[center]
[/center]Stokholmun "Globe" arenasında "Eurovision-2016" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış ediblər.
Çıxışlardan sonra keçirilmiş 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Latviya, Gürcüstan, Bolqarıstan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçikadır.
Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.
Finala vəsiqə qazanmış təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.
Xatırladaq ki, Azərbaycanı "Eurovision-2016" mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi "Eurovision" finalının birinci hissəsində çıxış edəcək.
Müsabiqənin mayın 10-da keçirilmiş birinci yarımfinalında 10 ölkə finala vəsiqə qazanıb. Bunlar Azərbaycan, Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr və Maltadır.
Qeyd edək ki, qaydala əsasən, finalda 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və "böyük beşlik" ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
61-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Mehmet Ali Erbil aylar sonra İLK DƏFƏ
Rusiyalı məşhur müğənninin konsertində pərəstişkarı öldü
Övlad qatili
Mirvari, gözdə axan şəlalə
TƏBİB sədri koronavirusun müəyyənləşdirilməsinin gecikdirilməsindən danışdı
Hər il 300 ton qızıl zibilliyə atılır
Azərbaycanlılar ən çox nə yeyir? - SİYAHI
Qüsurları ilə mükəmməl görünən modellər
Yaralıyam, dəymə…
Armudlu şirniyyat (foto-resept)
Novruz bayramının konseptual-fəlsəfi əsasları
Moskvada Malıy Teatrın səhnəsində “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub
İçlikli badimcan (foto resept)
13 il əvvəl doğulmalı idi - bu il dünyaya göz açdı
Dünyanın ən bahalı dikdabanın qiyməti bəlli oldu-FOTO
Arzularımızı öldürməyin 3 əlaməti
Mehriban xanım və qızları Psixonevroloji Mərkəzdə - FOTO
Şahzadənin şəxsi cangüdəni həbs edildi-ŞOK SƏBƏB
Pazllar ("Sehrbazlar məktəbi: Vinks")
Bakıda piyadalar da yol qəzası törədirlər
Yalan xəbər yayan saytların adları açıqlanacaq
Sabah qaz olmayacaq
Dörd gün qaldı...
ABŞ senatoru prezident İlham Əliyevi təbrik edib
Bu ay qarpız-yemiş yemək zərərlidir? - Nazirlikdən AÇIQLAMA
Orfoqrafiya qaydalarına edilən bütün dəyişikliklər açıqlandı - TAM SİYAHI
65 saat sonra dağıntılar altından çıxarılan Elifin anası ilə görüşü - VİDEO
Nəmləndirici istifadəsi zamanı yol verilən 2 xəta
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
XİN: Ukraynadakı Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsi nəzarət altındadır
Sürücülərə xəbərdarlıq
Divar kağızlarında yenilik
Əməkdar artistin yeni imici-VİDEO/FOTO
Kıvanç Tatlıtuğ Balidə dincəlir - FOTO
10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO
Günün qoroskopu: sözlərinizdə sərt, aqressiv olmayın
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)
Oğul və atanın əl işləri
Telefonunuzu kimin dinlədiyini bilmək istəyirsinizsə, BU MƏXFİ KODU YIДћIN
27 il Laçınsız...
İspaniyada bir ilk: ancaq qadınlara xidmət edən otel
Kəndi azad olunan Qubadlı sakinin şirinlik payı - FOTO
Mövsümün ilk "El Klassiko"sunu qaçırmayın: "Real" "Barselona"nın qonağıdır
Bakı Olimpiya Stadionunda toy
Çin qəbiləsinin qadınları-FOTO
BÜRCLƏR bizə nə vəd edir? -10 İyun
"Kupça"sız evi necə qeydiyyata aldırmalı?
Mehriban Əliyevadan Milli Musiqi Günü münasibətilə paylaşım
Evinizi yeniləyin
Bu ölkədə hər gün 2 min qız öldürülür















- ŞƏRHLƏR