Azərbaycanın növbəti illər üçün yeni inkişaf konsepsiyası çərçivəsində ölkənin bölgələrinin baş planlarının hazırlanmasına başlanılıb. Ölkənin turizm potensialının daha da gücləndirilməsi və mövcud imkanların inkişaf etdirilməsi məqsədi ilə müvafiq rayonlarin inkişaf sxemləri və baş planlar işlənilir. Hazırda dövlət başçısının sərəncamına uyğun olaraq, ölkənin unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı iş aparılır. Hələ SSRİ dövründə burada çoxsaylı sanatoriyalar tikilsə də, sonradan bu tikintilərin əksəriyyəti yarımçıq qalıb. Şəhərin baş planını hazırlayan «Renessans Studio» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, ilkin plana əsasən, şəhərin müalicə-turizm şəraitinin daha da təkmilləşdirilməsi planlaşdırılır. Şəhərin bir hissəsi sanatoriya, digər hissəsi isə yaşayış üçün nəzərdə tutulur. Naftalanın maksimum şəkildə yaşıllaşdırılması, şəhərin təqribən 500-600 ha yaşıllıqla bürünməsi təklif olunur. Plana görə, vaxtı ikən 5 000 turist qəbul edən Naftalanın, yenilənmə dövründən sonra 10 000 turist qəbul edəcəyi planlaşdırılır. Turizm obyektləri sırasında Naftalanda həm ailəvi, həm fərdi, həm də uşaqların valideynsiz istirahət etməsi üçün imkanlar yaradılacaq. Burada xüsusi kotec və mehmanxanaların inşası planlaşdırılır. Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Bundan başqa, uzunluğu 1,7 km olacaq kanat yolunun çəkilməsi təklif olunur.
Hazırda üzərində iş gedən planda Naftalanda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar, heyvanların saxlanılması, kəsimi, təzə məhsul istifadəsi üçün heyvan və quşçuluq fermasının tikintisi məsələləri də yer alıb.
Məlum olduğu kimi, hazırda Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında «Naftalan» adlı sanatoriya fəaliyyət göstərir. Vaxtı ilə bura məhz Azərbaycanın Naftalan şəhərindən 400 ton neft aparılıb. Odur ki, Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün 10 hektarlıq sahədə farmasevtik zavodun inşa edilməsi planlaşdırılır. Bu zavodda əvvəllər olduğu kimi müalicəvi neftdən dərmanların hazırlanması nəzərdə tutulub.
Digər bir yenilik isə Naftalanda hava limanının inşası ilə bağlıdır. Beynəlxalq səviyyəli aeroportun tikintisi üçün 89 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Turistlərin və sərnişinlərin gediş-gəlişi rahat olması üçün hava limanının yaxınlığında avtovağzal kompleksi tikiləcək.
Qeyd edək ki, şəhərdə turizm və sanatoriya mərkəzləri ilə yanaşı, mikrorayonların ərazilərinin genişləndirilməsi nəzərdə tutulub. Şəhər əhalisinin sayının isə 20 minə çatdırılması təklif olunur.
Mənbə: Lent.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yaxınları Dilqəm və Şahbazı görə bilərlər
Tovuzda xəzinə tapıldı
Ermənilər Ağdam məscidini hərbi qərargaha çevirdilər
Toppuş bacı" bu verilişi aparacaq
Nazirlikdən növbəti düşmən təxribatı ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHI
Qədəmin mübarək, on bir ayın sultanı!
Mehriban xanım tapşırıq verdi
Gəncədə genişzolaqlı internetin inkişafı layihəsi çərçivəsində işlər sürətlə davam edir
Ebru Polat ərə gedir
Mikayıl Cabbarovdan xəbərdarlıq
Leysan yağacaq, dolu düşəcək
Dünyanın ən qeyri-adi tikililəri (2)
Allergiyaya nə səbəb olur?
Dünyaya baxşınızı dəyişəcək filmlər
"Terminator" yaşıllaşdı
Azərbaycan tarixindən yüz şəxsiyyət-43
Facebook yeni rekord vurdu
5G zəif inkişaf edir
Uşağınızın ağıllı olmağını istəyirsinizsə...
Portağallı islak keks (video-resept)
"Göydən" bir milyon düşsə, neyləyərsiniz
Təbiət çantaları
Evdar xanımlar üçün praktik məsləhətlər
Bir siyasi qibləyə açıq alınla
Nurgül Yeşilçay peşman oldu
Ana-qız münasibətlərində tarazlıq
Günün qoroskopu: qərarları vaxtında və sürətlə qəbul edin
Ermənistandan Qarabağa gətirilən silahlılar: “Biz heç kimə lazım deyilik” - VİDEO
Bəzi faktların elmi izahı
Sinan Akçıl Hollandiyada evlənəcək
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
Qar Adamı (özün düzəlt)
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Rubl necə yüksələcək?
Bakıda tank mərmisi tapıldı.
Kerem Bursin Serenay və Cem sevgisinə Münasibət Bildirdi
İrəm Dərici sevgilisindən ayrıldı
"Kömək et, ata!" (Füzulinin işğalı gününə)
"Sevgilisiz" olmağın 15 üstünlüyü
İranda şok qanun: "Ata balaca qızı ilə evlənə bilər"
Korotçenko: “Hadrutda təxribat törədən ermənilərə terrorçular kimi baxılmalıdır”
Dünyanı təhdid edən xəstəlik bitdi?
"Qalatasaray"ın "pitbul"u Skolariyə səsləndi
HAVA necə olacaq? 14-yanvar
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
Vanqanın 2018-ci il üçün proqnozu DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
HAVA necə olacaq?- 22 fevral
Bir çox insanın bilmədiyi 8 maraqlı məlumat
Keçmiş sevgilisindən gözlənilməz rəy-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]