Hava istiləşən kimi hamı evlərdə, avtomobillərdə kondisionerləri işə salır. Rahatlığı daha üstün tutan insanlar kondisionerlərin sağlamlığa vurduğu zərərlər haqqında eşitmək belə istəmir, buna önəm vermirlər. Əslində isə kondisionerlər cəmiyyət üçün ikinci ölüm deməkdir.
Kondinsionerlərin tarixi o qədər də uzaq keçmişə dayanmır. Belə ki, ilk kondisioner 1902-ci ildə Carrer tərəfindən ixtira edilib. Carrerə qədər əksər elm adamları soyutma mövzusunda bir çox işlər görsələr də, buna müvəffəq ola bilməmişdilər. İlk kondisioner 30 tonluq maşınlar formasında olub. 1920-ci ildə ilk kondisioner kütlə arasında istifadə edilməyə başlanıb. Ev tipli kondisionerlər isə 1928-ci ildən satışa çıxarılıb. Və o gündən indiyədək kondisionerlər müxtəlif formalarda və tutumlarda istehsal edilərək satılır.
Hazırda tək-tük ev olar ki, orada kondisioner olmasın. Kondisionerlər sərinlik və rahatlıq verir, amma bu cihazdan düzgün istifadə edilmədiyi təqdirdə verdiyi zərər rahatlıq və sərinliyi geridə qoyur. Kondisionerlər immunitet sistemini zəiflədir, üst və alt tənəffüs yolu infeksiyaları ilə yanaşı allergik xəstəliklərə də səbəb olur.
İsti və soyuq havanın birbaşa insanla təması fikri vermədiyimiz ən önəmli problemdir. Mütəxəssislərin fikrincə, cihazdan çıxan hava divarda əks olunduqdan sonra yayılmalıdır. Bunun üçün də kondisionerləri düzgün qoşmaq lazımdır.
Kondinsioner ustası Əli Hacıyevin sözlərinə görə, kondisioner istilik və sərinlik verdiyi üçün demək olar ki, bütün evlərdə istifadə edilir. Ancaq kondisionerlərə qulluq etmək, vaxtaşırı təmizləmək heç kəsin ağlına gəlmir. "Kondisionerləri təmizləmək üçün usta olmaq lazım deyil. Kondisioner xəstəliklərinə yoluxmamaq üçün ən azı ayda bir dəfə filtrləri təmizlənməlidir. Biz çox zaman buna laqeyd yanaşdığımızdan cihazın içinə yığılan bakteriya və mikroblar birbaşa bizimlə təmasa keçir, bu da qızdırmalı xəstəliklərə, baş ağrısına səbəb ola bilər".
Ə.Hacıyev deyir ki, kondisioner usta tərəfindən evin mərkəz hissəsində, havanın hər yerə yayıla biləcəyi yerdə quraşdırımalıdır. Müsahibimizə görə, hazırda satılan kondisionerlərin tutumu müxtəlifdir, yəni, balaca otaqlara balaca tutumlu, böyüklərə böyük tutumlu kondisionerlər bağlanılır. "Kondisioner işlək vəziyyətdə olduğu halda pəncərələri açmaq olmaz. Bu zaman kondisionerin filtrləri zərər görə bilər. Eləcə də avtomobillərdə quraşdırlan kondisionerlər işlək vəziyyətdə olduğu halda pəncərələri açmaq olmaz. Bu, kondisionerin yanmasına səbəb ola bilər".
Həkim terapevt Məlahət Abbasovanın dediyinə görə, astma və allergik uşaqlar üçün kondisioner çox zərərlidir, əks halda həddindən artıq soyuq hava ağciyərlərdə zədələnmələrə səbəb olar, bu da keçməyən öskürəklərə yol aça bilər. Eyni zamanda sətəlcəm və sinuzitə meyilli uşaqlar da bu xəstəliklərə çox asanlıqla tutula bilərlər. "Kondisionerlərin içində Legionella pneumorfila mikrobu olur. Buna görə də kondisionerlərin vaxtaşırı təmizlənməsi çox önəmlidir. Kondisioner ekzemalı uşaqlarda havanı sərinlətdiyi üçün faydalı ola bilər, amma uşağı kondisionerin altında yatırmaq olmaz".
