İnsan özünə və yaşadıqlarına məna verməyə çalışır. Bu prosessdə təbii olaraq ən böyük diqqət valideynlərin üzərinə düşür. Insan, valideyini ilə keçmişdə qalanları yox, bu gün də davam edən münasibətlərini müzakirə edir, yolunda getməyən münasibətlər üçün bəzən onları, bəzən özünü günahlandırır. Bağışlamağa, bağışlanmağa cəhd edir. Sevgilər, hikkələr, incitmələr, könül almalar formasında davam edir həyat.
Bu məqalənin məqsədi analar və qızları arasındakı münasibəti, və bu münasibət içində həmişə olan problemləri incələməkdir.
Ana bir körpə üçün öncə hər şey anlamına gəlir. Yəni həm özünü, həm dünyanı onun üzərindən tamamladığı varlıq. Həm ,obyekt həm bütün əhatə. Bu hiss bəzən anaya ideal, tam mükəmməl olmaq məcburiyyətini, mütəmadi olaraq xəta etmək qorxusunu gətirir. Halbuki, bu da bir həqiqətdir ki, ideal insan olmayacağı kimi ideal ana da ola bilməz. Winnicot “ifrat dərəcədə yaxşı ana” qavramından bəhs edərkən bunları nəzərdə tutub: əlindən gələni edən, körpəsinin ehtiyaclarını qarşılayan ana .
Başlanğıcda ana və uşaq xarici dünyadan fərqli, ikili bir dünya içindədirlər. Ata, ana və körpə arasında yaşanan, hardasa iç-içə keçmiş bir münasibət mövcud olur. Ananın dəstəyi ilə ata da körpənin maraq dairəsinə girir. Sonra yavaş-yavaş açılan bu yoldan digərləri də istifadə edir. Bacı-qardaşları, böyüdüyü zaman dostları, məktəb yoldaşları, iş yoldaşları, ən nahəyət həyat yoldaşı.
Qadın və kişi daxilən, fiziki cəhətdən, fərqli iki cinsə mənsubdurlar. Bəlkə elə bu fərqlilikdir dünyaya maraq qatan. Əlavə olaraq, iki ayrı cinsin anaları ilə qurduqları münasibətdə də özlərinə məxsus fərqlər var. Qız uşaqları təbii olaraq atalarından çox analarına bənzəyirlər. Və qız uşaqlarının analarından ayrılıb sərbəst yaşama mərhəlsi oğlan uşaqlarına nisbətən daha çətin keçir. Oğlan uşağı özünə bənzəməyən birindən ayrılıb özünə bənzəyən birinə yaxınlaşır. Atasına. Halbuki, qız uşaqlarını anaya çəkən güclü bir qüvvə var. Onun anasının təsirindən çıxıb kənar dünyaya açıla bilməsi böyük vaxt tələb edir. Burda atanın vəzifəsi (oğlunda olduğu kimi) qızının ana təsirindən çıxıb əvvəl ataya, sonra kənar dünyaya öyrəşməsinə kömək etməkdir. Fəqət burada yenə bir ana faktoru var ki, o da atanın bu ikili münasibətə yaxınlaşması, öz arzusu qədər ananın da icazə etməyi ilə, o ərazini ata üçün açmağı ilə mümkündür.
Bu səbəbdən də bir çox qadın üçün anasından ayrılıb müstəqil həyata başlamaq mərhələsi çətindir.
Empatiya qurmaq (özünü qarşındakının yerinə qoymaq) məsələsində qadınlar kişilərə nisbətən daha bacarıqlıdırlar. Iki tərəfi də kəskin qılınc olan bu istedad bəzən əks təsirlər də göstərə bilir. Qadın anasının arzularına özünkülərdən çox əhəmiyyət verir. Fərqində olmadan özünü onu rahatlığına, xoşbəxt olmağına, qorumağa həsr edir. Və nəticədə bu xasiyyətini başqaları ilə münasibətdə də otaya qoya bilər.
Yenə ananın ata və digərləri ilə olan münasibəti, həyatdakı amalları, məsuliyyətləri, problemi həll etməyi bütün bu xüsusiyyətləri ilə qızına sanki bir model rolunu oynayır. Bütün bunlar qızının gələcəkdə başqaları ilə necə münasibət quracağına təsir göstərə bilir.
