"Roborace" elektromobillərinin avtonom yürüş seriyasının təşkilatçıları iddia edirlər ki, dünyada ilk dəfə olaraq avtomatik avtomobillər arasında uğurlu yürüşü keçirə bilərlər. Sınaq məqsədilə İspaniyada Monteblanko trasında bu həftə keçirilən yürüşdə 3 robomobil iştirak edib.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, elektromobil üçün bünövrə qismində sürücü üçün oturacaqlı "LMP1" kateqoriyalı "Ginetta" şassisi istifadə edilib. Lakin avtomobilin idarə olunma prosesinə tamamilə "DevBot 2.0" proqramı vasitəsilə nəzarət edilib. Təşkilatçılar baş tutan yürüşün nümayişini gələn həftəyə planlaşdırırlar. Lakin yürüşlərin keçirilməsi faktını "Roborace" seriyasının rəhbəri Lukas di Qrassi təsdiqləyib.
"Roborace" ideyası yeni deyil. Məhz bu yürüşlərin Formula E seriyasını dəstəkləyəcəyi barədə hələ 2015-ci ildə elan edilmişdi. Həm də seriyanın yaradıcısı Rusiya mənşəli "Kinetik" vençur fondudur. Fonda "Yota Group"un sabiq baş direktoru və Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin keçmiş müavini Denis Sverdlov rəhbərlik edir.
Lakin əvvəlki planlar həddindən artıq optimist olub. "Roborace" yarışlarını Formula E-nin məhz birinci mövsümündə keçirmək alınmadı, avtomatik maşınların son hazırlıq işləri bir neçə il çəkdi. 2017-ci ildə Argentinada Formula E uik-endi çərçivəsində yürüşlərin nümayişi avtomobillərdən birinin divara çırpılması ilə başa çatdı.
Bununla yanaşı, son vaxtlar bu mənada xeyli irəliləyiş əldə edilib. Avtomatik yürüş maşınları hətta Qudvudda ötənilki festivalda da iştirak edib. İndi bu sahədə yeni addım atılıb və artıq bu il İtaliyada, Böyük Britaniyada, Macarıstanda və ABŞ-da sınaq yürüşləri planlaşdırılıb. Buna baxmayaraq, cari plana uyğun olaraq, 2021-ci ildə "Roborace" Formula E-yə dəstək yarışları qismində keçiriləcək
Avtomatik maşınların yürüşünün keçirilməsi avtomobil idmanının gələcəyi ilə bağlı çoxlu suallar ortaya qoyur. Çünki nəticədə robot insandan sürətli ola bilər. Lakin Lukas di Qrassi bu yarışların insanların iştirakı ilə keçirilən yarışlara ümumiyyətlə hər hansı təsiri olacağı qənaətində deyil. "İnsanlar arasında yürüşlər heç vaxt sona yetə bilməz. "Deep Blue" Harri Kasparova qalib gəldikdən sonra insanlar şahmat oynamağı dayandırmadılar. İnsanlar daim bir-biriləri ilə yarışacaqlar. Biz isə yalnız texnologiyanı inkişaf etdiririk", - deyə o bildirib.
XƏBƏR LENTİ
Hollivudun ən yaşlı aktrisası vəfat etdi
45 dəqiqədə aşiq edə bilərsiniz! (suallar)
Bu qəsəbələr içməli suya həsrət qalacaq
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
Bu xəstəliklərin səbəbi telefondur
Adi bilet sahibi təyyarədə yeganə sərnişin olub
Tənbəlliyi aradan qaldıraq (4-cü hissə)
Şeymadan yeni FOTO
İnstaqram Madonnaya qadağa qoydu
20 dəqiqəyə arıqla
Mürəbbələrin faydaları
Çətin xarakterli insanlarla yola getməyin yolları
Azərbaycanda zəlzələ oldu
Qəribə və nadir heyvanlar (2)
Yaşlı görünməyinizə səbəb olan makiyaj xətaları
"Mir bir gecə"nin aktrisası Bakıya gəlib
Prezident taksi sürdü - VİDEO
Bu üçlükdən biri Azərbaycanı "Eurovison"da təmsil edəcək!
Sitrusların nəhəngi - pomelo
Yadda qalan günlər
Enerjininn şəxsi generatoru
Həqiqət
“WhatsApp”da təhlükə yaranıb
Dilbər guşəmiz Şəki şəhəri
Rusiyada dəvəquşular zibil qabında yaşayır?
Kosmos tarixində rekord: ən yaşlı qadın astronavt kosmosa uçub
Meqan Marklın böyük ayaqqabı geyinməsinin səbəbi-FOTO
Hava necə olacaq?
Şans peçenyesi
Dilan Çiçeyin arıqlamasının səbəbi bəlli oldu-FOTO
Saçlardakı saçqıranların səbəbi və çarəsi
"Yadplanetlilər" peyda oldu - NASA aydınlıq gətirdi
İtlər haqqında bilmədiklərimiz (I hissə)
Maykl Duqlasın ulduzu "Şöhrət xiyabanı"a qoyuldu-FOTO
Dağlıq Qarabağ münaqişəsi - 2: Alov qalxacaq
Çoxuşaqlılığa görə müqavimət alan analar
Bakının bu hissəsində qaz olmayacaq
Avtomobillər üçün uşaq oturacağının əhəmiyyəti
Koronavirus niyə bu qədər sürətlə yayıldı? - ARAŞDIRMA
Vərdişləri olan cütlüklər daha xoşbəxtdir
Can sıxan çatlaqlara son
MRT haqqında bilmədiklərimiz
Gözəl xanımlar üçün...
Səhvsiz makiyaj
Yay üçün donlar
Qeysəriyyə ilə bağlı bunu mütləq bilməlisiniz!
Qatillərin ən çox hansı bürcdən çıxdığı açıqlandı (2)
Nadir hallarda görə biləcəyiniz şəkillər
"Azəriqaz"dan qarlı hava şəraiti ilə bağlı açıqlama
Aişvariya Rainin 31 yaşlı Oğlu Peyda Oldu-VİDEO/FOTO














