Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər Ramazan ayında 30 gün ərzində oruc tutur.
Son illərdə Ramazan ayı şimal yarımkürəsində günün işıqlı vaxtının uzandığı və havaların daha isti keçdiyi yay aylarına təsadüf edib.
Nəticədə, misal üçün Norveç kimi ölkələrdə oruc tutan insanlar hər gün 20 saatadək yemək qəbul etməməli olacaq.
Bu, insan səhhətinə necə təsir göstərə bilər? İnsan 30 gün ərzində oruc olanda bədənində hansı dəyişiklik baş verir?
Qadin.Net bildirir ki, teleqraf BBC-yə istinadən xəbər verir ki, orucluq zamanı sizin bədəniniz enerji yaratmaq üçün ilk növbədə ciyərdə toplanan qandakı şəkəri yandırır.
Real olaraq sizin bədəniniz "orucluq vəziyyətinə" son yemək qəbul etməyinizin üstündən 8 saat keçənə qədər düşmür.
Bu vaxta yaxın müddət ərzində bağırsaqlarınızda qidalı maddələrin sorulması prosesi başa çatır.
Bundan sonra orqanizmimiz ciyərimizdəki və əzələlərimizdəki qlükoza ehtiyatlarını sərf etməyə başlayır.
Qlükoza ehtiyatları tükəndikdən sonra piy orqanizm üçün növbəti enerji mənbəyinə çevrilir.
Orucluğun ilk günləri, bədən aclığa öyrəşənədək, daha ağır keçir.
Bədəndə piyin yandırılması prosesi çəkinin azalmasına gətirib çıxarır, xolesterolun səviyyəsi və diabet riski azalır.
Lakin qanda şəkərin səviyyəsinin azalması zəifliyə və letargiyaya səbəb olur.
Sizdə başağrısı, başgicəllənməsi, öyümə yarana bilər, ağızdan pis iy gələ bilər.
Bu zaman sizin aclıq səviyəniz ən yüksək dərəcəyə qalxır.
Susuzluqla ehtiyatlı olun - 3-7-ci günlər
Sizin bədəniniz orucluğa öyrəşəndə, piy dağılmağa başlayaraq qandakı şəkərə dönür.
Günün orucluq çəkilən hissələri arasında fasilələrdə maye qəbulunu bərpa etmək lazımdır, əks halda tərləmə nəticəsində suyun itirilməsi suszlaşmaya (dehidratasiyaya) gətirib çıxara bilər.
Orucluq dövründə, xüsusilə, yay aylarında su içmək olduqca vacibdir.
Sizin yeməyinizn tərkibində karbohidratlar və piy kimi müvafiq miqdarda "enerjili qida" olmalıdır.
Pəhrizin zülallar, duzlar və su kimi maddələrlə balanslaşdırılması da vacibdir.
Öyrəşmə dövrü - 8-15-ci günlər
Üçüncü mərhələdə, bədəniniz orucluğa tam öyrəşərkən, siz əhval-ruhiyyənizin yaxşılaşmasını hiss etməlisiniz.
Kembricdə Addenbrooke's xəstəxanasının Anesteziya və İntensiv Müalicə şöbəsinin məsləhətçisi doktor Razeen Mahroof deyir ki, bu mərhələdə digər müsbət cəhətlər də özünü göstərir.
Həddən artıq kaloriyalı yemək bədənin özünübərpa funksiyasını və infeksiyalara tab gətirmək qabiliyyətini zəiflədə bilər.
"Gündəlik həyatda biz çox vaxt həddən artıq kaloriyalı yemək yeyirik, bu isə bədənə digər, misal üçün, özünübərpa funksiyasını normal yerinə yetirməyə imkan vermir".
"Beləliklə, orucluq orqanizmin özünübərpasını asanlaşdlıra və infeksiyalarla mübarizə qabiliyyətini gücləndirə bilər."
Bərpa - 16-30-cu günlər
Orucluğun ikinci yarısında bədəniniz aclığa tamamilə öyrəçir.
Sizin bağırsağınız, ciyəriniz, böyrəkləriniz və dəriniz bərpa dövründən keçir.
Doktor Razeen Mahroof qeyd edir ki, uzunmüddətli orucluq arığlamağa kömək etmir.
"Orqanların funksiyası bu mərhələdə maksimum dərəcədə fəaliyyət rejiminə qayıdır. Sizin yaddaşınız və diqqətinizn yaxşılaşa bilər, özünüzü daha enerjili hissə edə bilərsiz", - doktor Mahroof deyir.
"Bu mərhələdə sizin bədəniniz enerji üçün zülal işlətməməlidir. Bu vəziyyət davamlı orucluq müddətindən sonra yaranır."
"Orucluq yalnız sübhdən hava qaralanadək davam etdiyindən özümüzə enerjili yemək-içməklə dəstək vermək imkanımız olur".
Beləliklə, orucluq sağlamlığımız üçün xeyirlidirmi?
Doktor Mahroof bu suala müsbət cavab verir, lakin bu müsbətliyin şərti var.
"Orucluğun bədənimizə xeyir verir, çünki nəyi və nə zaman yediyimizə köklənirik. Lakin 1 ay ərzində davam edən orucluq xeyirdisə, bundan daha uzun müddət ərzində aclıq çəkmək məsləhət görülmür."
Ramazan ayı dövründə açlıq yalnız hava qaralanadək çəkilir, odur ki, orqanizmi qidalandırmaq və enerji almaq üçün əzələləri xərcləməmək imkanı qalır.
"Uzunmüddətli orucluq arıqlamağa kömək etmir, çünki bu zaman bədəniniz artıq piyi enerjiyə çevirmək mərhələsini bitirib, enerji əldə etmək üçün əzələləri yandırmağa başlayır. Bu yaxşı hal deyil, çünki bədəninizin "aclıqçəkmə vəziyyətinə" düşdüyündən xəbər verir".
Həkim məsləhət görürür ki, Ramazan ayı xaricində aclıq epizodik olaraq çəkilsin və ya 5:2 nisbətində pəhriz saxlanılsın (həftənin 2 günü - aclıq, qalan günləri isə normal rejim).
Onun fikrincə, bu, uzunmüddətli aclıqçəkmə rejimindən daha sağlam alternativdir.
XƏBƏR LENTİ
Dua Lipanın mahnısı Aleyna Tilkinin mahnısına bənzədildi-VİDEO
Şeyma Subaşı Yenidən Ana olmaq istəyir
İstehkamçılar Qarabağda tapılan partlayıcıları zərərsizləşdirir - VİDEO
Həkimlərə müjdə - maaşları artırıldı!
Van Qoqun 5 tablosunun tarixi
Qəhvə içərkən iki dəfə düşünün
Saç telindən hörümçək ipəyinə
Azərbaycanda 5G texnologiyası tətbiq olunmur - RƏSMİ
Qarabağ həsrəti
Yeni ili sağlam qarşılayın
Səhərlər idman etməyin faydaları
Tuba Büyüküstün rejissorla eşq yaşayır?
Günün ulduz falı
Yağış yağacaq, külək əsəcək...
Azərbaycanda ərzağa hər ay nə qədər xərclənir?
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Azərbaycanda radiasiyalı ərazilərin SİYAHISI
Payız fəsli üçün geyimlər
Nərgiz Paşayeva mükafata layiq görüldü
Nobelin son sahibindən maraqlı əhvalatlar
Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)
Gəlin-qayınana problemlərinin səbəbləri
Xəzər dənizində zəlzələ oldu
Ümidsizlik
Xanımlarımız portuqaliyalı həmkarlarını qabaqlayıblar
“Survivor”dakı o villanın sahibi məlum oldu - VİDEO
Günün qoroskopu:Bədxərclik etməyin!
Bu müəllimlərin əməkhaqqı artırıldı
İslamiadanın açılış günü stadiona belə gedə bilərsiniz
Mehriban Əliyevadan Bəhram Bağırzadə ilə bağlı paylaşım - FOTO
Engin Altana hücüm etdilər
Viktoriya Bekhemdən xəyanət açıqlaması
Marsda itmiş kosmik cihaz
Çinli cərrah meyvələri əməliyyat etdi - VİDEO
"WhatsApp"dan göndərilən bütün mesajlarınız şifrələnir
Osmanlı imperiyasının qəribə adətləri
AİB-in Rəhbərlər Şurası 2015-ci ildə Bakıda keçiriləcək
Kələm turşusu (foto resept)
"Qarabağ" azarkeşlərinə çox pis xəbər
HAVA necə olacaq?-16 Sentyabr
Sevginin qarşılığında qazandıqlarımız
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 149 yeni yoluxma - RƏSMİ
Sürücülər üçün unikal yenilik
Emreye fırça uzadan şəxs AÇIQLAMA VERDİ
Acı badam zəhərlimidir?
Cütlüklərin əl-ələ tutma formasına görə münasibət dəyərləndirməsi
Azərbaycana tələbə köçürmək istəyən xarici ölkə universitetlərinin reytinqi necə olmalıdır?
Hava haqqında - 06.09.2013
Ayaq dırnağı necə kəsilir?














