ANS PRESS-in məlumatına görə, Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlətimizin başçısına və xanımına məlumat veriblər.
Bildirildi ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin, eləcə də Əməliyyat Komitəsinin səmərəli fəaliyyəti nəticəsində yarışların yüksək səviyyədə keçirilməsi üçün görülən işlər artıq başa çatmaq üzrədir. Birinci Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunacaq. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. ÜmumilikdУ™, Komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1500-ə yaxın işçi çalışır.
Atletlərə xidmət və idman şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, Oyunlarda iştirak edəcək bütün idmançıların, məşqçilərin yerləşməsi və lazımi idman avadanlığı ilə təmin edilməsi, həmçinin onların təmsil olunduqları ölkələrin Milli Olimpiya komitələrinin rəsmilərinin qarşılanması və yerləşdirilməsi buradan idarə ediləcək.
Texnoloji Əməliyyatlar Mərkəzi və texnoloji dəstək şöbəsi də birinci Avropa Oyunlarına tam hazırdır. Oyunların keçiriləcəyi bütün obyektlərdə istifadə ediləcək texnoloji avadanlıq və Oyunların yayımı da buradan idarə olunacaq. Bütün bu işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə aparılır.
Dövlətimizin başçısı və xanımı birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və ümumi marşrutun əks olunduğu xəritə ilə də tanış oldular. Oyunlar zamanı təhlükəsizlik məsələləri də yüksək səviyyədə həyata keçiriləcək.
Birgə Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə tanışlıq zamanı məlumat verildi ki, ilk Avropa Oyunlarında qitə ölkələrindən minlərlə idmançı iştirak edəcək. Atletlərlə birgə Oyunları izləməyə gələcək çoxlu sayda tamaşaçı və turist axını da gözlənilir. Ən əsası isə həmin idmançıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsidir. Ümumilikdə, həm yarışların keçiləcəyi arenalarda, həm də Avropa Oyunlarına daxil olan marşrutlar üzrə 2400 kamera quraşdırılıb. Bütün təhlükəsizlik tədbirləri də bu Mərkəzdən idarə ediləcək. Burada hüquq mühafizə orqanlarının hər birindən nümayəndələr olacaq. Bütün bunlar Avropa Oyunları ilə bağlı ölkəmizə gələn qonaqların rahatlığını təmin etmək baxımından önəmlidir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzi ilə tanış oldular.
Burada birinci Avropa Oyunları Əməliyyat Komitəsinin bütün şöbələrinin rəhbərləri fəaliyyət göstərəcəklər. Əməliyyatların yüksək səviyyədə həyata keçirilməsi üçün mərkəz 24 saat işləyəcək.
Artıq ilk Avropa Oyunlarının açılışına az vaxt qalıb. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu möhtəşəm hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də son illərdə ölkəmizin idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Bu, bir daha təsdiqləyir ki, dörd ildən bir keçiriləcək Avropa Oyunlarının standartları məhz Azərbaycanda müəyyən olunacaq.
İyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək.
Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yaradılan şərait bu idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə bir daha təminat verir.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Oyunlarda Azərbaycan idmançılarının istifadə edəcəkləri geyimlər barədə də məlumat verilib.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sumqayıt icra başçısı yas mərasimləri haqda qərar verdi
Zəngilanın düşmənin darmadağın etdiyi daha bir kəndi... - VİDEO
Ziyafət geyimləri
İspan şəhərində çağdaş xəstəxana
Bekhemin oğlu "topçu" oldu inShare.
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Ürəyə faydası olan ərzaqlar
Azərbaycanda zəlzələ oldu
Adamları yoxa çıxaran rəssam
Kondisioner işlədən HƏR KƏS BİLMƏLİDİR - Sətəlcəm olmaq istəmirsinizsə...
Gəl, açıq danışaq
Məşhur müğənniyə hücum etdilər-FOTO
Pike tarix yazdı
Ana, məni öldürmə!
Həyatınızı asanlaşdıracaq praktik məlumatlar
Mehriban Əliyeva xalqa müraciət etdi
Əriştə şorbası (foto-resept)
COVID-19-a təkrar yoluxmanın başlıca səbəbi
Tikintiyə icazə ilə bağlı qərar
Məşhurları təqlid edən italiyalı Emanuele
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi
Məşhur brendlərin uşaq kolleksiyası
Bakıda müasir məktəb tikilir
Şahzadə ölkəni şoka saldı
Külək Bakını dağıtdı, Meriya xəbər tutmadı
RT Obamanı biabır etdi
Azərbaycana qar yağdı - FOTO
Dünyanın ən varlısı yenə o oldu
Ölüm dedikləri bir vüsal imiş
Türkiyədə azərbaycanlı aktrisaya vəzifə verildi
Şimali Koreyada daha bir qadağa
Tayson qəfəsdəki Qorilla ilə döyüşmək istədi
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
Məşhur aktyor təyyarədən qovuldu-SƏBƏB
Di Kaprio evini satır - FOTO
Tramp ABŞ-ın Çinlə biznes əlaqələrini dayandıra bilər: "Pul itirmişik..."
Yevlaxda Qurban bayramı qeyd olunur
Bu fotolar arasında 6 il fərq var
XİN: "Azərbaycan Suriya böhranının siyasi həllinə nail olunması üçün bütün maraqlı tərəflərlə birgə fəaliyyətə hazırdır"
Öz təbibin ol
Türkiyə vətəndaşı Azərbaycan Ordusuna dəstək olaraq nişan üzüyünü hədiyyə etdi - VİDEO
Komadan ayılan kimi gələcək haqqında danışdı-FOTO
"Soyuq əllər, isti ürək" davam edir - FOTO
İsgəndəriyyə Kitabxanası Nizami Gəncəvi irsinə dair kataloq hazırlayır
Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı
Tələbələrə ŞAD XƏBƏR: növbəti tədris ilində tətbiq olunacaq
Günün qoroskopu:Səbrsizlik etməyin!
HAVA necə olacaq?-28 İyul
Emin Ağalarov 3 milyonluq brend yaratdı
Türkiyədə koronavirusdan ölənlərin sayı 92-yə çatdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]