Yanlızlıq, yanımızda kiminsə olmağını istəyərək, yanımızda heç kimin olmadığını bildiyimiz an keçirdiyimiz hissdir. İnsan tək ola bilər, hətta tək olmağı özü də istəyə bilər, lakin özünü yalnız hiss etməz. Əksinə, sanki dəniz sahilində uzanıb, ya da təbiət qoynunda gəzirmiş kimi, özünü yaxşı və rahat hiss edə bilər. Tək başına olmağın dadını çıxarar o an. Fəqət yanlızlıq bəzən ayrılıqla eyni mənanı verməyə başlayır. Yəni başqasına o qədər öyrəşir ki, tərk edildiyində duşdüyü ruhi vəziyyət yanlızlığın yaratdığı əhvalı dəyişir. İnsan belə vəziyyətdə təklikdən qaçmağa nə qədər cəhd etsə də, ona qarşı nə qədər dirənsə də, bir o qədər özünü yanlızlığın içində görər. Çünki başqaları üzərindən qurulan təklik yaxud qələbəlik insanın öz əli ilə yox olmur. Əsas olan daxili dünyanın özünü tənha iss edib etməməsidir. Bu qarmaqarşıq hislərlə elmdə psixologiya və psixianaliz məşğul olur.
Təsəvvür edin ki, körpə doğulur və şüursuz olaraq ana ilə etibarlı, bütöv bir münasibət qurur. Əgər bu belə olarsa körpə ananın daxilinə nüfuz etmiş olur. Lakin burada diqqət çəkən bir məqam var: niyə məhz etibarlı bir münasibət? Güvəniləcək bir münasibət üçün ana amili çox əhəmiyyətli bir amildir. Uşaq hələ dünyaya gəlməmişdən onun üzərindən valideynlərdən birinin yaxud hər ikisinin plan cızması bu münasibətə zərbə vura bilər. Bu hala tez-tez rast gəlirik. Evliliyi xilas etmək üçün, ana və atanın həyatına sevinc qatması üçün, evdar qadın olan ananın başının qatılması üçün və digər oxşar səbəblərdən valideyn olmaq istəyənlər var.
Belə bir vəziyyətdə körpə hələ doğulmamışdan daşıya bilməyəcəyi ağırlıqla yüklənir. Bu da əlbəttə səbəbli, ya səbəbsiz xətalara səbəb olur. Əlbəttə ki, körpənin evə bir sevinc, bir nəşə, həyəcan gətirdiyi məlum məsələdir. Lakin valideynlərin uşaq sahibi olmağa hazır olmadan, bu məsuliyyəti tam dərinliyi ilə dərk etmədən, sadəcə yuxarıda sadalanan səbəblərdən dünyaya uşaq gətiririlərsə, gələcəkdə o uşağın həyatında problemlərin olması qaçılmazdır.
Yox, əksinə güvənli, etibarlı bir münasibət qurulursa, həmin o körpə gələcəkdə anasının yanlızlıq sendromuna düşməyini əngəlləyə bilər. Bu vəziyyətdə əslində insan tək başına bir fərd olmağın ilk addımını atmış olur. O insan yetkinlik yaşına çatandan sonra da öz mənliyini hiss etməyi üçün kiminsə dəstəyinə ehtiyacı olmayacaq. Yalnız öz bacarıqları ilə bir fərd olacaq və olmağın coşqusunu, həyəcanını hiss edəcək. Bu olduqca azad və dinamik bir həyat olacaq. Insanın öz həyatından zövq almağı üçün sadəcə özünün qərar verməyi kifayət edəcək. Yəni hər şeyin kəsişmə nöqtəsi özü, yaxşı görünmək istədiyi şəxs də yalnız özü olacaq. Bu insanın başqalarına yaxşı təsir bağışlama, başqaları haqqında yaxşı fikirləşmək, onların xoşuna gəlməyə çalışmaq, hamının onun yanında olmağını istəmək, bunun üçün enerji sərf etmək kimi bir məqsədi olmayacaq. Onu olduğu kimi qəbul edənlərlə dostluq edib, həyatına yanlız elələrini daxil edəcək. Heç kim üçün dəyişməmək, həyatından, şəxsiyyətindən heç kimə güzəştə getməmək əsas məqsəd olacaq.
Fəqət işlər belə formada yolunda getmədiyi halda, ana ilə körpə arasında etibalı bir münasibət formalaşmazsa, uşaq anasının daxili dünyasına nüfuz etməyəcək və o insan gələcəkdə də əksik qalan parçalarını tamamlaya bilmək üçün həmişə başqalarına ehtiyac duyacaq və hər zaman başqalarının dəstəyini, razılığını axtaracaq.
Bu insanlar fərd olmaq üçün ilk addımını, təəssüf ki, sağlam atmayan adamlar olacaq və həmişə başqalarının nəzərləri ilə özünə baxacaq. Haqqımda nə düşünürlər, məni sevirlərmi, hamı mənimlə bağlı yaxşı şey fikirləşsin, hər kəsi razı salım kimi fikirləri olacaqdır. Və ətrafını razı salmaq, onların xoşuna gəlmək məqsədi ilə böyük enerjilər sərf edəcəkdir. Belə münasibətlər onun üçün olduqca yorucu bir hala gələcək. Bunların səbəbi isə təkdir: daxili yanlızlığa müptəla olmaq və tək qalanda heçlik, boşluq, lazımsızlıq hissləri ilə rastlaşmaq.
Çox təəssüf ki, belə vəziyyətdə bu insanın yanlızlıq hissindən ətrafındakı hansısa adam vasitəsi ilə xilas olmağı mümkün deyil. Bunun nəticəsində ortaya çıxan tablo mənəvi əlaqələr tablosu olacaq. Mənəvi əlaqələr dəyirmanı su ilə təhciz edən bir vasitə kimidir. Daxildəki sakitliyi çölə vurmağa çalışır. Başqaları yanında olanda da başqalarına həsrət qalmaq kimi hiss edir. Əlavə olaraq içindəki səssizliyi başqalarının hesabına doldurmağa cəhd edir.
Can Dündarın da dediyi kimi:
“Əsl yalnızlıq yalnız olduğumuzu fikirləşməkdir. ”
Asılı insan münasibətlərini də asılılıq üzərindən quracaq. Və sanki siqaret asılılığı olan adam kimi başqa insanları razı salmağa məcbur hiss edəcək özünü. O insandan soruşan olsa, bəlkə də vəziyyətindən razı deyil, amma bunun qarşısını ala bilmir, nəzarətdə saxlaya bilmədiyi bəzi hisləri, düşüncələri ona bu vəziyyəti dəyişməyə imkan yaratmır.
Yaxşı bəs bundan xilas olmağın yolu nədir? Asılı münasibətlərdən, yanlızlığa dözümsüzlükdən, mütəmadi olaraq başqalarını razı salmağa çalışmaqdan, öz iç səsini, ehtiyaclarını, hislərini nəzərə almamağın bir dərmanı varmı?
Bu formadakı yalnızlıqla mübarizə apara bilmək, bir fərd olaraq yaşaya bilmək, insanın öz həyat hekayəsini gözdən keçirməsi və özüylə bağlı bəzi fərqli qərarları ortaya qoymağı ilə mümkündür. Yazının əvvəlində də qeyd olunuduğu kimi, ana ilə körpənin arasında isti bir münasibətin formalaşması bu yönümdə ilk addımın atıldığı anlamına gəlir.
XƏBƏR LENTİ
Fıstıqlı, bananlı dondurma (foto-resept)
İlk əlcəklər
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı
Bir ildə 285 kitab oxudu!
Şəhid əsgərimizi izdiham yola saldı
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Əsrin fotoşəkli
Qızlar üçün məktəbli çantaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Boyun düzləşməsi əlaməti
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Yalançıların 5 xüsusiyyəti
Qadin.Net olmasaydı, nələr baş verərdi?
Emindən sevənlərinə sürpriz - FOTO
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Rəngli və dəbli çantalar
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
İranın vitse-prezidenti istefa verdi
Günün ulduz falı - 21.09.2013
Hava haqqında
Fotoğrafa yazılmış məktub
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Xaricə getmək istəyənlər, diqqətli olun!
40 kq arıqladı, kimsə tanımadı-FOTO
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Türk ordusunun ən böyük əməliyyatı başladı
Faydalı yağlar
Məşhur aktrisa tənqid olundu-FOTO
İŞİD-ə aviazərbələr endirilir
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
Günün ulduz falı - 17.09.2013
"Millət kitab oxumur" fikri doğru deyil"
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Azərbaycanda insanlar falçılara niyə inanır?
Şəkil seç! (Test)
Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!
Günün ulduz falı
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Osmanlı gəlinlikləri
Günəş şüalarının faydaları
Gündəlik yaz-yay geyimləri
Güclü qar həyatı İFLİC ETDİ - Məktəblər bağlandı
Nuradan yeni fotossesiya - FOTO
Uşaq geyimləri
- ŞƏRHLƏR