Artıq həyatımızı qışda isinmək, yayda sərinlənmək üçün istifadə etdiyimiz kondisionerlərsiz təsəvvür etmirik. Demək olar ki, hər evdə, ofisdə və avtomobillərdə kondisioner mövcuddur. Ancaq kondisionerdən doğru şəkildə istifadə etmədikdə bu, əzələ ağrıları başda olmaqla infeksion və allergik, həmçinin bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Bəs kondisionerləri sağlamlığımıza zərər verməyəcək şəkildə necə istifadə edək?
Qadin.Net lent.az-a istinadən xəbər verir ki, kondisioneri doğru və sağlamlığa zərərsiz şəkildə işlətməyin yollarını sadalayır. Doğru istifadə ilə həm bu sağlamlıq problemlərinin qarşısı alınar, həm də enerjiyə qənaət edilər.
Kondisionerin təmizliyi olduqca önəmlidir
Ən diqqət edəcəyimiz məsələ kondinsionerin təmizliyidir. Bahar və payız mövsümünün əvvəllərində kondisionerin texniki xidməti ilə mütləq məşğul olmaq önəmlidir. Kondisioner çalışdığı zaman filtrində yığılan mikrob və bakteriyalar havaya qarışaraq infeksiyaların yaranmasına, başda nəfəs yolu infeksiyası olmaqla, "Legioner" xəstəliyi və astma kimi allergik reaksiyaların artmasına səbəb olur. "Legioner" Legionella pneumophila adlı bakteriyanın səbəb olduğu xəstəlikdir. Bu bakteriya ağciyərlərə yerləşib sətəlcəmə yol aça bilər. Kondisionerlərin içindəki nəmli mühit bu bakteriyanın yaşaması və çoxalması üçün əlverişlidir. Eyni zamanda həmin filtrlərin içərisindəki toz və kirlər kondisionerin yaxşı işləməsi üçün daha çox enerji işlətməsinə səbəb olur. Bu səbəbdən kondisioner filtrlərinin müəyyən müddətdən bir təmizlənməsi və dəyişdirilməsi olduqca vacibdir. Həmçinin filtrlərin orijinal olması da önəmlidir.
Dərəcə düzgün seçilməlidir
Sərinləmək üçün kondisioneri olduqca aşağı temperaturda tutmağa çalışırıq, otağın çox soyuduğunu hiss etdikdə isə onu söndürürük. Bu, çox tez-tez edilən səhvlərdən biridir. Kondisionerlərinizi ümumi olaraq ideal otaq istiliyinə yaxın dərəcədə istifadə etməlisiniz.
Beynəlxalq standartlara görə, kondisionerin qışda 22-24, yayda 24-26 dərəcə arasında işləməsi norma sayılır. Kondisionerin parametrləri tənzimlənərkən qəflətən ən soyuq temperatura qoyulmamalı, yavaş-yavaş, müəyyən zaman intervalları ilə və bədənin temperaturuna uyğun olaraq mühit soyudulmalıdır. Texniki xidməti düzgün yerinə yetirilməyən kondisionerlər məkanın istiliyini və ya rütubətliliyini lazım olandan daha artıq və ya az təmin edir.
Nəm alma rejimini seçin
Kondisioner işləyərkən otağın havasını qurutduğu üçün sağlamlıq mütəxəssisləri həmin ortamda olan şəxslərin mayeni çox qəbul etməsini məsləhət görür. Bununla yanaşı kondisionerin gecələr istifadəsinə diqqət etmək lazımdır. Gecə aşağı temperaturda yatdığınız zaman burnunuz tutulmuş şəkildə oyanacağınız mütləqdir. Bu kimi səbəblərlə əlaqədar olaraq xüsusilə yatarkən kondisionerlərin nəm alma rejimində olması məqsədə uyğundur.
Maksimum qənaət edin
Enerji və pula qənaət etmək istəyənlərə vaxt düzənləmə xüsusiyyətinə malik kondisionerlərin istifadəsi məsləhətdir. Digər tərəfdən inkişaf edən yeni texnologiyalarla kondisionerləri cib telefonlarından da idarə etmək olar. Beləliklə siz evdə, ofisdə olmayanda kondisioneriniz lazımsız yerə işləməz.
Avtomobil kondisioneri üz iflicinə səbəb ola bilər
Avtomobil daxilində kondisioner də tənəffüs yolları xəstəliklərindən bronxit, sinusit və sətəlcəm, həmçinin göz və beyin iltihabı, badamcıq iltihabı, bəzi əzələ xəstəliklərinə yol aça bilər. Birbaşa üzə təmas edən kondisioner nadir də olsa, üz iflicinə səbəb ola bilər. Buna görə avtomobildə kondisionerdən istifadə zamanı üz və sinə bölgəsinə sərin havanın birbaşa gəlməsinin qarşısı alınmalı, kondisioner ön şüşəyə doğru yönləndirilməlidir. Həddindən artıq isti və ya nəm mühit avtomobil idarə edənlərin konsentrasiyasını və hadisələrə reaksiyasını poza bilər.
Unutmayın ki, kondisionerin məqsədi sizi deyil, olduğunuz məkanı sərinlətməkdir.
XƏBƏR LENTİ
Şakira ilə ərindən romantik fotolar
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır
Cem Yılmaz "Məndən min dənədir"deyib oxudu
Gerçək "hörümçək adam" uşağı xilas etdi
Bayramda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısı açıqlandı
Rus dili - Р•e, РЃС‘
Sezonun trend ayaqqabıları
Nazirlər Kabinetindən COVID-19-a görə toy və yaslarla bağlı TÖVSİYƏ
Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı
USB yaddaş kartı alarkən bu detallara diqqət edin
Hansı kişilər kök qadınları sevirlər?
Ebru Şallı aylar sonra ilk dəfə
Uşaqlara söz haqqı verin
Fikirlərimizi necə ifadə edək?
Repetitorlara qadağa qoyuldu
Xurmalı şəkərsiz keks (foto-resept)
10 il öncə düzəltdiyi qartopunu satışa çıxardı
Məşhur aparıcı özünü belə ifşa etdi - FOTO
Nar salatı (foto-resept)
Hava haqqında - 15.10.2013
Azərbaycanda Od çərşənbəsi qeyd olunur
"Nəvəmin mənə nənə deməsini istəmirəm" - Seda Sayan
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4273 yeni yoluxma
Los-Anceles sakinləri şokdadırlar
Saakaşvili Marneulidə yaşayan azərbaycanlıları düzgün seçim etməyə çağırıb
Alimlərdən Yer sakinlərinə qorxunc mesaj
17 dəfə dodaqlarını şişirdən qadın
Hikmətli sözlər
Bakı günə dəhşətli avtobus qəzası ilə başladı: ölən və yaralıların sayı açıqlandı
4 yaşlı “Youtube” ulduzu - FOTO
İlham Əliyev: DTİHB bütün qaydaları pozub
Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik
Azərbaycanda bulvar, park və istirahət məkanlarına giriş bağlandı
Yerlə toqquşma ehtimalı olan asteroiddə təhlükəli fenomen aşkarlanıb
Bunlara diqqət edin
HAVA necə olacaq?
“Dünyanın ən yaxşı futbolçusu özüməm”
Bakının ən böyük prospektlərdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Tez-tez çimmək ziyandır?
Məşhurların gözəllik sirləri
Leyla Əliyeva və oğlu Rusiyanın mətbəx verilişinə çəkildi - Video
Leyla Əliyeva qızını təbrik etdi - FOTO
Gəlin birlikdə gülək
Gədəbəydə sirli su: içən ölür
Boşandıqdan sonra barışan Sinan və Burcu AÇIQLAMA verdilər-FOTO
2020-nin moda həftələrini bəzəyən ayaqqabılar
İtaliya sularında faciə: 203 ölü!
Artıq çəki qadını ölümdən xilas etdi - FOTO
Goranboyda maraqlı toy karvanı-FOTO
Məşədi İbadın hambalı hansı tanınmış aktrisa ilə sevgiliymiş - ARAŞDIRMA - FOTO
- ŞƏRHLƏR