İnsan orqanizmi ani istilik dəyişikliklərindən asanca təsirlənə bilər. Soyuq mühit bədən müqavimətini salaraq, bakteriyaların aktiv hala keçməsinə gətirib çıxarar. Xüsusilə isti mühitdən ani olaraq soyuq mühitə giriş sağlamlıq baxımından çox zərərlidir. Buna görə də, kondisionerlərin istilik dərəcəsinin nizamlanması və çox aşağı istiliklərdə istifadə edilməməsi əhəmiyyətlidir.
Xüsusilə uşaqlar, yaşlılar üst və alt tənəffüs yolu ilə əlaqədar problemi olanlar (məsələn, xroniki sinüzit və bronxiti olanlar) kondisioner istifadəsinə diqqət yetirməlidirlər. Ayrıca kondisionerlərin birbaşa adamın üzünə soyuq hava vurması üzdəki sinir örtüyünə təsir edərək şiş və üz iflici meydana gətirə bilər.
Həkim bildirir ki, istənilən havada 25 C dərəcə bədən istiliyinə uyğun olduğu üçün istilik bu dərəcədən aşağı endirilməməli, kondisioner tez-tez təmizlənməli, mühitin həddindən artıq soyudulmamasına diqqət yetirilməlidir. Kondisionerin verdiyi havanın birbaşa altında qalmaq, yatmaq olmaz.
Kondisioner vərdiş edilən bir vasitə olduğu üçün insanlarda tənbəllik hissi də yaradır. Çöldə havanın temperaturu 40 C dərəcə olduğu halda içəridə havanı 20 C dərəcəyə endirmək olmaz.
XƏBƏR LENTİ
Şahzadə Harri və Meqan Markldan vida paylaşımı
Bakı gülə qərq olub (FOTO)
Vanil və badam tamlı ağ qarpız yetişdirilib
8 mart üçün fincan formalı açıqca
Ali Sunal:"Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu"
Qış üçün salat(foto resept)
"Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır"
Əlibəylidə atışma olub
Şokoladdan Hökumət evi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kraliça II Yelizavetanın 93 yaşı oldu-FOTO
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Azərbaycan alimləri dünyada ilkə imza atdılar
Cennifer Lopez Alexlə birlikdə -FOTO
Delfinlər haqqında bilmədiklərimiz
Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR
İspan dili 8-ci dərs
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Azərbaycanın mobil rabitə operatoru MNP xidmətinin tətbiqi hesabına abonent bazasının artmasını gözləyir
“Bu, əsla mümkün olmayacaq” - ÜST-ün baş katibindən QORXUNC PROQNOZ
Bu fotolara baxmağa dəyər
Şeytanla danışdığını dedi hər kəsi qorxutdu-FOTO
Ərdoğan: Sübut edə bilməsən, alçaqsan, namərdsən
Harri Şahzadə Diananın işini təkrarladı-FOTO
İstirahətdən sonra iş rejimini necə bərpa edək?
Qorxunc PROQNOZ: Fəsillər yox olur
Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı
Uşaqlarınızı yuxu rejiminə alışdırın
Mehriban xanım və Leyla Əliyeva uşaqları sevindirdi-FOTO
Google yeni şirkət aldı
Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
Çanaqqala döyüşünü dünya anır
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Həcc mərasimi ilə bağlı BƏYANAT
Meymun dahisi internetdən istifadə edir, yemək bişirir
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
Bu gün Milli Musiqi Günüdür!
Şeyx xalqa müraciət etdi
Hər şeyin çoxu ziyandır
Maska taxmayanlar üçün cərimələr iki dəfə artırılır
Emrahdan xanımına 8 milyonluq jest
HAVA necə olacaq?
İşləmək istəyənlərin nəzərinə!
Heyvansevərlər üçün maraqlı şəkilər
Torpaqların qanunsuz istifadəsinə qarşı monitorinqlər intensivləşib
Mehriban xanımdan vacib paylaşım
Bəşər Əsəd Rusiya və ABŞ-ın təklifi ilə razılaşdı
Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...
Meditasiyanı vərdişə çevirmək üçün nə etməli?