Türkiyənin baş naziri Əhməd Davudoğlunun tutduğu vəzifədən və partiya sədrliyindən istefa verməsi ötən gün bütün dünya mətbuatının əsas xəbərlərindən biri olub. ANS PRESS-in məlumatına görə, Davudoğlunun bu addımı Türkiyədə də, dünyada da birmənalı qarşılanmayıb. Bəziləri bunun heyət qərarı olduğunu, bəziləri baş nazirin şəxsi təşəbbüsü olduğunu iddia etsə də böyük əksəriyyət Davudoğlunun prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə istefa verdiyini hesab edir. Mayın 4-də prezident Ərdoğanla baş nazir Davudoğlu arasında baş tutmuş 1 saat 40 dəqiqəlik görüşdən sonra Ankara kulvarlarında baş nazirin istefa verəcəyi barədə iddialar sürətlə yayılmışdı. Ötən gün isə hakim Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəz Qərar İcra Qurulunun (MKYK) 35 dəqiqəlik iclasından sonra Davudoğlu baş nazirlikdən və AKP sədrliyindən istefa verdiyini açıqlamışdı.
Açıqlaması zamanı baş nazir prezident R.T.Ərdoğanla münasibətlərini korlamağa çalışanlara əsla izin verməyəcəyini qeyd edib. "Onun ailəsi mənim ailəm, onun qüruru mənim qürurumdur. Son nəfəsimizə qədər ona sadiq qalacam".
Əhməd Davudoğlu daha sonra istefası barədə verdiyi açıqlamada dostlarının onun üçün vəzifədən daha əhəmiyyətli olduğunu deyib.“Keçmişlərin bir sözü var: “Yoldan çox yol yoldaşı...” Mən yol yoldaşlarımın mənimlə olduqlarına inanmaq istəyirəm. Bu çərçivədə axırıncı MKYK iclasında baş verənlər partiya üsulları baxınımdan mənim üçün əhəmiyyətli olmasa da dost nöqteyi nəzərindən doğru olmadığına qənaət gətirmədiyim üçün, bütün dostlarımızla və prezidentlə keçirdiyimiz görüşdə dost dəyişdirməkdən sədr dəyişikliyinin doğru olacağı fikri hasil oldu. MKYK və digər iclasların dəyişilməsi partiya daxilində müxtəlif fikirlərə səbəb ola bilərdi. Bu səbəbdən də qurultayda namizədliyimi irəli sürməyəcəyəm. “Nəfsimi ayağımın altına alaram, bir faninin tərk edə bilməyəcəyi hesab edilən vəzifəni tərk edərəm, amma “ağ heyətin” (AKP üzvləri) üzülməsinə izn vermərəm” – demişdim. Addımı da buna görə atıram.”
Prezident Rəcəb Tayyib Ərdoğan Davudoğlunun istefasına münasibət bildirərkən bunun baş nazirin tamamilə özünə aid bir qərar olduğunu bildirib: “Xeyrli olsun. Baş nazirin şəxsi qərarıdır.”
AKP-nin əsas fiqurlarından hesab edilən Ankara bələdiyyəsinin sədri Melih Gökçekin sosial şəbəkədə paylaşdığı mesaj isə prezidentin açıqlaması ilə təzad təşkil edir. Gökçek yazdığı tvitdə, böyüklərin verdiyi qərarlar istiqamətində hərəkət etdiklərini deyib.
“Bizdə bir ənənə var. Hərəkatın lideri bir qərar verdiyi zaman bizim vəzifəmiz bunu müzakirə etmək yox, riayət etməkdir. Liderimiz sədrimizlə oturdu və bir qərar verdilər. Qərara nəyin səbəb olduğunu bilmirik. Bilmək də istəmirik. Əsas olan qarşılıqlı hörmətdir. Cənab Davudoğlunun vidası son dərəcə səviyyəli və bütünləşdirici idi. Elə bizim gücümüz də burdan gəlir. Liderə bağlı olmaq, birliyi və bütövlüyü qorumaq bizim üçün əsasdır. Cənab Davudoğluna göstərdiyi xidmətlərə görə təşəkkürümü bildirirəm. AKP-mizə seçiləcək yeni sədrimizə indidən uğurlar arzulayıram.” – deyə tvitdə qeyd edilib.
Baş verənlərə münasibət bildirən Türkiyənin anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu baş nazirə halallıq verdiyini bildirib: “Cənab Davudoğlunu müdafiə etmək də bizə düşdü.”
Qeyd edək ki, Əhməd Davudoğlu fövqəladə qurultaya qədər baş nazirlik vəzifəsinə və AKP sədrliyinin icrasına davam edəcək. Davudoğlu qurultay günü hər iki vəzifəsindən istefa edərək vəzifəsini yeni sədrə təhvil verəcək. Bundan sonra Əhməd Davudoğlu AKP-nin Konya vilayətindən millət vəkili kimi işinə davam edəcək. AKP-nin fövqəladə qurultayı bu il mayın 22-də keçiriləcək.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Görünməyən güzgülər
Bakının bu çimərlikləri təhlükəlidir!
Azərbaycanlı ana və oğlu dünyada necə məşhurlaşdı? - VİDEOREPORTAJ
Müdirlərə katibə rəsmən qadağan olundu
Nədir milli ruh?
Növbəti buraxılış imtahanları keçirilir
Murat Boz böyük qalmaqala son qoydu
Xaricdən idxal olunan toyuq budlarına xüsusi maddə vurulur?
Evdə hazırlanan konservlər “ölüm” gətirməsin
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (3)
Yeni imperatorun ilk əmri sizi də çox çaşdıracaq
Birinci xanıma orden verildi
Uşaqlarda öskürək və qrip infeksiyaları yayılıb
Azərin məşhur türk serialında Qarabağ üçün oxudu -
Bölgələrdə Ulu Öndərin xatirəsi anılır
Füzulinin oğlunun əsərləri tapıldı
Günün ulduz falı
İnteryerdə incəlik
UNICEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Sadəliyi ilə seçilən MİLYONER qız-FOTO
"Skype" Rusiyada qadağan edilir
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Beyonce olduğunu iddia edən qadın həbs olundu-FOTO
Gürcüstan Azərbaycana başsağlığı verdi
Pizza qülləsi niyə əyilib?
Neftin ucuzlaşması sürətlənib
64 il sonra açılan SENSASİYALI SİRR: 88 yaşında törətdiyi dəhşəti ETİRAF ETDİ
Rəngarəng ziyafət donları
Bakıda evinə "kupça" almaq istəyənlərə ŞAD XƏBƏR
İlham Əliyev qanun imzaladı
Smartfonlar insanı koronavirusa yoluxdura bilərmi?
Məşhur ssenarist və şair Boris Pasternak intihar edib
Uşaq çarpayıları
2020-nin ən məşhur çantaları
Bisküvit (foto-resept)
Builki Novruz təqvimi bir də 2035-ci ildə təkrarlanacaq
Eyni vaxtda 2874 cütlük nikah bağladı
"Koronavirus hələ 10 il həyatımızda olacaq"
COVID-19-a yoluxmaqdan şübhələnən zaman nə etməli?
Əgər əlillər işləmək istəsələr...
Günün qoroskopu: layiq olmayan insanlara inanmayın
37 saata Marsa çatmaq mümkün olacaq - YENİ KƏŞF
İşə görə evdən çıxanlarla bağlı - AÇIQLAMA
NASA-nın astronavtları kosmosdan qayıtdılar - VİDEO
Qadın.Net-dən öyrəndiklərim
Sevgi də həyat qədər qəribədir
Sosisli piroq (foto resept)
Günün ulduz falı
Uzun və sağlam saçlar üçün
Günəş yanığının müalicəsi