Eyni cinsdən olmağın gətirdiyi həmrəylikdən əlavə xasiyyət etibari ilə də qızlar analarına çox bağlı olur. Ailə içində yaranan problemlərdə kiçik yaşlarından etibarən anasına dərd ortağı olduğu, hadisələrin içində yaxından iştirak etdiyi sıx rast gəlinən bir şeydir. Və kiçik qız böyüyüb yeni əlaqələr qurmağa başlayanda ən yaxın dostunu, yəni anasını tək buraxdığını fikirləşib özünü günahkar bilir.
Ananın öz ayrılıq qayğılarını uşağına, əsasən də qızına yönəltməsi, müstəqillik ruhunu aşılamaması gələcəkdə də çox problem yaşamasına səbəb olur.
Hər kəs yaşadığı həyat boyunca anası ilə xoşbəxt, gözəl bir münasibət qurmaq istəyir. Amma ideal münasibət qurmaq bəzən çətin, hətta mümkünsüz görünür. Çox zaman da problemlər indiki ana ilə deyil, keçmişdəki ana ilə bağlı olur. Onları dəyişdirərək bu an yaşanan problemləri həll edəcəyini fikirləşirlər. Halbuki, keçmiş münasibətlərdən təcrübələnərək indiki vəziyyəti qaydasına qoymaq mümkündür.
Səhvlərin ya da çatışmazlıqların buraxdığı izlərin yaxşılaşması üçün bağışlamaq və güzəştə getmək əhəmiyyətlidir. Insan bu mərhələdə kitablardan, filimlərdən, başqalarının təcrübələrindən, əsasən də yaxın dostlarından alacağı dəstəklərdən, bəzən də peşəkar məsləhətlərdən istifadə etməlidir.
Yetkin qadın,içindəki qız uşağının təsirindən yaranan çatişmazlıqları düzəldə biləcək gücə sahibdir. Fərqlilik edib bu gücü ortaya qoymaq hər zaman mümkündür. Qadın bu ağlından istifadə edərək ətrafdakılara da bir örnək ola bilər.
XƏBƏR LENTİ
Hava necə olacaq?
Leyla Əliyeva Fransa prezidenti ilə görüşüb
Cəbhədə erməni təxribatı davam edir
Dəbli ayaqqabılar
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Yenidən "Hercai"yə qayıtdı
XII Nar festivalından MARAQLI FOTOLAR
Ufoloqlar Antarktikada UFO aşkar etdilər-FOTO
Elvis Presli əfsanəsi geri qayıdır
Kartoflu rus salatı (foto-resept)
Distant təhsil alan şagirdlərin onurğasını belə qoruyun
Hava haqqında
Toyuq ətindən kabab (foto resept)
Sümük əriməsi boy qısalmasına səbəb ola bilər!
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Rusiyadan Xəzər dənizi ilə bağlı yeni qərar
Cazibədar xanımlar üçün üzüklər
Noxudlu burger (foto resept)
Vandamın qızının şəklini görənlər: "Atasının qızıdır"
Ölkələr koronavirusun ikinci dalğası ilə əlaqədar ərzaq ehtiyatı toplamağa başladılar
Birlikdə öyrənək
Günün ulduz falı
Terrorçulardan Qərbə xəbərdarlıq
İrina Şeyk yeni sevgilisini təbrik etdi
Yaponlardan SAQQAL QADAДћASI
İranın Şərqi Azərbaycan vilayətində tufan baş verib
Hansı bürcün qadınısınız?
Gəlinciyi gəlinliyə dəyişdirilənlər
Bakılı məzun Afrikada İslamı qadağan elədi
Əmzik
"Xocalıya ədalət" kampaniyası Koreyada
National Geographic foto müsabiqəsi-1
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Orta aylıq pensiya 350 manata çatdırılacaq - RƏSMİ
Folqa kağızından interyer
Pəhrizi pozmağa səbəb olan anlar
Ancelina Coli uzun müddətdən sonra İLK DƏFƏ-FOTO
Dinozavrların ən böyük məskəni
Sehirli uşaq kostyumları
File dolması (foto resept)
Toxluq hissi yaradan avokado pəhrizi
Əhaliyə xəbərdarlıq
Məşhur aktrisadan Gözlənilməz Addım
Şamaxı Rəsədxanası: Azərbaycanda maqnit qasırğası hiss olunub və ürək-damar xəstəlikləri olan insanlara təsir edib
Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
"Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri" artıq Bakıda
"Tropik həzzi" tortu (foto resept)
HAVA xəbərdarlığı
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Türkiyədə matəm elanı
- ŞƏRHLƏR