Üç aylar Hicri-Qəməri aylardan Rəcəb, Şaban və Ramazan aylarıdır.
ANS PRESS-in dini mənbələrə istinadən verdiyi məlumata görə, İslam peyğəmbəri Hz. Məhamməd (əs) üç aylar haqqında belə buyurur: “Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan da ümmətimin ayıdır”, “Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur”.
Bu aylarda bir çox mübarək əhya gecələri var. İslam Dünyasında əsrlərdir “Üç aylar” ənənəsi var və bu üç aylar iqlimi möminlərin mübarək Ramazan atmosferinə hazırlıq mərhələsidir. İslam dünyasında üç aylar adlandırılan rəcəb, şaban və ramazan ayları Uca Allahın, mömin qullara verdiyi bərəkətli və feyzli zamanlardır. Üç aylar insanların mənəvi yüksəkliyə çatmaq, tövbə etmək, günahlardan təmizlənmək üçün fürsətlər zamanıdır.Bu aylarda namaz qılmayanlar namaza başlayır, oruc tutmayanlar oruca hazırlaşır, ibadətlərini, xeyirxah əməllərini çoxaldır. Möminlər üç aylarda, nəfsləri ilə keçmiş bir ilin hesabatını aparır. Üç aylar həyatında həmişə fərqliliklər axtaran insanoğlunun yeknəsəklikdən qurtulması üçün vasitədir.
Uca Allah Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır” /Həşr 18/. Mübarək üç aylar gəldiyi zaman ibadət etməyənlər ibadətə başlamalı, ibadət edənlər ibadətini çoxaltmalı, möminlər, xeyir əməllərini çoxaltmalı, kasıba, yetimə əl tutmalı, ən əhəmiyyətlisi isə Allaha olan şükrünü çoxaltmalıdır. Qısacası bütün müsəlmanlar üç aylarda böyük və kiçik günahlardan əl çəkməli, qiybət, dedi-qodu etməməli, iftira, yalançı şahidlik və sair əhəmiyyətsiz kimi gördüyümüz günahlardan əl çəkməlidir. Xeyir işlərini çoxaltmalı, sədəqə verməli, imkansıza əl tutmalıdır.
İslam peyğəmbəri “Bəzən bir təbəssüm, bəzən də insanların keçdiyi yoldan daşı götürüb kənara atmaq sədəqədir” – deyib. Xatırladaq ki, "Üç aylar"da xeyir əməllərin savabı qat-qat artıq yazıldığı kimi, pis əməllərin də günahı qat-qat artıq yazılır. Müsəlmanların üç aylarda hər gün bu duanı oxuması məsləhət görülür: “Allahummə bəriklənə fi rəcəbə və şaban, və bəlliğnə ramazan” (Ey Allahım! Rəcəb və Şabanı bizə mübarək et, bizi Ramazana qovuşdur).
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb - VİDEO
Məşhur aktrisanın ölümünə inanmayan atası göldə axtarışlara başladı – FOTO
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Payız aksesuarı
Nəhəng balina sahildə öldü
Pensiyaçılara böyük müjdə
Azərcell prezidentindən qiymətlər haqda - AÇIQLAMA
Bakıda koronavirusun ən çox yayıldığı rayonlar - SİYAHI
Möhtəşəm Bayraq Meydanı tikiləcək
Badımcan aşı (foto-resept)
"Axirət mövcud deyil!" deyənlər üçün...
"İraqdakı qeyri-sabitlik bütün regiona yayıla bilər"
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "İÇV infeksiyasının profilaktikası" mövzusunda maarifləndirmə aksiyasına başlanıb
Rihanna yeni Fenty ayaqqabı kolleksiyasını tanıtdı
Devid Bekhem Ronaldunu ABŞ-a aparır?
Ac ermənilər itin ümidinə qaldılar
Müəllimlər maaşı artımla alacaq
Bu sözlərin yazılış qaydası DƏYİŞDİRİLİR
İŞİD-in zəhərlədiyi gələcək
Üz formasına görə saç modeli
Dünyanın ən uzun təyyarəsi hazırlanır
Bu günün hava proqnozu
Nikahdankənar münasibət yaşayanları gözləyən BÖYÜK TƏHLÜKƏ
Sinoptiklər hansı hava şəraitini vəd edirlər?
Qızılın qiyməti artdı
Marsda yaşasanız nələrlə üzləşəcəksiniz?
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Hər kəs bu itdən danışır-SƏBƏB/FOTO
Berkayın saatının qiyməti dodaq uçuqladır_FOTO
İblis mələklərdən idi, ya cinlərdən?
Pişik polis şöbəsinə İŞƏ GÖTÜRÜLDÜ
İlham Əliyevlə eyni fikirdəyik
Noutbuklara tələbat niyə azalır?
Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir
Əfsanəvi boksçu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Fahriye Evcen Şərtlərini Açıqladı
Azərbaycanda yeni zavod tikilir
Bakı mağazalarında satış dayandı
Pula çevrilmiş insanlar(satirik, tənqidi yazı)
Hava şəraiti dəyişir
264 yaşlı Sultan körpüsü
Bakı bulvarında möhtəşəm sürpriz
2018 instagramın moda trendləri
Azərbaycanda daha bir kəndin adı dəyişdirildi
Vərəmdən qorunmağın və sağalmanın yolları
HAVA necə olacaq? 9 İyul
Bu görüntülərə biganə qalmaq mümkün deyil
Nurgül Yeşilçay ərə gedir
İTV-nin əməkdaşları koronavirusa yoluxdu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]