Limfa vəzləri immunitet sisteminin əhəmiyyətli bir hissəsidir. Onlar orqanizmə daxil olan infeksiyalarla mübarizə aparırlar. Buna görə də limfa vəzləri, xüsusilə uşaqlarda tez-tez böyüyür.
Bədənin xüsusi nahiyyələrində olan limfa vəziləri qan dövranının bir hissəsdir. Bunlar əsasən, qoltuq altlarında, qarın içi, sinə, çənəaltı, boğaz, boyun, körpücük üstü və s. kimi hissələrdə olur. Limfa vəzləri orqanizmin zərərli patogenlərə qarşı mübarizəsini stimullaşdırır və orqanizmi onlardan qoruyur. Limfatik sistemin vəzifəsi isə orqanizmi mikroplardan qorumaq və xərçəng hüceyrələrinin bədənə yayılmasına mane olmaqdır.
Limfa vəzləri niyə böyüyür?
İstər uşaqlarda, istərsə də böyüklərdə limfa vəzlərinin böyüməsinin əsas səbəbi infeksiyadır. Lakin bakteriya, virus, göbələk, parazit kimi zərərli faktorlar və xərçəng hüceyrələrinin yaranması limfa vəzilərinin böyüməsinə səbəb ola bilir. Əksər hallarda, yuxarı nəfəs yolları infeksiyası, faringit, diş əti infeksiyaları, dəri infeksiyaları, aşağı tənəfüs yollarının infeksiyası, genital bölgələrdəki infeksiya limfa vəzlərini böyüdür.
Böyüyən limfa vəzləri 2 həftə içərisində normala qayıtmalıdır
Uşaqlarda daha çox boyun bölgəsindəki limfa vəzləri böyüyür. Çünki yuxarı tənəffüs yollarında yaranan viral infeksiyalar boyun bölgəsinə birbaşa təsir göstərir. Qızılça, su çiçəyi, qrip ən çox rastlanan infeksiyalardır. Limfa vəzləri böyüdüyündə, mütləq həkimdən məsləhət alın.
Bu vəzlərin böyüməsi bir sıra formada ola bilər. Limfa vəzlərinin böyüməsi əvvəl əl ilə müayinə sonra isə labaratoriya analizlərinin cavablarına əsasən təyin edilə bilr. Limfa vəziləri hərəkətli və ya hərəkətsiz, çox böyük və ya kiçik, qızartılı və ya adi, ağrılı və ya ağrısız ola bilər. Əgər limfa vəzlərinə yaxın bir bölgədə infeksiya varsa, bu böyümənin səbəbi həmin infeksiya ola bilər. Məsələn, stomatit, faringit, ya da qrip kimi hallar müşahidə olunursa, limfa vəzilərinin böyüməsinin əsas səbəbi kimi bunlar götürülür. Limfa vəzləri bəzən bütün orqanizmanı təhdid edən bir virus və ya infeksiya səbəbilə də böyüyə bilər. Lakin uşaqlarda limfa vəzlərinin böyüməsi əksər hallarda infeksiya səbəbilə baş verir.
Müalicə geciksə cərrahi müdaxilə lazım ola bilər
Analizlərdən sonra xəstəyə enfektiv müalicələr təyin edilir. Uşaq xəstəliklərində isə, heç bir müdaxilə olmasa da limfa vəzləri bəzən kiçilə bilir. Lakin xərçəngə bağlı olan böyümələrdə, bu xəstəliyə uyğun müalicə təyin edilir. Yuxarıda göstərilən bölgələrdə limfa vəzlərinin böyüməsi hallarına rast gəlirsinizsə, həkimə müraciət edin. İlkin mərhələdə təyin olunan doğru müalicəylə problem qısa müddətdə həllini tapacaq. Lakin gecikmə baş verdikdə cərrahi müdaxilə təyin edilə bilər.
Əziz analar, əgər evladınızda limfa vəzlərinin böyüməsi hallarına rast gəlirsinizsə, öncəliklə uşaqda hansısa infeksiyanın olub-olmadığını dəqiqləşdirin. Daha sonra həkimə müraciət edin. Lakin nəzərə alın ki, limfa vəzlərinin böyüməsi hər zaman xərçəng xəstəliyinin göstəricisi deyil.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
