Əməliyyat (Çömçə qulaq)
Çömçə qulaq deformitasiyası əsasən genetik səbəblərlə ortaya çıxır. Nadir hallarda valideyinlər uşaqlarda qulaqların əyilməsi və bu şəkildə üzərində yatdıqlarına görə yarandığını düşünürlər, amma əsasən onlarda da genetik faktor əsasdır.
Xüsusən məktəb və yetkinlik dövründə bu hal çox ciddi problemlərə yol açır. Yaranan psixoloji travma məktəbdə qazanılacaq nailiyyəti, fərdin sosyallaşmasına mənfi təsir edir. Bu çətinliklərin qarşısını almağın ən düzgün yolu bir an əvvəl problemi ortadan qaldırmaqdan keçir.
Əməliyyat necə edilir?
Otoplastika əməliyyatı lokal anesteziya altında aparılır. Bunun tək istisnası yaşı kiçik olan xəstələr və lokal anesteziyanın üstəsindən gələ bilməyəcə
yini düşünən xəstələrdir. Bu iki istisna xaricində lokal anesteziya ilə rahatlıqla edilə bilər. Əməliyyat zamanı lokal anesteziya qulaq arxasından tətbiq olunur.
Otoplastika əməliyyatı 1 saat çəkir. Əməliyyat əsnasında kəsik qulaq arxasından tətbiq edilir. Qığırdaqlar görərək formalaşdırılır və keyfiyyətli sütur materialları ilə istənilən estetik aspektdən düzgün mövqedə saxlanılması təmin edilir.Otoplastika əməliyyatı əsnasında tətbiq edilən müxtəlif üsullar sayəsində qulaq qıvrımları mükəmməllik ölçüsündə təbii formaya malik olur. Qulaq arxasındakı kəsik öz-özünə əriyən sütur materialları ilə estetik gizli tikiş formasında örtülür. Buna görə də əməliyyatdan sonra tikişin sökülməsi lazım deyil.
Otoplastika əməliyyatı riskli əməliyyatdırmı?
Qulaq estetik əməliyyatlarında risk dərəcəsi çox çox aşağıdır. Ancaq hər bir əməliyyat da olduğu kimi otoplastika əməliyyatlarından sonra da potensial risk faktorları vardır. İnfeksiya, qanaxma və hematom ilk ağla gələn potensial risklərdir. Bu vaxta qədər bu çətinliklərlə üzləşməmiş olunsa da prinsip olaraq əməliyyatın riskləri barədə də xəstələrə danışılmalıdır.
Əməliyyat nə qədər qalıcıdır və pozulma riski varmı?
Otoplastika əməliyyatı olduqca etibarlı bir əməliyyatdır. Ancaq ümumi məlumatlandırma baxımından nüks, ya da pozğunluq vəziyyətini aydınlaşdırmaq lazımdır. 2 mm və ya 3 mm kimi kiçik açılmalar %1-2 nisbətində ola bilər. Bəzi xəstədə bir problem belə təşkil etməyəndə nadir hallarda yaranan bu vəziyyət üçün kiçik bir reviziya planlaşdırılır.
Çömçə qulaq əməliyyatının nə vaxt keçirilməsi məqsədəuyğundur?
Çömçə qulaq inkişafı olduqca tez bir şəkildə 6 yaşında tamamlanır. Ona görə bu əməliyyat 6 yaşından etibarən hər hansı bir yaşda edilə bilər. Məktəbəqədər dövrdə əməliyyatın keçirilməsi xüsusilə xəstənin psixoloji baxımdan ala biləcəyi mümkün travmanın əngəllənməsi şəklində çox faydası vardır. Bəzən xəstələr səhv şəkildə “6 yaşında əməliyyat olunmadım, daha da ola bilmərəm” şəklində səhv bir fikrə düşürlər. Bizim məsləhətimiz və təbii ki
, ən doğrusu məktəbəqədər periodda bu əməliyyatın aparılmasıdır. Ancaq hər yaşda bu əməliyyat oluna bilər.
