
Azərbaycanda pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması məqsədilə "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" qəbul edilib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə noyabrın 4-də təsdiqlənən Konsepsiyada 2014-2020-ci illər ərzində pensiya sistemində bəzi mühüm dəyişikliklərin aparılması nəzərdə tutulub. Tədbirlər planında "Əmək pensiyaları haqqında" və "Sosial sığorta haqqında" qanunlarda təkmilləşdirilmə aparılması planlaşdırılır.
"Əmək pensiyaları haqqında" qanunda nəzərdə tutulan dəyişikliklər çoxistiqamətlidir. Konsepsiyaya əsasən, gələcəkdə pensiya sistemində sığorta prinsiplərinə əsaslanmayan xərclər minimuma endiriləcək. Əmək pensiyasının baza hissəsi restrukturizasiya (strukturunun dəyişdirilməsi - red.) olunacaq və minimum pensiya məbləği göstəricisinin tətbiqinə başlanılacaq.
Beləliklə də, əmək pensiyasının baza hissəsi əvəzinə minimum pensiya məbləği tətbiq ediləcək. Pensiya vətəndaşların fərdi hesab məlumatları əsasında təyin olunacaq.
Vətəndaşa hesablanan pensiya minimum pensiyadan aşağı olsa, işçinin stajı nəzərə alınacaq və məbləğ minimum həddə çatdırılacaq. Vətəndaşın pensiyası minimum məbləğdən artıq olduqda isə stajla bağlı heç bir tələb qoyulmayacaq.
Konsepsiyada bildirilir ki, minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaq: "Yeni sistemin tətbiq edilməsi işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait isə ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcək".
Əmək pensiyasının baza hissəsinin minimum pensiya məbləği ilə əvəz edilməsi 2014-2015-ci illərdə baş verəcək.
Konsepsiyaya əsasən, gələcəkdə pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlər tətbiq olunacaq. Pensiyaya erkən çıxma halları məhdudlaşdırılacaq, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olanlara tələb olunan minimum sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılacaq.
Qanundakı qeyd edilən təkmilləşdirilmə tədbirləri üçün təkliflər 2015-ci ilin sonuna qədər başa çatdırılmalıdır.
Qanunda kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması da nəzərdə tutulur. Bu dəyişikliklər 2018-ci ilin sonuna qədər icra ediləcək.
"Sosial sığorta haqqında" qanunda da bəzi təkmilləşdirilmə tədbirləri həyata keçiriləcək. Məcburi dövlət sosial sığortasına cəlb edilən əməkhaqqına müəyyən hədd qoyulacaq və bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsi vətəndaşların seçiminə veriləcək.
Könüllü sosial sığorta haqqının ödənilməsinə başlanılacaq və bu məqsədlə onun şərtləri müəyyənləşdiriləcək. Eyni zamanda qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətini tənzimləyən normativ hüquqi baza yaradılacaq.
Bundan başqa pensiya təminatı sisteminin cəlbediciliyinin artırılması, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılması vasitəsilə sığorta haqqı ödəyənlərin sayının pensiyaçıların sayına nisbətinin optimallaşdırılması əsas hədəflərdən biridir.
Sadalanan tədbirlər 2020-ci ilə qədər yekunlaşdırılmalıdır.
Hökumət gözləyir ki, konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası pensiya təminatı sistemində müsbət nəticələrin əldə edilməsinə imkan verəcək. Tədbirlərin həyata keçirilməsindən sonra təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcək.
İslahatlardan sonra gözlənilir ki, pensiya təminatı sisteminin yığım potensialı güclənəcək, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcək, sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcək, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınanların sayı azalacaq, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlər formalaşdırılacaq, pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaq.
XƏBƏR LENTİ
Hollivud ulduzları karantində “İmagine” ifa etdilər
Qadın.Net-lilərin nişan xatirəsi - II
Londonda azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO
Microsoft inqilab edir. Windows 10 gəlir
Mal ətinin ardınca toyuq əti də bahalaşdı
İçərişəhərə YUNESKO tərəfindən "gücləndirilmiş mühafizə" statusu verildi
Mənzil bazarında qiymətlər artıb
Sevən ürəklər peçenyesi (foto resept)
Dünyanı gəzən kirpi Pokee
Yayda balıq alarkən nələrə diqqət etmək lazımdır?
İpək donlar
Keçmiş sevgilisindən gözlənilməz rəy-FOTO
İlin fotoqraf yarışması
Bu gün növbəti qəbul imtahanları keçirilir
Məşhur müğənninin hicablı FOTOsu tənqid edildi
O, cizgi qəhrəmanına bənzəmək üçün 100 dəfə əməliyyat olundu
Azərbaycan mühəndislərindən yeni kəşfiyyat-döyüş maşını
"Fette" salatı (video-resept)
İnstagramda Yenilik!
Darçınlı şirniyyat (foto-resept)
Qalmaqallı prezidentin qardaşı yoxa çıxdı
Xanımlar üçün gəlinliklər
Beş kəndi birləşdirən yol çəkilir
Azərbaycanda təhlükəli virus
Leyla Əliyeva qızını təbrik etdi - FOTO
Di Kaprio və De Niro eyni filmdə çəkiləcək
Öküz ili bürclərə nə vəd edir?
3D Yataq dəstləri(2)
DİN-dən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA
Hava haqqında - 11.12.2013
Dörd rayonun xəstəxanasından Şirvana təcili yardım maşınları cəlb olunub
Daşaltı necə azad edildi? - Əməliyyat sirləri açıqlandı – VİDEO
Əlvan metalların qiyməti ucuzlaşıb
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi
Günün ulduz falı
Onlar diqqətsizliyimizdən varlanırlar
Vanqadan 2019-cu ilin PROQNOZU
Tolqa Sarıtaşın yeni serialı bu tarixdə yayımlanacaq - VİDEO
Çay nədir, say nədir...
"Son İmperator" Bakıya gəlir
Hərbçilərimiz Laçının ən hündür nöqtəsinə şanlı bayrağımızı sancdılar - VİDEO
Çində süni intellekt şəhərciyi yaradılıb
Ev şəraitində qollardakı piylərdən necə xilas olmaq olar?
Qadın.Netlilərin körpələri - 5 (Son)
Korona virusdan necə qorunmalı?
ABŞ-da qar fırtınası insanları yollarda qoydu
Naftalan kurortu yenidən qurulur
Altsheymer xəstəliyi ilə mübarizədə yeni üsul tapıldı
Murat yeni albom yazdırır-FOTO
Həmişəki, amma fərqli Nyu-York















- ŞƏRHLƏR