-ruhiyyəli filmlərdən danışıb, "Evdə təkbaşına" (Home alone) filminin adını çəkməsək, olmaz. Eyni ad altında 4 film çəkilib. "Evdə təkbaşına 1,2,3,4," adı ilə məşhurlaşan bu kinolar uşaqlarla birlikdə böyüklərin də ürəyinə yol tapıb. Böyük həvəslə ailəvi şəkildə izlənilən bu filmlər içərisində "Evdə təkbaşına 1 və 2"-də yer alan Kevin daha çox sevilir. Evə girib soyğunçuluqla məşğul olan oğrulara qarşı öz üsulları ilə mübarizə aparan Kevini izləməkdən yorulmayanlar, illərdir ki, hər Yeni il ərəfəsində bu filmin kanallarda nümayişini böyük həvəslə gözləyir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çin alimləri ayda kartof əkib
Azərbaycandan Gürcüstana pulköçürmələr KƏSKİN ARTDI
Dəri çatları üçün yosun maskası
Yapon rəssamın həşəratları
Dərman qəbulu qaydasız olarsa...
Dodağına Gel Vurdurdu Üzü Çürüdü-FOTO
Yeni heyvan növü yaradıldı-FOTO
Burakı bu FOTOsuna görə ona bənzətdilər
Memarlıq festivalı
"iPhone 6" rekord qırdı
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Qadin.Net-in xarici xanımları (VII hissə)
Günün ulduz falı
Birləşmiş Ərəb Əmirlikləri icbari hərbi xidmətə keçir
Bəs sizin seçiminiz hansıdır?-Test
Fransanın "OpinionWay" Tədqiqatlar İnstitutu: Respondentlərin 79,9 faizi İlham Əliyevin namizədliyini dəstəkləyir
Kristina Aqilera Yeni İmicdə-FOTO
Öz qiymətimi bilmirəm, heç vaxt da bilməmişəm...
17 yaşlı qızın ağciyərindən çıxan həkimləri şoka saldı
Azərbaycanda sosial reklamların telekanallarda yayımında dəyişiklik olacaq?
Gələn ilin dövlət büdcəsi nəyə xərclənəcək?
Küçələrə niyə tüpürürük?
Engin Altan Düzyatan tarixi serialda
2014-cü ilin ziyafət geyimləri
Qida demə, zəhər de!
Məşhur cütlük yenidən barışdı
Xüsusi təyinatlılarımızın böyük bir bölməsinin məhv edilməsi barədə ermənilərin yaydığı xəbər xülyadır - RƏSMİ
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Məsamələri necə təmiz saxlayaq?
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Koronavirusla bağlı son STATİSTİKA
Yerin altından zinət əşyaları ilə dolu iri küplər tapıldı
Son on ilin ən yaxşı qorxu filmlərinin adları açıqlanıb
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Dekorativ güzgülər
Azərbaycanda daha 38 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Qrip
12 il sonra sahibini tapdı
Bayram namazı necə qılınacaq?
Üzeyir Hacıbəylinin Şuşadakı evi - VİDEO
"3-3,5 milyon insan icbari tibbi sığorta ödəmələrindən azad olunacaq"
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
İranda koronavirusa yoluxanların sayı rekord həddə çatdı
Məzəli şəkillər-2
"Kurtlar Vadisi" serialının yayım tarixi açıqlandı
Birləşmiş Millətlərə əsərlər
Dünyanın ən rəngli yerləri (2)
Gülən insanın yaddaşı yaxşıdır
Azərbaycanın ilk peşəkar velosiped komandası mövsümə Yeni Zelandiyada start verir
Qumdan hazırlanmış heykəllər
- ŞƏRHLƏR