Energetik içkilər tərkibində olan maddələrə sayəsində insanı müəyyən müddət enerji ilə təmin edir. Hazırda bazarda müxtəlif adda energetik içkilər satılır. ANS PRESS energetik içkilər haqqında 10 faktı sizə təqdim edir.
1. 1980-ci ilin əvvəllərində Avstriya vətəndaşı Ditrix Mateşiç uzun illər sonra sənaye məqsədilə istifadə etməyə qərar verdiyi içkini icad edib və istifadəsinə başlamışdı. Hazırda isə Red Bull energetik içki bazarının 70 faizini əhatə edir.
2. Energetik içkilər əhvalın yaxşılaşmasına və əqli fəaliyyətin stimullaşmasına xeyirlidir. Hər kəs öz istəyinə uyğun energetik içki tapa bilər; onları 2 qrupa bölmək olar: tərkibində çox kofein olan(oxumağa və işləməyə daha çox meyilli olan tələbələr üçün nəzərdə tutulub), digərlərinin tərkibində isə daha çox vitamin və karbohidrat mövcuddur (asudə vaxtlarını idman zalında keçirtməyə üstünlük verən insanlar üçün nəzərdə tutulur).
3. Energetik içkilərin tərkibində vitamin və qlükoza kompleksi mövcuddur. Vitaminin üstünlükləri hamıya məlumdur. Qlükoza isə öz növbəsində, tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Bir fincan qəhvənin təsiri 1-2 saat sürdüyü halda, energetik içkinin təsiri 3-4 saat davam edir. Bundan əlavə dəmək olar ki, bütün energetik içkilər qazlaşdırılmışdır və bu da onları qəhvədən fərqləndirən daha bir xüsusiyyətdir.
4. Bu içkiləri dozayla ciddi uyğunluqda istifadə etmək lazımdı. Günə 2 şüşə maksimal dozadır. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hiporteniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.
5. Energetik içkilərin orqanizmi enerji ilə təmin etməsi fikri əsassızdır. İçki yalnız bədənin daxili ehtyatlarına yol açır, bir növ açar funksiyası daşıyır. Biz şəxsi enerji mənbəyimizdən istifadə edirik və ya sadə dillə desək, biz orqanizmdən enerji alırıq. Nəticədə, gec və ya tez biz orqanizmimizə olan borcumuzu yorğunluq, yuxusuzluq, əsəbilik və depressiya yolu ilə faizlə geri qaytarmağa məcbur oluruq.
6. Hər bir stimulyator kimi energetik içkilərin tərkibində olan kofeinlə əsəb pozğunluğuna gətirib çıxara bilər. Onun təsir gücü ortalama3-5 saat sürür,sonra isə orqanizm istirahətə ehtiyac duyur. Bundan əlavə kofein asılılıqda yaradır. Tərkibində qlükoza və kofein birləşməsi olan içkilər cavan orqanizm üçün çox ziyandı.
7. Bir çox energetik içkilərin tərkibində surətli ürək döyüntüsü və titrətməyə səbəb olan B vitamini mövcuddur. Fitnes sevenlər unutmamalıdırlar ki, kofeinin bunlardan əlavə güclü sidikqovucu təsiri mövcuddur. Fiziki aktivlik zamanı orqanizm küllü miqdarda maye itirdiyi üçün məşqlərdən sonra energetik içki içmək düzgün deyil.
8. Energetik içkilərin tərkibində, həmçinin taurin və qlyukoronlakton da mövcuddur. Habelə bu cür içkilərdə taurinin səviyyəsi qida ərzaqlarında yol verilən ümumi miqdardan bir neçə dəfə yüksəkdir, qlyukoronlaktonun miqdarı isə iki şüşədə gündəlik normanı 500dəfə üstələyir. Alimlər hətta indiyə kimi bu cür tərkib hissənin orqanizmə necə təsir göstərdiyini və kofeinlə necə qarşılıqlı əlaqəyə girdiyini dəqiq bilmirlər. Buna görə də bu cür qidalarda yüksək dozadan təhlükəsiz istifadə hələ də müəyyən edilməyib və bu məsələ hələdə araşdırılmalıdır.
9. Sağlamlığımız üçün energetik içkilərdən təhlükəsiz istifadə qaydaları:
-tövsiyə edilən gündəlik dozanı aşmaq,yəni sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz.
-hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya,ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür.
-heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz və məhz bunu daima klub müştəriləri edirlər. Kofein qanın təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir.
10. Yeri gəlmişkən, bədənimiz 3-5 saata kofeindən təmizlənir. Belə olan halda bu müddət ərzində tərkibində kofein olan digər içkilərdən(çay, kofe) istifadə tövsiyə edilmir. Əks təqdirdə ortalama doza üstələnə bilər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR