Söhbət ondan gedir ki, Avropa Birliyi (AB) işğalçı Ermənistana müxtəlif sferaları əhatə edən islahatların davam etdirilməsi üçün 77,5 mln. dollar ayrılması barədə qərar qəbul edib. Bununla bağlı dünən baş nazir Ovik Abramyan və AB-nin Ermənistandakı missiyasının rəhbəri Trayan Xristeanın iştirakı ilə tədbir də düzənlənib.
Dünənə qədər Avropa Birliyinə alternativ kimi yaradılan Avrasiya İqtisadi Birliyini prioritet elan edən düşmən ölkənin baş naziri indi utanmadan bəyan edib ki, Avropa Birliyi Ermənistanın başlıca tərəfdaşlarından biridir. Bəlkə Avropa Birliyi Avrasiya İqtisadi Birliyi "müttəfiq" olublar bizim xəbərimiz yoxdu. Və bu qərarın heç mürəkkəbi qurumamış forpost bir ölkəyə bu qədər maliyyə yardımı ayrılması barədə qərar qəbul edir. Axı düşmən ölkə Qərblə əməkdaşlıqdan birdəfəlik imtina edib. Qərb isə sanki bunu görməyibmiş kimi, yenidən bu ölkə ilə əməkdaşlığa can atır. Bəlkə Qərb ümid edir ki, bununla Ermənistanı Rusiyanın himayəsindən uzaqlaşdıra biləcək. Ermənistanı bu məsələdə qınamaq fikrində deyilik. Onsuz da bu dövlət ələbaxan olmağa öyrəşib və kim pul verirsə, onun qulu olmağa hazırdır. Bir dövlət kimi pul verirlərsə, ondan yararlanmaq onun hüququdur. Burada söhbət Qərbin tutduğu mövqedən gedir. Yəni, Ermənistan sənin üçün bu qədər matağ oldu? Axı iqtisadiyyatı ağır bir durumda olan, əhalisinin böyük bir qismi ölkədən qaçan bu subyekt səninlə əməkdaşlıqdan birdəfəlik imtina etdi. AB-nin “Şərq tərəfdaşlığı” proqramına rədd cavabı verdi. Bu onu göstərir ki, Qərb ikili standartlar siyasətindən, erməni lobbisinin təsirindən heç cürə yaxa qurtara bilməyəcək. Bir məsələni də qeyd edək ki, heç qurumun özündə də bir ikitirəlik hökm sürür.
Belə ki, Avropa Parlamentinin xarici əlaqələr komissiyasının sədri Elmar Brokun bu yaxınlarda söylədiyi fikirlər yada düşür. AB rəsmisi demişdi ki, “Ermənistan eyni anda Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqının üzvü olub, həm də Avropa Birliyi ilə assosiasiya sazişi imzalaya bilməz. Yarımçıq hamiləlik mümkün deyil”. E. Brok bu qərardan təəssüfləndiyini və məsələni Ermənistan prezidenti ilə daha əvvəl müzakirə etdiyini söyləyib: “Biz Azərbaycan və Dağlıq Qarabağla bağlı situasiya ilə əlaqədar Ermənistana Rusiya tərəfindən çox ciddi təzyiqlər edildiyini bilirik. Bu faktordan kiçik Ermənistan dövlətinə qarşı şantaj kimi istifadə olundu. Mən çox təəssüf edirəm ki, bu və digər səbəblər üzündən həm Gömrük İttifaqında, həm də Avropa Birliyinin azad ticarət zonasında eyni anda tam hüquqlu iştirak mümkün olmayacaq”.
E.Brok bəyan edib ki, AB-Ermənistan münasibətləri bundan sonra Avropaya inteqrasiya perspektivindən məhrum olacaq. O, Avropanın lazımi məqamda Ermənistana dəstək verməməsi səbəbiylə bu ölkənin belə bir addımı atmaq məcburiyyətində qalması haqda fikirlərlə razılaşmayıb: “Hesab edirəm ki, belə fikirlər daxili auditoriyaya hesablanmış “piar”dır. Biz assosiasiya sazişi barədə danışıqlara və Vilnüsdə bu istiqamətdə irəliləyişi qeydə almağa hazır idik. Ermənistanın bu addımının səbəbi Rusiyanın təzyiqidir”. Bəli, AB rəsmisinin bu sözləri hara, qəbul edilən qərar hara.
Yeri gəlmişkən, AB-nin qanunverici qurumu hesab edilən Avropa Parlamenti bu günədək qəbul etdiyi çoxsaylı qətnamələrdə (misal üçün, 2010-cu ildə Cənubi Qafqaz bölgəsi ilə bağlı, 2012-ci ildə Azərbaycan və Ermənistanla aparılan assosiasiya sazişi üzrə danışıqlarla bağlı) Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bəyan edərək işğalçı qüvvələrin Dağlıq Qarabağ bölgəsi daxil olmaqla bütün işğal olunmuş ərazilərdən dərhal çıxmasını tələb edib. Bəs necə olur ki, belə bir qərarlar ola-ola işğalçı dövlətə milyonlar yağdırır? Ermənistanın 20 ildən artıqdır ki, işğalçılıq siyasətindən əl çəkmir və bir milyondan artıq soydaşımızı öz doğma ocaqlarından didərgin salıb. Eləcə də, hər gün atəşkəs rejimini pozması, hərbçiləri, günahsız insanları və uşaqları qətlə yetirməsi dünya ictimaiyyətinin gözləri qarşısında baş verir. Çox təəssüf ki, beynəlxalq birlik Ermənistanın təcavüzkar siyasətinə hələ də göz yumur, işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoymaqda davam edir.
Mənbə: Kaspi.Az
XƏBƏR LENTİ
Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıldı - RƏSMİ
Acun Ilıcalı çətin vəziyyətdə qaldı: "Bunu ona necə deyəcəm?"
42 dərəcə isti olacaq - HAVA PROQNOZU
Amerikanın ən böyük bankı minlərlə işçisini qovdu
Turistlər üçün ən ideal ölkə məlum oldu
Peyğəmbərin vəfatı günü Yeni il bayramı ilə üst-üstə düşür?
O, yeməli ayaqqabılar hazırlayır
"Qalatasaray" "Arsenal"ın futbolçusunu istəyir
Kosmik stansiya UNO çəkdi-FOTO
Dənizə getmək üçün son iki gün - VİDEO
Bakıda dayanacaq özbaşınalığı ilə bacarmaq mümkündürmü?
ÜST son bir həftə ərzində koronavirusa yoluxmada rekord artım qeydə alıb
Məşhur aktyor ata oldu-FOTO
Şadlıq saraylarına qarşı nazirlikdən məsləhət
Dünyanın diqqəti Bakıda!
Beren Saat xəstəxanalıq oldu-FOTO
Ermənistan Azərbaycan mallarına qadağanı ləğv etdi: "Gedib türklərə yalvarırlar ki..."
Məşhur cütlüyün toyuna İki Gün Qaldı-FOTO
İranın “səfir”i kosmosa uçdu
Google vəd verdi
Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri başa çatıb
Koronavirusa yoluxma riskini yoxlayan mobil proqram yaradılıb
Xoşbəxtliyin rəsmi
Hande Erçelin Geyimi MÜZAKİRƏ OLUNDU-FOTO
Kombi və radiatorlar ucuzlaşdı
ABŞ-da güclü qar nəticəsində 10 nəfər ölüb
May ayının qalibləri!
Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək
Türkiyəni duyğulandıran məktubun sahibi bəlli oldu - FOTO
Nazirlikdən azyaşlılarla bağlı əhaliyə VACİB MÜRACİƏT -VİDEO
Prezident: “Əgər belə davam edərsə, deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar”
İrina Şeyk geyimi ilə diqqət çəkdi-FOTO
Çerkez mantısı ( foto resept)
“WhatsApp”dan YENİLİK!
Paltolar
Xüsusi souslu toyuq (foto resept)
Valideynlərə müjdə!
Soyuducada zəhərə çevrilən qidalar
Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır
Həftənin ilk iş günü hava necə olacaq?
Qəribə ayaqqabılar
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Bakını toz bürüyəcək
Pərviz Abdullayev Türkiyədə parodiya olundu-VİDEO
Siciliyada evlər bir avroya satılır - FOTO
Dünyanın ən bahalı futbolçuları - SİYAHI
Piroq
2014-cü ilin geyim trendləri
Köklü üzümlü piroq (foto resept)
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO