"Hər gün ən azı 3 energetik içki içirəm. Kefim olmayanda, halsız olanda, bu içkilərdən içirəm, özümə gəlirəm. Çox yaxşı təsiri var". Bu sözləri 16 yaşlı Rəhim Məmmədov deyir.
Rəhim kimi bir çox yeniyetmə son illər energetik içkilərin alüdəçisinə çevrilib. Xüsusilə isti yay günlərində bu içkilərə tələbat daha çox artır. Yorğun iş və ya dərs günündən sonra itirlən enerjini qaytarmağı vəd edən içkilərə yeniyetmələr kimi, əksər gənclər də inanır. Bəs deyildiyi kimi, həqiqətən energetik içkilər təhlükəlidirmi? Xüsusilə uşaq orqanizmində hansı fəsadları ola bilər?
"Vəziyyət faciəvi deyil"
Milli.Az xəbər verir ki, marketoloq Rafiq Hunaltay kaspi.az-a bildirib ki, əgər əvvəllər energetik içkilərdən istifadəçi yaşı 18+ idisə, indi 10 yaşa qədər düşüb: "Enerji içkiləri bazarı Azərbaycanda son illər mütəmadi olaraq artan bazardır. Yəni istifadəçiləri çoxalır. Əgər əvvəllər istifadəçi yaşı 18+ idisə, indi 10 yaşa qədər düşüb. 10 yaşında gəncin bu içkidən istifadəsi təbii ki, sevindirici hal deyil. Zərərinə gəldikdə, istənilən enerji içkisində qablaşdırma üzərində onun istifadə təlimatları olur. Çoxunda da "gündə 1 ədəd istehlak edilə bilər" tipli yazı olur. Amma vəziyyət mediada formalaşdırılan qədər faciəvi deyil. Normal olaraq qəbul edilərsə, heç bir problem törətmir".
Enerji içkiləri ilə bağlı maarifləndirməyə gəldikdə isə, marketoloq hesab edir ki, maarifləndirmə işi istehsalçının yox, xüsusən söhbət uşaqlardan gedirsə, valideynlərin üzərinə düşür: "Normadan artıq qəbul etmə və onun zərərləri barədə valideynlər məlumatlı olmalıdır. Mənə görə, istehsalçı lazımi bütün bilgiləri, müsbət və mənfi tərəflərini qeyd etməli, onu geniş kütləyə çatdırmalıdır. Amma ən əsas məsuliyyət onu gənc yaşda istehlak edənlərdə olmalıdır. Dövlət də burada administrativ metodlardan istifadə edə bilər. Bəzi yerlərdə satışı qadağan edilə və ya məhdudlaşdırıla bilər".
"İnsanımız bizim üçün çox dəyərlidir"
"Hell" enerji içkiləri Azərbaycan nümayəndəliyinin marketinq rəhbəri Müşviq İsgəndərov bizimlə söhbətində bildirdi ki, təmsil etdikləri şirkət bütün sosial media hesablarında (şərhlər, mesaj qutusu, postlar), canlı sempling zamanı və mağazalarda həmişə xəbərdarlıq edib: "Əslində dünyanın heç bir yerində bu içkilərin yeniyetmələrə ziyanları ilə bağlı rəsmi qadağa yoxdur. Amma biz uşaqların daha çox sudan və təbii maddələrdən istifadəsini nəzərə alıb, bunu məsləhət görmürük. Bütün satış təmsilçilərimizə (istənilən birini yolda saxlayaraq soruşa bilərsiniz ki, biz bu tələbi qoymuşuq, yoxsa yox) bildirmişik, yenə də burada qeyd edirəm ki, bizim üçün insanımız çox dəyərlidir".
"Ani ölümlər..."
İçkinin zərərlərinə gəldikdə isə, kardioloji uzmanı Yalçın Velibey Kaspi-yə açıqlamasında bildirib ki, son zamanlar daha çox uşaqlarda və gənclərdə bu içkilərə bağlı olaraq ciddi aritmiyalar və ani ölümlər ortaya çıxır: "Kardioloq olaraq işlədiyim kardioloji mərkəzdə enerji içkisi qəbul etdikdən sonra ciddi aritmiyaların ortaya çıxdığı və ya anidən ölən onlarca xəstə gördüm. İnsanlar bu içkiləri enerji verdiyi, oyaq tutduğu, konsentrasiyanı və atletik performansı artırdığını düşündükləri üçün içirlər. Ancaq çox təəssüf ki, bu içkiləri içən insanlar bilmədikləri təhlükələrdən xəbərsizdirlər. Bu içkiləri daha çox gənclər içsələr də, hər yaş qrupundan olan insanların bu içkilərə aludə olduğunu söyləmək mümkündür. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, çox sıx enerji içkisi içmək insanlarda daha sonra həm spirtli içkilərə, həm də marixuana və siqaretə meyilliliyi artırır. Daha bir təhlükə: son zamanlar enerji içkilərinin həm idmanla məşğul olan zaman, həm də spirtli içkilərlə birlikdə qəbul edilməsi halları da get-gedə artır. Enerji içkiləri qan təzyiqini və nəbzi yüksəldir, ürək damarlarının büzülməsinə, ürəyin qidalanmasının azalmasına, infarkta, qan laxtalanma qabiliyyətinin artmasına, əllərdə titrəməyə, yuxusuzluğa, əsəbiliyə, ürək bulanma və qusmaya, ciddi aritmiyalara və hətta ani ölümə səbəb olur. İdmanla məşğul olmazdan öncə və ya idmandan sonra enerji içkisi içən insanlarda ciddi aritmiyalar və ani ölüm halları get-gedə artmağa başlayıb. Ona görə də enerji içkiləri idman zamanı qətiyyən qəbul edilməməlidir. Hamilə qadınlar, uşaqlar, şəkərli diabet və ürək-damar xəstələri bu içkiləri qətiyyən içməməlidirlər".
