
Sosial şəbəkələrin geniş yayılması gənclərin sosiallaşmasından çox, asosiallaşmasına xidmət etdi. Bəzən sosial şəbəkələrdə fəal olan gənclər ictimai məsələlərə münasibət bildirməklə, statuslar altında gedən müzakirələrə qatılmaqla aktiv sosial həyat sürdüklərini düşünür, əslində isə yanılırlar.Gənclərin ətrafa laqeyd yanaşmasında, ünsiyyət böhranı yaşamasında yalnız mobil texnologiyaların günahı yoxdur. Bəzən cəmiyyətin və fərdin ailəsinin hansısa münasibəti, fikirlərin toqquşması daha çox asosiallığa səbəb yaradır.Bəzən gənclər arasında Cek Londonun qəhrəmanı Martin İden qədər iddialı individlər də çıxır. Burada da individualizmin əndazəsini aşması, gənclərin özünü sübut etməyə olan aclığı onları mizantropa çevirir.Mizantropiya – hərfi tərcümədə insanlardan qorxu anlamına gəlir, amma daha çox özünü nifrət formasında göstərir. Mizantroplar heç də həmişə asosial olmur, yəni adam içində sıxılıb-eləmir, özünü çox da kənarda saxlamırlar. Əksinə, həmişə diqqət mərkəzində olmağa çalışan mizantropları çox görə bilərsiniz.
Ədəbiyyatda, incəsənətdə, siyasətdə, mətbuatda... Bir sözlə, hər sahədə görünən eyni simalar da az deyil. Baxanda çaşıb qalırsan: bunun konkret ixtisası nədir?
Mizantropların sosiallaşmasını “xərçəng”in inkişafına, rişələnməsinə bənzətmək olar.
Əvvəlcə individual keyfiyyətlərini artırmaq və cəmiyyətdə fərqli görünmək istəyən adamlar bunu bacarmadıqda öz eqolarına “tənqidçi” ampluası ilə təsəlli verməyə çalışarlar. Heç bir islahata, heç bir müsbət tendensiyaya inanmaz, heç kimi səmimi saymazlar.
Yaşlı qələm sahibləri bayağıdır, gənclərin isə onları oxuyanlar istisna olmaqla böyük qismi geridəqalmışdır – mizantropların aləmində.
Mizantropu dəstəkləməyənlər “qədirbilməz”lərdir.
Mizantropla bir masada oturub pivə içə-içə millətçiləri, vətənpərvərləri, inanclıları, mühafizəkarları söyməyənlər “qaragüruh” və ya “vətənşüvən” adlana bilər.
Bunlar hər şeyə, hər kəsə lağ edə bilər, bütün milli və mənəvi dəyərlərə həqarət yağdıra bilər, amma kimsə etiraz etsə, “insan hüquqları pozular”.
Mizantrop hər şeyi inkar edən, özü heç nə təklif edə bilməyən, ortaya səmərəli bir nümunə qoya bilməyən varlıqdır.
Onun mahiyyəti daha çox iş başında açılır. Mizantropa hətta ən kiçik vəzifə versək, o, başqalarının qanını içməyə, sıxışdırmağa, aşağılamağa belə gedər. Onun hara qədər yüksəlməsindən asılı olmayaraq, insanlara daim bu fikirlə baxar: “Axı mən niyə belə ola bilmədim?”
Mizantrop istedadların, yeniliklərin, fərqliliklərin düşmənidir – yenilik və fərqlilik iddiasında olmasına baxmayaraq.
Onları necə sağaltmaq lazımdır? Çətin məsələdir. Amma insanın ən yaxşı həkimi elə özüdür. Aynaya baxmaq lazımdır. Cəmiyyətdə ciddi sima kimi tanınmağın başqa yolları da var. Bu yolu getmək elə də çətin deyil: eləcə düz getmək lazımdır, vəssalam!
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Canlı yayımda jurnalistə hücum edildi - VİDEO
Hava haqqında
Azərbaycan Rusiya bazarına məhsul ixracını genişləndirməkdə maraqlıdır
Günün qoroskopu: həllini tələb edən məsələlər çoxdur
Baş ağrısının yeri səbəbini göstərir
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Günün qoroskopu: qəfil gəlir ola bilər
Qənirə Paşayevadan seçki açıqlaması
Evdə işləyərkən daha məhsuldar olmaq üçün...
Uşaq tərbiyəsində - 7 MƏQAM
HAVA xəbərdarlığı
Vanqa haqqında bilmədikləriniz
Cici Hadid geyimi ilə diqqət çəkdi-FOTO
"Əhəmiyyətsiz sayılan baş ağrısı ciddi bir xəstəliyin əlaməti ola bilər"
Çiyələkli dondurma (foto resept)
Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA
Lənkəranda dincəlmək neçəyə başa gələcək?
Tez hazırlanan badımcan turşusu (foto-resept)
"Formula -1" ilə bağlı hansı yollar bağlanacaq?
"Yəqin Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”
Nəhayət ki, Mercedes S-Class...
İnsan üzlü buzov doğuldu-FOTO
TƏBİB-dən koronavirusdan ölənlərin dəfni ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu saatlar zərif insanlar üçün deyil - FOTOSESSİYA
150 dollarlıq yığcam smartfon
18 qadından 22 uşağı var
50 yaşdan yuxarı qadınlar üçün dəriyə qulluq
Rusiyaya “qırmızı yağış” yağdı
Uçan Motosiklet təqdim olundu-FOTO
Yerdə qasırğa başladı
Selena Gomez Tarkanın fanatı imiş - FOTO
Buse Varolun geyimi tənqid olundu-FOTO
Hikmət Hacıyev:“Ermənistan Gəncədə mülki şəxslərə hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak edirlər
Günəş işığı - qida ilə birlikdə
Hansı idman növü neçə kalori yandırır?
Lənkəran ləvəngisi və toyuq budlu ləvəngi
Tanış olun: dünyanın ən yaşlı insanı odur
Taxıl zəmisində müəmmalı dairələr
İraqlı qadınların acı statistikası
SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Arıqlamaq istəyənlərin yol verdiyi 4 xəta
Havalar soyuyacaq
Yumurtasız şokoladlı tort (foto resept)
Fəaliyyətinə icazə verilən kafe-restoranlarla bağlı XƏBƏRDARLIQ
İnnab - təbiətdən gələn sağlamlıq
Hər növ çəkili qadına yaraşan geyimlər
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
HAVA necə olacaq?
Küçəyə çıxmaq qadağasını heçə sayan vətəndaşların polis görərkən etdikləri - VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]