Ebola virusunun yayılması ilə mübarizədə iki vaksin təcrübədən keçirilir.ANS PRESS-in məlumatına görə, alimlər Qərbi Afrikada istifadə edilməsi ümidləri ilə vaksinlər üzərində işləyirlər.Roma yaxınlığındakı laboratoriya isə farmakologiya şirkəti GlaxoSmithKlinea məxsusdur. Burada bir neçə komanda vaksinlər üzərində iş apararaq, bir çox həyat təhlükədə olduğu üçün onların yaxın zamanda istifadəyə verilməsinə çalışır.
Noyabr ayında sınaqdan keçirilən vaksinlərdən biri orqanizm tərəfindən normal qəbul edilib, sınaqda iştirak edən 20 könüllünün immun sistemi vaksinə normal reaksiya göstərib.GlaxoSmithKline şirkətinin bildirdiyinə görə, vaksin anticisimləri artırır və immun sisteminin infeksiyaya məruz qalan hüceyrələri məhv etməsinə yardım edir.
Laboratoriyaya rəhbərlik edən doktor Rikkardo Kortez: "Ebola virusunu təkcə anticisimlərlə nəzarətdə saxlamaq mümkün deyil. Ənənəvi vaksinlər kifayət etmir. Bizim vaksinlər isə immun sisteminin müəyyən bir hissəsinə təsir göstərərək virusa yoluxmuş hüceyrələri tanıyan T hüceyrələrini gücləndirir. İki strategiyanın kombinasiyası Ebolaya qarşı olduqca effektivdir".Lakin vaksinlərin ümumistifadəsi üçün əlavə sınaqlara ehtiyac var.
Digər bir farmakologiya şirkəti Merk isə daha bir vaksini inkişaf etdirir. Kod adı VSV-ZEBOV olan bu vaksinin ötən ay sınaqdan keçirilməsindən sonra inkişafı dayandırılıb. Buna vaksin qəbul edən insanların büküklərində yaranan ağrılar səbəb olub. Hazırda bu vaksinin kiçik dozaları sınaqdan keçirilir.
Qərbi Afrikadakı durum qeyri-adi bir tərəfdaşlığa yol açıb. Bu yaxınlarda Vaşinqtonda təşkil edilən forumda Merk şirkətinin prezidenti Juli Qerberdinq bildirib ki, hətta rəqib farmakoligiya şirkətləri belə fəal əməkdaşlıq edir. "Hazırda qeyri-adi bir tərəfdaşlıq mövcuddur. Bunlardan ən mühümü rəqabətdə olan insanlar arasındakı tərəfdaşlıqdır".
Ebolaya qarşı artıq bir neçə vaksin kliniki sınaqlardan keçirilir. Bunlardan biri effektiv olsa belə çox iş görülmüş olacaq. Bu, insanların immunizasiyası ilə yanaşı, yoluxma hallarını aradan qaldıracaq. Bu həm də Ebolanın bir daha ortaya çıxmaması demək olacaq.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusa 20 mindən artıq insanın yoluxduğunu, 8 mindən artıq adamın dünyasını dəyişdiyini bildirir.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
- ŞƏRHLƏR