Çömçə qulaq əməliyyatı (Otoplastika) sonrası ağrı olurmu?
Otoplastika əməliyyatı sonrasında ağrı ya da minimum sızıltı ehtimalı əməliyyatda keçiriləcək cərrahi müdaxilələrə görə dəyişməklə birlikdə heç ağrı olmayacağı kimi, sadəcə, ilk gün yüngül ağrı şəklində ola bilər. Normal olaraq otoplastika əməliyyatı sonrasında xəstələrimizə antibiotik və ağrı kəsici yazılır, bu da xəstələrin əməliyyatdan sonra rahatlıqlarını nəzərə çarpacaq dərəcədə artırır.
Çömçə qulaq əməliyyatından sonra iz qalır, yoxsa?
Saç lentini çıxarıb ilk sarğı edildikdə qulaqlarınızı şişli və qızarıqlı görəcəksiniz. Bu sizi əsla qorxutmasın. Şişlər orta hesabla 5-7 gün içərisində keçəcəkdir. Qızartı isə cəmiyyət içərisində diqqət belə çəkməyəcək. Siz əməliyyat olduğunuzu bildiyiniz üçün bu qızartı diqqətinizdə olacaq.
Qulaq arxasında heç bir iz qalmaz.Həm kəsiyi qulaq arxasında edərək gizlədilmiş olur həm də estetik gizli tikişlərlə tikilərək bu mümkün problemin qarşısını almış oluruq.
Fuad Nəzərov
XƏBƏR LENTİ
Sizlər üçün ən faydalı qidalar
Xaricdə iş elanları nə qədər etibarlıdır?
İdmançımız ermənini nokauta salıb Avropa çempionu oldu
Mükəmməl qaşlar
Turşu suyunun faydaları
Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirildi - RƏSMİ
Ramil ermənilərə od qoyub
Səmənilərim
Sadə və gözəl paltarlar.
Hadisə FOTOsu haqqında Açıqlama verdi
Bu çay cənnətə aparır
Azərbaycanlı alim koronavirusun dərmanını tapıb - VİDEO
Dəhşətli nəticə - Beyinə də sıçraya bilər
Asteroidə o qızın adını verdilər
Müğənni Yonca evini satışa qoydu
Qadın.Netlilərin mənfi və müsbət cəhətləri (IV hissə)
Azərbaycanda mülayim hava şəraiti nə vaxta qədər davam edəcək?
Məşhur aktyor boşandı
Nikahı möhkəmləndirən məqamlar
Onlar tənhadırlar...
Bakıda şimal küləyi əsəcək
Bank necə gəlir əldə edir? - AÇIQLAMA
Bu mahnılar işgəncə verir
Zövqlü ziyafət donları
Naxışlı cins pençəklər
"Krep" - axıtma (foto resept)
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
General-mayor Ramil Əsgərov vəzifəsindən azad edildi
Yanğında ölənlər sakinlər tərəfindən belə anıldı
Məşhur müğənni Azərbaycanda klip çəkdirir
İnsanları fərqli üsulla tapacaqlar
Dəbli toy donları
Küləkə (foto resept)
“Çukur”da yeni aktyor-FOTO
“Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur
12-13 yaşlarında qızı olan valideynlərə
Bakı metrosu "rekord" vurdu!
HAVA necə olacaq?
OGLAN YA QIZ
Bir meyvədə min dərdin dəvası
Bakıda güclü partlayış
TQDK vaxtı artırdı
Kənd toyuğu bahalaşdı
Azərbaycanda pensiyalar artırılacaq
Sağlam saçlar
Övlad sahibi olmaq istəyənlər
Güzgü,güzgü göstər görüm makiyajımı...
Bakının gözəllik salonlarında gəzən ölüm
Könüllü döyüşə getmək istəyənlərin sayı 55 mini keçdi
Düyü şorbası (foto resept)
- ŞƏRHLƏR