Enerji içkilərinin tərkibinə gəldikdə isə, bu içkilərin tərkibində kofein, taurin, qlükoronat, quarana (tropik bitki növü), jenşen, inositol və sairə maddələr mövcuddur: "Enerji içkilərində yüksək miqdarda şəkər də mövcuddur ki, bu da kökəlmə və şəkərli diabet kimi xəstəliklərin ortaya çıxma riskini artdırır. Enerji içkiləri içiləndə insan sağlamlığı üçün ən təhlükəli maddə yüksək miqdarda kofeindir. Enerji içkilərindən çox istifadə etmək kofein zəhərlənmələrinə səbəb ola bilir. Kofein zəhərlənməsi zamanı əsəbilik, yuxusuzluq, ciddi nevroloji problemlər, ürək döyünmə, mədə bulanması, qusma, ciddi aritmiyalar və ölüm ortaya çıxır".
"Valideynlər uşaqlara nəzarəti gücləndirməlidir"
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu içkilərin qadağan olunmasının tərəfdarıdır: "Təəssüflər olsun ki, energetik içkilər çox geniş şəbəkədə yayılıb. Energetik içkilərin tərkibində tonuslandırıcı maddələr var ki, bunlar, xüsusilə də kofein insan həyatı üçün təhlükəlidir. Bu maddələrin qəbulu böyüməkdə olan orqanizm üçün risklidir. Belə ki, ürəyi həddən artıq gücə salır və ürək döyünmələrini artırır. Ürəyin ritmi artığı üçün ürək əzələsi yorulur. Bu gün ürəkdə olan müxtəlif qüsurların və bəzi ürək pozuntularının səbəblərindən biri də bu cür içkilərin həddən ziyadə istifadə olunmasıdır. 18 yaşdan aşağı olan uşaqlara energetik içkilərdən istifadə qadağan olunmalıdır. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Çünki hansısa qərar qəbul olunsa belə, içki evə daxil olursa, bundan istifadə edənlər olacaq. Necə ki spirtli içkilərlə bağlı hansısa ailədaxili qadağalar, müəyyən nəzarət sistemi var, bu şəkildə də energetik içkilərə olmalıdır. Valideynlər uşaqları bu içkilərdən çəkindirməlidirlər. Məktəblərdə bunun satışı qadağan olunmalıdır. Uşaqlar bunu başa düşmür və təhülkəni hiss etmirlər".
Qeyd edək ki, energetik içkilər ilk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlayıb.
XƏBƏR LENTİ
Rusiyalıların təxminən 28%-i...
Dünyanın ən uzun karnavalı davam edir
Çimərlik geyimində paylaşımlar etdi, həyatı dəyişdi - FOTO
Ermənilər Bakı-2015-dən nə qədər qazanacaq?
Ağ-qara illüstrasiyalar
Doğulmamış Şahzadənin adı, cinsiyyəti və doğum tarixi...
Teledərslərin yayımı müvəqqəti dayandırılacaq
“Hörümçək adam” həmkarı ilə sevgilidir - FOTO
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq
Məleykə Abbaszadə: "Kütləvi proseslər aparılır"
İlham Əliyev: “Gəncənin raket atəşinə tutulması insanlığa qarşı törədilmiş cinayətdir”
Leyla Əliyeva: "Yubileyin mübarək, ana!"
Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (2)
Xərçəng olduğunu deyib 55 min yığdı, həbs olundu - FOTO
Modal sözlər və Nida
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
HAVA necə olacaq? 9 İyun
Bu günün tarixi (21.08.2014)
Hər növ saç üçün maskalar
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
"Netflix"də yayımlanacaq ilk türk filminin tizeri - VİDEO
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başlayıb
İtaliyanın baş naziri hər kəsi qorxutdu-VİDEO
Bakı sakinlərinə şad xəbər
ÜST rəsmisi: “Vəziyyət son dərəcə kritikdir”
Obamanın qızı Harvardda oxumağa başladı
Mayk Tayson görünüşü ilə pərəstişkarlarını sevindirdi– FOTO
4 gün iş olmayacaq
Xoruldayan hamilə qadınlar Qeysəriyyə olunur
Özcan Dəniz evini çəkiliş meydanına çevirdi: Baş rolda... - FOTO
Baralgin həbləri satışdan niyə yığışdırıldı?
"РњРёСЃСЃ Р РѕСЃСЃРёСЏ-2015" modelliklə vidalaşdı
Körpə
Milli Şuradan istefalar gözlənilir
Luici Bokkerini
Balıq salatı (foto resept)
Canlıların təbii "kompasları"
14 fevral nə geyinməli?
Metroda gediş haqqını nəqliyyat kartları ilə də ödəyə biləcəksiniz
Nağıl kimi toy üçün gəlinliklər
Ebru Gündeş birdəfəlik Amerikaya köçdür-SƏBƏB
Daha top atmırlar...
Yaddaş itkisi və əlamətləri
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Albalı parfe (foto-resept)
Rəngarəng çanta modelləri
Əməliyyat olunan Səudiyyə kralı evə buraxılıb
Şəki işıqsız qalıb
Fahriye Evcen “Dünyanın ən gözəl 30 qadını” siyahısında