Uzun müddət uşaq sahibi ola bilməyən beş rəfiqə hamilə qalıb.
ABŞ-ın Nyu Cersi ştatının sakinləri olan Miki Berq, Amie Tomas, Kristin Metti, Kristin Heller və Seleste Zazzali ana olmaq arzusu ilə yaşayıblar. Onlar döl problemləri ilə üzləşən qadınlar klubunda görüşüblər. 2016-cı ilin iyun ayında Seleste Zazzali hamilə qalıb, bir neçə həftə sonra Heller hamilə olduğunu öyrənir, onun arxasınca isə digərləri.
Rəfiqələrinin də uşaq gözlədiyini bildikdən sonra Zazzali narahat olmağa başlayır. “Hər dördüncü qadının uşağını itirdiyini eşitmişdim. beş nəfər idik və istəmirdim kimsə uşağını itirsin”, - deyə o bildirib.
Hamiləlik dövründə dostlar hər həftə görüşür, birlikdə yoqa dərslərində iştirak edir və hər gün yazışırlar. Onlar bildirirlər ki, dəstək qrupundakı görüşləri çox köməklərinə gəlib. “Hamımız bilirdik ki, hər birimiz hansı çətinliklərdən keçirik. Bir-birimizi başa düşdük və dəstəklədik”, - deyə Zazzali söyləyir.
Qadınlar bildirirlər ki, sonsuzluq onları çox gücsüz hiss etdirirmiş, amma rəfiqələrin dəstəyi həmişə ruh yüksəkliyi verib.
2017-ci ilin fevral ayında ilk uşaq dünyaya gəlir. Digəri apreldə, qalan üçü isə həmin ilin may ayında doğulur. O vaxtdan bəri qadınlar hələ də görüşür və bu görüşə onlar uşaqları ilə birlikdə gəlirlər. Rəfiqələr övladlarının böyüyüb yaxşı dost olacağına inanırlar.
Onların hamilə qalmalarına yardım göstərən həkim Maria Kostantini qadınların hələ də ünsiyyət saxlamasına təəccüblənmir:
“Çətin günləri yaşayan insanlar bir-biri ilə bağlı olduğunu hiss edirlər. Sonsuzluq bütün dünyanı alt-üst edən problemdir. Buna görə də onlar bir-birlərinə çox ehtiyac duydular”.
Rəfiqələr artıq uzun müddətdir, hamilə qalmağa çalışan digər qadınlara hekayələri ilə ilham verərək kömək etmək istəyirlər.

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR