Məşhur Alman şairi Şiller belə demişdir:
" Dünya qocalır, sonra yenə cavanlaşır, insan isə daim daha yaxşını ümid edir və gözləyir".
İnsan həyatı davamlı surətdə gözləməkdən ibarətdir, hansı ki, biz daima daha yaxşı bir şeylərin olacağına ümid edirik və gözləyirik. Uşaq ikən gənc olmağı gözləyərik. Axşam olanda sabahı gözləyərik. Xəstə olan zaman sağalmağı gözləyərik. Ürəyimiz sıxılanda, bədbəxtlik içində olanda gələcək xoşbəxt günləri gözləyərik. Qış soyuq keçər, yazı gözləyərik. Yaz quraq olar, yağışı, payızı gözləyərik.
Sevirik...Sevgimiz uğrunda hər acıya qatlanaraq ümüdlə onun gəlməsini gözləyərik.
Məhəbbətdən düşdü yenə də söhbət,
Bu qoca dünyada məncə məhəbbət
İnsan ürəyinin ləkədən,pasdan,
Qüssədən,kədərdən təmizlənməsi,
Aya-ulduzlara ucalmasıdır!
Nəcib arzuların bahardan,yazdan
Artıq tutulması,əzizlənməsi,
Ürəyin ürəkdən güc aımasıdır!
Eyni zamanda sevmədiyimiz biri varsa,onun nə qədər acı çəkdiyini bilsək də yenə də onun getməsini gözləyərik.
Axı niyə? Səbəb nədir? Çünki gözləmək adlandırdığımız o sənəti bilmirik. Halbuki, gözləmək bir ümidin ifadəsidir və biz insanların yaşamağımız üçün, zövq ala bilməyimiz üçün həyatdan gözləyəcəyimiz bir şeyə ehtiyacımız vardır.
Qərib ölkələrdə təkbaşına, yalnız qalanlar "Kaş bir dostum olaydı və onu əbəs yerə gözləsəydim" hissi ilə yaxından tanışdırlar. Çünki bu əbəs yerə gözləməkdə də bir ümid vardır və bu həmin darıxdırıcı, sıxıcı təklik içində bəlkə ən parlaq ümidlərdən belə daha parlaq və isidicidir.
Gözləmək təbii bir qanundur. Hər şey zamana bağlıdır. Torpağa əkilən hər toxumun bir inkişaf müddəti vardır və bunu gözləyə bilmək lazımdır. Çünki bahar olmazsa, heç bir ağac meyvə verməz.
Gözləməyi bilmək - bir sənət, bir mədəniyyət və sonunda bir təhsil mövzusudur. Uşaqlar gözləmək anlayışını başa düşə bilməzlər, bu zaman onların xasiyyətləri dəyişir, ağlayır və qışqırırlar. Ancaq zaman keçdikcə hər yeməyin bişmə müddəti olduğunu, atanın ancaq günəş batarkən evə gələcəyini öyrənirlər.
Lakin gözləməyini bilmək fərdlərin təhsillərinə də müəyyən təsir göstərir. Burada cəmiyyətin də əhəmiyyətli rolu vardır. Odur ki, fərd təhsili ilə cəmiyyətin yerləşmiş ənənəsinin ortaq nəticəsi gözləmə sənəti dediyimiz şeyi, şüurlu, sonundan əmin olaraq hazırlıqlı və aradakı zamanı israf etmədən gözləməyi bizə öyrədir. Bu gözləmə səbir və təslimiyyətçiliyi tövsiyə edən Şərq fəlsəfəsinin, Qərbin ağıllı və realist fikirləri tərəfindən meydana gələn bir sənətdir.
Əziz Qadın.Net-lilər, siz necə, gözləməyi bacarırsınızmı?
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR